Varliğimiz



Yüklə 0,63 Mb.
səhifə2/26
tarix25.06.2018
ölçüsü0,63 Mb.
#51504
1   2   3   4   5   6   7   8   9   ...   26

 

redaktoru  Cavad  Heyət  ədəbiyyata  və  türkologiyaya  aid 



yeddi  cildl  kitabın  müəllifidir.  O,Azərbaycan  türkcəsi, 

fransız, ingilis, fars, Türkiyə türkcəsi və s. dilləri mükəm-

məl bilirdi. 

Cavad Heyət — cərrah-alim, Ġranda ilk dəfə açıq ürək 

əməliyyatını  (koronar  Ģuntlama)  gerçəkləĢdirən,  Bey-

nəlxalq  Cərrahlar  Cəmiyyətinin  idarə  heyətinin  və  Paris 

Cərrahlar Akademiyasının üzvü, "Varlıq" dərgisinın təsis-

çisi,  ədəbiyyat  və  türkologiyaya  aid  yeddi  cildlik  kitabın 

müəllifi,  Azərbaycanın  müxtəlif  universitetlərinin  fəxri 

doktoru  və  professoru,  Türk  Dil  Qurumunun  fəxri  sədri, 

eləcə də  Ġstanbul Universitetinin  fəxri doktoru (həm  tibb, 

həm də türkologiya sahəsi üzrə) idi. 

Cavad  Heyət  2014-cü  il  avqustun  12-də  Bakı  Ģəhə-

rində  dünyasını  dəyiĢmiĢ  və  avqustun  15-də  Ġkinci  Fəxri 

Xiyabanda torpağa tapĢırılmıĢdır. 

Tehranda  dilimiz,  ədəbiyyatımız  və  folklorumuza  aid 

yeddi  kitabı  nəĢr  olunmuĢdur.  Sonralar  bunlardan  beĢi 

Bakıda,  üçü  Ankarada  çıxmıĢdır.  Üç  yüzdən    artıq  elmi 

məqaləsi iĢıq üzü görmüĢdür. 

 

Tibb sahəsinə aid kitabları: 



 

1. Tromboflebitin müalicəsi. Tehran, 1956 (farsca) 

2. Ümumi cərrahlıq. Tehran, 1965 (farsca) 

3. Cərrahiyyə dərsləri. Tehran, 1997 (farsca) 

 

Ədəbiyyat, Türkologiya və fəlsəfə ilə bağlı kitabları: 

(Aşağıda göstərilən kitablar öncə İranda əski əlifba 

ilə çap olunmuşdur) 

 

1.  Azərbaycan  Ģifahi  xalq  ədəbiyyatı.  Azərbaycan 

Dövlət nəĢriyyatı, Bakı, 1990 



 

2. Ġki dilin müqayisəsi. Elm, Bakı, 1991 



3.  Azərbaycan  ədəbiyyatına  bir  baxıĢ.  I  hissə.  Yazıçı, 

Bakı, 1993 

4.  Türklərin  tarix  və  mədəniyyətinə  bir  baxıĢ,  Azər-

nəĢr, Bakı, 1993 

5. ƏdəbiyyatĢünaslıq. Elm, Bakı, 1996 

6.  Azərbaycan  ədəbiyyatı  tarixinə  bir  baxıĢ.  II  hissə 

Azərbaycan Dövlət nəĢriyyatı, Bakı, 1998 

7. Qərb fəlsəfəsi tarixi. Bertran Rassel (Cavad heyətin 

təqdimində) Bakı, 2012 

8. Türk dili və ləhcələrinin tarixi.  II cilddə. Bakı, Təh-

sil, 2011 

 

Türkiyədə çap olunan kitabları: 

 

1. Türk dilinin üstünlüyü (hazırlayan Süzen Tokatlı) 



2.  Türk  dili  və  lehcelerinin    tarihi  seyri  (Çev.  M. 

Öztürk) 


3. Türkcə Ġki dilin karĢılaĢdırılması (Mükayisətil-lüqə-

teyn  )Türkdili  kurumu  yayınları  2013.  (Çev.  Mürsel 

Öztürk) və s. 

 

Doktor Cavad Heyətə həsr olunmuĢ və müxtəlif illərdə 



yazılmıĢ  kitablardakı  yazılarda  onun  Ģəxsiyyətinə,  yara-

dıcılığına yüksək qiymət verilib; 

 

Həmid  Məmmədzadə  -  «Varlıq»ın    bel  sütunu, 



onun canı və ruhu», 

 



Oqtay Əfəndiyev -  “Tariximizin bilicisi”, 

 



Tofiq Hacıyev  - «Elinin,  dilinin və mədəniyyətinin 

Məcnunu”, 

 



Şamil  Qurbanov  -  «İmkanından  artıq  iş  görən 

adam”, 

 



Vaqif Aslanov -  «Canlı ensiklopediya», 


 



 

Kamil  Vəli  Nərimanoğlu  -  «Mədəniyyətimizin  Ko-

roğlusu», 

 



Nurəddin  Rzayev  -  "Mənəviyyat  və  mədəniyyətin 

zirvəsi", 

 



Vilayət Quliyev - "Millətinin önündə gedən insan", 

 



Oqtay Əfəndiyev -  "Tariximizin bilicisi", 

 



Tofiq Hacıyev -  "Qeyrət mülkünün sultanı", 

 



Ayhan Sunqar - "Çoxmənalı həkim", 

 



Nizami Xudiyev - "Ədəbi dilimizin təbibi", "Əvəzsiz 

mənbə" 

 



Əliyar Səfərli - "El ağsaqqalı" 

 



Məhəmmədəli Müsəddiq - "Varlığımızın təbibi" 

 



Aydın Hacıyev - "Daim axtarışda keçən ömür", 

 



Eynulla Mədədli - "Azərbaycan tarixinin keşiyində 

keçən ömür", 

 



Pərvanə Məmmədli -  "Cavad Heyət fenomeni", 

 



Rza Bərahəni - "Yaxın Şərqin hikmət səsi", 

 



Bəkir Nəbiyev - "O tayı, bu tayı birləşdirən körpü", 

 



Özbək Bəyəli Qasımov - "Başımızdakı tac", 

 



Əhliman Əmiraslanov -  "Vətən oğlu" 

 



Sabir Rüstəmxanlı - „Varlığımızı qoruyan“, 

 



doktor Həmid Nütqi  - "Xalqının aşiqi", 

 



Şahmar  Əkbərzadə  -  "Güvəndiyim  dağ"  -  deyə 

dəyərləndiriblər. 

 

Cavad  Heyətin  Ģəxsiyyəti  və  yaradıcılığına  Azər-



baycan Respublikasında iki dərslikdə yer verilib. Biri  orta 

məktəb, o biri universitet tələbələri üçün nəzərdə tutulub. 

Bu  kitablar  -  Azərbaycan  təhsil    Nazirliyinin  5-ci  sinif 



 

üçün ―Tarix‖ və Pərvanə Məmmədlinin ―Cənubi Azərbay-



can mətbuatı tarixi‖ (XIX,XX,XXI-yüzilliklər) kitabıdır.

*

 



Qeyd  edək  ki,«Varlıq»  dərgisi  ötən  əsrin  sonlarından 

bu günədək bir çox lisans, yüksək lisans və doktorluq dis-

sertasiyasının və elmi məqalənin mövzusu olmuĢdur: Pər-

vanə Məmmədli  «Varlıq» jurnalında ədəbiyyat  məsələləri 

(doktorluq dissertasiyası, Bakı, 2000), Nəzakət Ġsmayılova 

«Varlıq»  jurnalında  ġimali  Azərbaycan  ədəbiyyatının 

nəĢri  (doktorluq  dissertasiyası,  Naxçıvan,  1999),  Sonel 

Bosnalı  Ġranda  Türk  varlığı  və  «Varlıq»  dərgisi  (yüksək 

Lisans  dissertasiyası,  Paris),  M.Rıza  Heyət  «Varlıq» 

dərgisində dilçiliklə bağlı məqalələr (lisans dissertasiyası, 

Bakı, 1998) və s. 

 

 



                                                           

*

 2000-ci ildən bu yana Bakı dövlət universitetinin jurnalistika fakültə-



sində tələbələr ―Cənubi Azərbaycan mətbuat tarixi‖ fənni keçirilir. Bu 

fənnin  bir  qoĢa  saatı  ―Varlıq‖  dərgisi  və  onun  naĢiri  doktor  Cavad 

Heyətlə bağlıdır. Bu fənnin ilk çığırını salan - xüsusi proqram çap et-

dirib,  mühazirələr  hazırlayan,  sonralar  isə  dərslik  yazan  Pərvanə 

Məmmədlidir.  2007-ci  ildə  Bakı  Dövlət  Universitetinə  dəvət  olunan 

Cavad  Heyət tələbələrin görüĢünə  gəlmiĢ,  onları  maraqlandıran sual-

lara cavab vermiĢdi. Üstəlik özü ilə bağlı tələbələrin dərsdə söylədik-

lərini dinləmiĢ, eĢitdiklərindən məmnun  qalmıĢdı. 




Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə