Vaqif nəSİR



Yüklə 48,82 Kb.
Pdf görüntüsü
səhifə33/52
tarix10.11.2017
ölçüsü48,82 Kb.
#9481
1   ...   29   30   31   32   33   34   35   36   ...   52

 
 101  
Fransız  müstəmləkəçiləri  torpaq  sahələrindən  geniĢ 
istifadəyə  baĢladıqda  Oran  sürətlə  böyüməyə  baĢlamıĢdır. 
Hazırda  o,  Avropa  tipli  böyük  bir  Ģəhərdir.  Bu  Ģəhər 
fransızların  Böyük  Səhraya  nüfuz  etmələri  üçün  baza  rolunu 
oynamıĢdır. 
Əlcəzair xalqı milli istiqlaliyyətə nail olduqdan sonra Oranı 
300000  fransız  tərk  etmiĢdir.  Beləliklə,  Oran  “ölü”  Ģəhərə 
çevrilmiĢdir. Qısa müddətdə bu “ölü” Ģəhər yenidən canlanmıĢ, 
Arzevdə Oranın sənaye zonası yaradılmıĢdır. 
Oranın  dəniz  limanı  ildə  3  milyon  ton  yük  qəbul  edir.  Bu 
liman  öz  gücünə  görə  ölkədə  ikinci  yeri  tutur.  1980-ci  ilin 
qasırğası  onu  dağıtmıĢ,  bir  neçə  gəmini  batırmıĢdır.  Hazırda 
liman yenidən qurulur. 
Səyahət  zamanı  biz  günün  yarısını  Ģəhərlə  tanıĢlığa  sərf 
etdik. Səyahətə 1847-ci ildə əsası qoyulmuĢ Ġbn-Badi bağından 
baĢladıq.  Bu  bağ  limanın  və  köhnə  Ģəhərin  üzərində  ucalan 
qalanın  (Bu  qala  “Yeni  saray”  adlanır)  divarları  yanında 
yerləĢir. “Saray” divarlarının qərb hissəsindəki üç qüllənin 500 
illik  tarixi  vardır.  Bu  qüllələrin  və  böyük  məscidin  yanından 
keçərək  birbaĢa  mərkəzi  1  noyabr  meydanına  çıxırsan. 
Meydanda  bağça,  fəvvarə,  teatr  (1906),  Ģəhərin  bələdiyyə 
idarəsi  (1888-ci  il)  və  böyük  mehmanxana  vardır.  Bu 
meydandan  iki  əsas  ticarət  küçəsi  cənuba  və  Ģərqə  doğru 
uzanır.  Bağça  və  bağlarda  kəsiĢən  küçələrin  demək  olar  ki, 
hamısında mağazalar vardır. Mağazalar hündür evlərin (burada 
hətta  24  mərtəbəli  evlər  vardır)  birinci  mərtəbəsində  yerləĢir. 
Bu  mənada  indi  Bakıdakı  komisyon  mağazalar  mənə  Oranda 
gördüyüm mağazaları xatırladır. 
Mərkəzi  meydandan  vağzala  doğru  uzanan  Əmir  Əbdül 
Qadir küçəsi  yanında böyük Sakre Kör (Fransızca “Müqəddəs 
ürək”  deməkdir,  belə  bir  kilsə  Parisdə  də  var)  kilsəsi  neovizit 
üslubunda  tikilmiĢdir.  Bu  kilsədən  300  m  cənubda  Əlcəzairin 
ən böyük muzeyi yerləĢir. Muzeyin birinci mərtəbəsində əmək 
alətləri  nümayiĢ  etdirilir.  Muzeydəki  heykəltəraĢlıq,  təsviri 


 
 102  
incəsənət əsərləri içərisində XVII – XIX əsr Avropa və Fransa 
sənətkarlarının da əsərləri vardır. Etnoqrafiya zalında Əlcəzair, 
Tunis,  MərakeĢ,  ümumiyyətlə  Afrika  xalqlarının  silah  və 
məiĢət  alətləri  nümayiĢ  etdirilir.  Oranın  böyük  kitabxanası  bu 
zalda  yerləĢir.  ġəhərdə  çoxlu  gözəl  tikililər  var:  vağzal, 
məscidlər, kilsə, sinaqoq. AxĢam Murcaca dağına qalxmaq və 
Ģəhərə  tamaĢa  etmək  olduqca  maraqlıdır.  Dağdan  Ģəhərin  və 
limanın ecazkar gözəlliyi aydın görünür. Dağın təpəsində kilsə 
və qalaça tikilmiĢdir. 
Murcaca  dağından  Ģəhərə  tamaĢa  etdikdən  sonra 
avtobusumuz Bumerdesə doğru hərəkət etdi. 
 


 
 103  
ƏLVİDA, YAD SAHİL!... 
 
Hamımız səbirsizliklə bu günü, dörd qürbət ilin son gününü 
gözləyirdik. ġeylərimizi yığıĢdırmıĢ, aeroporta gedən avtobusu 
gözləyirdik. 
Bir gün əvvəl ailəliklə həmiĢə gəzintiyə çıxdığımız yerlərə 
baĢ çəkdik. Aralıq dənizinin sahilinə gəldik. HəmiĢə bu dənizin 
sahilinə  gələndə  və  ona  tamaĢa  edəndə  Xəzəri  düĢünürdük. 
Aralıq dənizi ilə söhbət edir və Xəzəri ondan soruĢurduq... 
Dənizə  xırda  pullar  salıb,  evə  sarı  döndük.  Bir  azca 
getdikdən sonra çevrilib geri baxdıq və: 

 
Əlvida, yad sahil! – dedik və dərhal gözlərimiz önündə 
bizim Xəzər canlandı. Ġxtiyarsız olaraq dodaqlarımdan: Salam, 
doğma sahil sözləri qopdu. 
Evimizdə  çoxlu  qonaqlarımız  var  idi.  Ərəb  qonĢularımız, 
azərbaycanlı  və  rus  dostlarımız  bizimlə  xudahafizləĢməyə 
gəlmiĢdilər.  Adətən  Vətənə  yola  düĢənlər  evlərində  çay 
dəstgahı  düzəldir.  Biz  də  həmin  ənənəni  pozmadıq.  Çay 
dəstgahı  təĢkil  etdik.  Kafedramızın  laborantı  Əhməd  də  bizə 
gəlmiĢdi. O, mənimlə qucaqlaĢaraq dedi: 
       - Cənab Nəsirov, sizsiz darıxacağıq. 
Gözləri  yaĢardı.  Düzü  mən  də  kövrəldim.  Doğrudan  da 
zarafat  iĢ  deyil.  Mən  dörd  il  Əhmədlə  çiyin-çiyinə  bir 
kafedrada  iĢləmiĢdim.  Bir  də  bizim  tərəflərdə  deyildiyi  kimi, 
“dörd il bir igid ömrüdür”. 
Özümü ələ alıb dedim: 
       -  Əhməd,  darıxma.  O  qədər  buraya  mənim  kimilər  gəlib, 
gedib ki... Hamısını unutmusan, məni də unudacaqsan. 
O, etiraz edərək: 
       -  Yox  – dedi. Hamısını unutmamıĢam  və unutmayacağam 
da. 
Avtobuslara doluĢduq. Bizim reysdəki sərniĢinlərin hamısı 
evə həmiĢəlik qayıdanlar olduğundan, Ģeylərimizin bir hissəsini 
təyyarə qəbul edə bilmədi. 


 
 104  
Əlcəzair  “Huari  Bumediyən”  adına  təyyarə  meydanından 
Əlcəzair  –  Praqa  –  Moskva  marĢrutu  ilə  uçan  “Boinq  747” 
markalı  təyyarə  səhər  tezdən  havaya  qalxdı.  YumĢaq  kürsüdə 
yerimi  rahatlayıb  gözlərimi  yumdum.  Beynimdən  sürətlə  bir 
fikir keçdi: “qürbətdə keçən dörd il sona yetdi”. Evə çatmağa, 
dostlarla,  qohumlarla,  el-oba  ilə  görüĢməyə  tələsdim.  Gələcək 
görüĢün Ģirinliyindən məst oldum: 
 
Sizinlə görüĢə, ay əzizlərim, 
ġirin söhbət ilə, sözlə gəlirəm. 
Qət edib həsrəti qucan yolları, 
Səmadan açılan izlə gəlirəm. 
Ayrılıq girsə də gündə yüz dona, 
Bu günlər yetirrəm onu mən sona
Yolumu gözləyən ay əziz ana
Bir az da səbr eylə, gözlə, gəlirəm. 
Mənə arxa olan Ana Vətənim
Ġlhamıma qanad, çölüm, çəmənim, 
Sizinlə görüĢə, ay elim mənim, 
Açıq alın ilə, üzlə gəlirəm. 
 
Bu  1987-ci  ilin  iyul  ayı  idi.  Bu  həmin  iyul  ayı  idi  ki, 
Əlcəzairin  paytaxtında  ərəb  dünyasının  liderləri  toplaĢaraq, 
Fələstin  problemini  müzakirə  edirdilər.  DüĢmən  qüvvələrinin 
təcavüzündən  ehtiyat  edən  Əlcəzair  hökuməti  öz  hərbi 
qüvvələrini müdafiəyə hazır vəziyyətə gətirmiĢdi. 
Bu  Çernobıl  qəzasının  baĢ  verdiyi  il,  haqqında  çox 
eĢitdiyimiz  və  ab-havasını  orada  duymadığımız  yenidən-
qurmanın ikinci ili idi. 
 
SALAM,  VƏTƏN! 
 
Təyyarəmiz  səhər  saat  9-da  Moskvanın  “ġeremetyevo-2” 
təyyarə  meydanında  yerə  endi.  Sərhədçilərlə  iĢimizi  qurtar-


Yüklə 48,82 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə