Varliq toplusu



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə4/7
tarix11.09.2018
ölçüsü0,64 Mb.
#68119
1   2   3   4   5   6   7

 

 

  



23

19 

 

Hə...r bir yerə, göz qoyuram, 



       hə...r nəsnəyə, əl atıram; 

                                           cəmi`yyətin! 

hə...r bir zadı, arayıram; 

      özənlərin; niyyət- niyyət, onda bəlli 

....... gerçəkliyin, araşdıqca, düz- əməlli 

yol - yöndəmli, yaza bənzər başlanışsan 

...... və yüyənli keşməkeşsən! 

                            cəzrin, mədlər üstəliyi 

                             zilin, bəmlər bəstəliyi 

hə...r çəlişki, al - verişin 

həm, yerişdir - həm, dirçəliş 

hə...r bir ləhzən,  

               irtibatca bir ittifaq 

tən alanı, diriliksən 

Mən alanı, bir yeriksən 

can, Can deyər; ürək, Tanrı 

sənə bilgi, əl taparmı? 

........... bir eşqsən, ürəyinki. 

 



 

 

  



24

20 

 

Tökülürəm!  



Tökülürəm; ayağına, addım başı, 

                                          naşı - naşı 

töküldükcə, doğruluram, günəş kimi  

başqa- başqa, doğuluşla; məhv oluram, kamalında 

Susadıqca sayıqlığı; öyrənirəm, 

                             daha artıq, yaşayışı, yazı.... qışı 

və hər işi eşqə doğru,  

gözlərimə qəribsəyib yadırqayan,tanışlıqlar; 

                                            nişanlanır, gözlərimlə 

                                             adaxlanır, sözlərimlə 

Aman, Eşqim; 

          necə yığım mən özümü, hər bir yandan? 

              necə tökülmüşlərimdən, açım dastan? 

bir haldaki: onlar, haldan qurtarmışlar  

                                                  məndə, qaldan 

inan; eşqim, bu əhvaldan, qaçaram mən 

ancaq: neylim, köçür meylim, məndən mənə 

 bu köçməkdə, naçaram; mən. 

 



 

 

  



25

21 

 

Dön kəndimə; cahan- cahan başla məni 



gözlərinlə tuşlanmışam, xoşla məni 

dağıldığım kəlmələri yanla 

               canlad, doğulduğum misraları 

gözəllikdə; yaz baxışlı eşqə dönüb, 

                                             bar gətirim 

ğəzəllikdə; pərdələnmiş muğamatdan

                                             dil öyrənim 

başlan, başqa başlanışa, məndə, 

                 artıq; özgürlüyə yetim, səndə 

cığırları cızmalayan alçaqlıqlar, 

sınırlara göz tapşıran axmaqlıqlar, 

                      yol tapmasın, bu bir kəndə 

  - yorulmayım; mində birdə, bu vətəndə 

başarığım, yıxsın yorğun hasarları 

                 söksün, salsın ayaqlara; 

                      içimizdə; bu salınan, 

                                              dam- divarı 

............................ başla məni, qardaşvarı. 

 



 

 

  



26

22 

 

 



Başla məni; hər anımı, tam yaşayım 

xoşla məni; görəvimi, öz gövdəmdə 

                     xoş daşıyım, sultanlıqlar sarayına 

................ öz zatıma, olum qa`im 

istəyim tək, ixtiyar et məni da`im 

nədən, za`lım! 

gözlərində yaşamağa, hərdən mənə,  

               göz edərkən, üç zamanlı söz edirsən? 

Nədən da`im; baratımda bu hal yoxdur? 

yoxla, hər an öz dəminlə,  

                         dəmlə düzgün kirdarımı 

bu gün; əyər könül, eşqin məhəllidir, 

                    vücudumu, bağla gilən öz cuduna 

həyatımda, heç bir yerim boş olmasın 

....................... olduğunca, məni dinlə 

bu gün; eşqə çıxarımı,  

                 könüldürsə edən bəlli 

vücuduma, sultan eylə o məhəlli. 

 



 

 

  



27

23 

 

 



 

Yankıların səkisində;  

                   sükutlarım, vam oturmuş 

bu həyatdan, mənə çatan sovxa;  

                                teyxa, hərəkətdir, 

- ki qaçarı; cik- bök üstə,  

                     alçı durmuş 

Aman Sevgim;  

      bu müqəddəs yerişimi nəfəsləndir 

..... və səsləndir düşüncəmi. 

indi dinsən vücudumda,  

doqquz ay, y.....ox! 

doqquz gün, y...ox! 

bircə anda, üç zamanda, 

 təkəllümə çatdıraram, dünyaları 

- danışdırram eşqə doğru, mə`naları 

.......bircə, anda 

......üç zamanda. 

 



 

 

  



28

24 

 

Indi; məndə, xərmən- xərmən, alazlanan sorğulara, 



- horuf, yalın 

- kələmələr, kal 

- sözlər, qalın 

.... və mə`nalar, boy buxunsuz 

bu günə dək; aldıqlarım- verdiklərim, karın- lalın 

danışığım, ödəməyir baxımımı 

              yaşayar, mı? axımımı! 

...... sən yor, məndə axanları 

- sən çax, məndən baxanları 

sellən..., dillən, məndə yazı 

 .... şuru.... sazı 

          ürəyinlə, lap müva`zi. 

qoy kəlmələr can bağımda, kirdarlanıb 

                                                    sıra- sıra, sırra dolsun 

varlığına qaynaq olan; sözdə gərək; 

                                 yaşayışa boylu, eşqə malik, olsun 

dilə gəlməz sözlərimi canlandırıb, ürəyimi, saxla ra`zi 

............. ürəyinlə, lap müva`zi. 

 



Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə