Varliğimiz



Yüklə 0,63 Mb.
səhifə22/26
tarix25.06.2018
ölçüsü0,63 Mb.
#51504
1   ...   18   19   20   21   22   23   24   25   26

 

75 


Otuz  ildən  çox  il  öz  vəsaiti  ilə  çıxardığı  bu  dərgi 

vasitəsilə  Ġran  türklərinə  aĢırı  Pəhləvi  dönəmində  uzun 

illər  az  qala  yadırğadıqları  ana  dilini    yenidən  öyrədib, 

milli  mədəniyyətə,  tarixə  sahib  çıxmağa  çağırıb,  milli 

kimliyi tanıtdı Cavad Heyət.  

C.Heyətin  Ġrandakı  bir  çox    türk    aydınlarının 

boynunda    haqqı  az  olmayıb.  Yeri    gələndə  onlara  təbib  

kimi  qulluq  göstərib,  sağaldıb,  bəzən  də  türkcə  yazıb 

yaratmağa  yönəldib,  həvəsləndirib.  Doktor  Heyət  Pəhləvi 

rejimi  ilə  silahlı    savaĢda  yaralanan,  Ġranda  modern  Ģeri 

formalaĢdıranlardan  biri,  istedadlı  Ģair  Əlirza  Nabdilin 

(Oxtay)  son  anlarını    görüb,  təsəlli  verib    yaralarını  

sarıyıb.  Digər  iki  həmyerlisi,  ömrünün  sonralaında 

Fransada  yaĢayıb  yaradan  istedadlı  nasir,dramaturq 

Qulamrza Saedi və bu gün Kanadada dissident yazar kimi 

yaĢayıb  ədəbi  fəaliyyət  göstərən,  dəfələrlə    Nobel 

mükafatına  təqdim  olunan  ünlü  yazar,  tənqidçi  Rza 

Bərahəni ilə dostluq etmiĢ,onlara əsərlərini türkcə yazmağı 

tövsiyyə  etmiĢdi.  Doktor  Heyətin  həyata  29  yaĢında  göz 

yummuĢ yuxarıda adı çəkilən Ə.Oxtayla  bağlı  söylədiyi 

xatirələr  və  onunla  xəstəxanadakı    buluĢmaları  Rza 

Bərahəninin 

yazdığı  ―Öldürülənlərin  Ģərqisi‖  adlı 

romanında  əks  olunub.  Bu  romanda  doktor  Cavad  Heyət 

doktor  Cudi  kimi  təsvir  olunub.  Əsərlərinin  yalnız  cüzi 

hissəsi  ana  dilində  olsa  da  bu    iki  ünlü  yazarın  əsərlərinə 

həmiĢə  türklük  ruhu  hakim  olub,  bu  ruh  onların 

yaratdıqları  qəhrəmanların  xarakterində,  təfəkkür  və 

davranıĢında  aydın  sezilib.  M.  ġəhriyarla,  Səhəndlə 

məslək və könül  yoldaĢı olan doktor Heyət onları  da ana 

dilində  yazmağa  təĢviq  edib.ġəhriyar  məĢhur  azərbaycan 

türkcəsində  yazdığı    Ģeirdən    sonra  ―cəzalandırılılıb‖ 

yatağa  düĢəndə  onu  Təbrizdən  Tehrana  çağırıb.  6  ay 



 

76 


ərzində  evinin  birinci  qatını  ona  ayırıb  onunla  hörmətli 

qonağı və pasienti kimi ilgilənib 

Doktor  Cavad  Heyətin  azərbaycançılığı,  bütöv  Azər-

baycan  mədəniyyətinin  tarixi  missiyasını  düzgün  hiss  et-

məsi,  nəhayət,  onun  bu  mənəvi  sərvəti  bütün  xalqın  malı 

etmək  uğrunda  mübarizəsi  tam  gücü  və  dolğunluğu  ilə 

ustadın dərc etdiyi "Varlıq" jurnalı və bu dərginin nəĢrində 

öz təcəssümünü tapmıĢdır. 

1978-1979-cu  illər  Ġran  inqilabının  qələbəsindən  və 

Ġran  Ġslam  Cümhuriyyətinin  (ĠĠC)  elan  edilməsindən  dər-

hal sonra - 1979-cu ilin aprelindən nəĢrə baĢlayan "Varlıq" 

jurnalı və bu dərginin səhifələrində özünə yol açmıĢ Cavad 

Heyət  publisistikasının  aparıcı  və  daimi  istiqamətləri 

Ģahlıq istibdadının qadağalarından sonra bərpa və yardıma 

böyük ehtiyacı olan Güney Azərbaycandakı mədəni həya-

tın  bütün  sahələr  üzrə  inkiĢaf  yollarının  hamarlanması 

məsələləri  və  onun  bölünməz  mədəniyyətinin  problem-

ləridir. 

Ġranda  yeganə  türkdilli  toplu  olduğundan  Cənubda 

yeni  yaranan  ədəbiyyat  nümunələri  «Varlıq»  vasitəsilə 

oxuculara çatdırılırdı. GeniĢ oxucu kütləsi inqilabdan son-

ra  Cənubda  yaranan  poeziya  və  nəsr  örnəkləri,  həmçinin 

inqilaba qədər nəĢri yasaq olunmuĢ bəzi əsərlərlə «Varlıq» 

vasitəsilə  tanıĢ  olurdular.  Azərbaycan  xalqının  çoxəsrlik 

zəngin  ədəbiyyatı  da  bütün  özəllikləri  ilə  «Varlıq»da  çap 

olunurdu.  Sovet  Ġttifaqı  dağıldıqdan  sonra  Azərbaycan-

Ġran arasında sərhədlər artıq keçilməz deyildi. GediĢ-gəliĢ 

xeyli  asanlaĢmıĢdı.  «Varlıq»ın  da  ġimalla  bağlı  mövzu 

dairəsi  çox  geniĢlənmiĢdi.  Quzey  Azərbaycanın  müstə-

qillik  qazanması  Güney  Azərbaycanın  mədəni  həyatında 

canlanma  yaradaraq  nisbi  dirçəliĢə  səbəb  olmuĢdu.  Təbii 

ki,  «Varlıq»da  bu  cür  dəyiĢikliklər,  xalqın  həyatındakı 

ictimai  hadisələri  özündə  əks  etdirirdi.  O  illərdə  dərgi  bir 



 

77 


növ  oxucuların  tribunasına  çevrilmiĢdi.  Adətən,  oxucular 

öz məktublarında onları narahat  edən məsələlərə  toxunur-

dular.  90-cı  illərdən  üzü  bəri  Quzey  Azərbaycanda  baĢ 

verən  mühüm  hadisələr  «Varlıq»da  öz  əksini  tapırdı. 

Qırmızı  Ordunun  Bakıya  basqını  ilə  törədilən  20  yanvar 

faciəsi,  Qarabağ  müharibəsi,  erməni  iĢğalçılarının  Azər-

baycan  torpaqlarına  təcavüzü  və  onların  cinayətləri  ilə 

bağlı  materiallar  dərginin  hər  sayında  verilirdi.  Dərginin 

səhifələrində  yaxın  və  uzaq  keçmiĢimizə  aid  olan  bir  çox 

tarixi sənədlərə də tez-tez rast gəlmək olardı. 90-cı illərdən 

baĢlayaraq  Quzeyli  alimlərin  yazıları  «Varlıq»da  mün-

təzəm görünürdü. 

Cavad  Heyət    milli  ruhlu  Azərbaycan  ziyalılarını  bu 

dərginin  ətrafında  cəmləĢdirmiĢ,  Cənubla  ġimal  arasında 

mənəvi körpü olmuĢdu. «Varlıq» bu körpünün özülü olub. 

Özünün qeyd etdiyi kimi, «Varlıq» onun varlığı olub. 

«Varlıq» təkcə ġimal və Cənub arasında birlik körpüsü 

olmayıb bütün türk dünyasının keçmiĢi, indisi və gələcəyi 

haqqında  mötəbər  elmi,  ədəbi  yazılar  verməklə  türk 

xalqlarının birliyinə xidmət edib. Qədim türklər, orta türk-

lər,  Ġslam  dövrü  və  sonrakı  dövrdə    türk  dövlətləri  və 

mədəniyyəti  haqqında  silsilə  tədqiqatlar  öz  soy-kökünü 

dərk  etməkdə  hər  bir  türkə  yardımçıdır.  Xüsusən  Ġran  və 

Amerikada,  Avropa  ölkələrində  yaĢayan  türkdilli  xalqlar 

üçün bunun ictimai-siyasi əhəmiyyəti olduqca böyükdür. 

Dərginin  fəaliyyəti  təkcə  Cənub  ədəbiyyatının  nümu-

nələrinin  nəĢri  ilə  məhdudlaĢmamıĢ,  yaradıcı  heyət  ġi-

malda  yaranan  ədəbiyyatın  ən  yaxĢı  örnəklərinin  cənublu 

oxuculara çatdırılmasına önəm vermiĢdir.  

Cavad  Heyətin  Varlıq"  dərgisi  Azərbaycanın  müasir 

həyatında  bir  hadisədir.  Onun  fəaliyyəti  həm  Ġrandakı, 

həm  də  Quzey  Azərbaycandakı  azərbaycanlıların  milli 

Ģüurunun  formalaĢmasında  mühüm  amillərdən  biri  kimi 



Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə