Varliq toplusu



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə2/7
tarix11.09.2018
ölçüsü0,64 Mb.
#68119
1   2   3   4   5   6   7

 

 

  



9

5  

 

 



Oraları; buralarda, ayaq tutmuş,  

          öz kəndini, pak unudmuş,  

                buralıyam... oralıyam! 

süd yolumla açılmazın dönərgəmdə, həyat boyu 

                                          olduğuma mə'na verir 

eşqə doğru; dövlətinə düçaram, mən 

ulduzlarım, canlatdıqca, məni ; anlar 

                                         və ravanlar 

onlar, məndə yol gedənlər 

                       yer, edənlər 

mən, onların gülüşlənmiş şövkəsiyəm 

... xan günəşin; ətəşinin, meyvəsiyəm 

buralıyam, ......oralıyam. 

varlıq boyu, hamısından var alıram 

tam hüzuru; kamalımca daşımağa,   

                                naçaram; mən 

bu qundaqda,  

               qıfıllanmış açaram; mən. 

 



 

 

  



10

6 

 

 



 

Yağ ay günəş; 

bütün zülmət yollarına, gülüş payla 

               - tarla - tarla - məni, hayla,  

gündüzümü mən, doğuldum; səndə, doğul 

təbim qədər mən yazlandım; səndə, nazlan 

ətəşimcə mən, barlandım 

         səndə, mənə kimliyindən zumar yetir 

                            kirdarlanım səni, düzgün 

yellərinə bürü, məni 

varlıq deyə, sürü məni 

daşlandıqca bir daşınım, oraları, buralarda 

                              bir daşıyım səni, üzgün 

yağ ay günəş 

zülmətimi oda çəkib yandıraram, sənin kimi 

.... yağ , ətək vur közlərimə, 

        - xərmən - xərmən - 

                   mən; olum, sən . 

 



 

 

  



11

7  

 

 



Ay can,..... Ay tən,   

     sənsən, mənim gür ocağım 

                sənə baxır olacağım 

bax; qarşımdan 

  çıx; qaşımdan 

nəfəsini sal canıma, yorulmayım 

                                da, qalmayım talaşımdan 

atıl - qatıl, burulğanlı qatlarıma 

bu salınan qırmanlardan, qopar, məni 

                     salim; sa`lım hüzurumu, 

      o gedərgi yollarında, sultanlıqlar sarayına 

son qoyduqca torpaqlanmış qaydalara 

            menamlarım, mə`na tapsın qollarında 

... və uğrunda, əkim- biçim, şüurumu, 

                                 sən yaşıdlı, yaşa dönüm 

calandıqca baydalara; ayaqlaşım, 

                                 könül- könül, diləklərlə 

                               ayıq- sayıq, başa, dönüm. 

 



 

 

  



12

 

 



Sən, minlər il; sınırları aşıb, 

                                   mənə, tanışlıqdan söz açmısan 

mən, minlər il; qırmanları danışmışam, öz kəndimdə 

sən, minlər il; ışıq saçıb, 

                          gözlərimi korluqlardan, qurtarmısan 

mən, minlər il toplanmışam duyğuları 

tapdıqlarım, döşənmişdir düşünəcək ayağına 

                                                      çıxarımı artıq sına! 

səndən qalxan; susuzluqlar ğələyanı, 

                                                volkanların boğazında 

məndən axan; ətəşlərin cərəyanı, 

                                               danışıqda, yaz ağzında 

səndən saçan; tellər nuru, yaranışın ravağında 

məndə uçan; ellər, duru tərənnümlər dodağında 

sən, ışıqda 

mən, ışıqda 

........................... çıxarımı artıq sına! 

sınaqlardan çıxanmasam; onda, qına. 

 



 

 

  



13

 

 



 

Çiçəklənmiş bu günlərim, 

                          qoşulduqca var çayına  

baxımlarım ətək açır,  

                                sınırsızlıq sarayına 

bu gün daha: 

        matdır məndə, lat la mənat 

        lütdür məndə, cövhərlə zat 

indi, daha: 

          görüşümün ittifaqı, ölçüb, 

      biçir gülüşünün, en- boyunu 

............ və oxuyur, boy- soyunu

                                              gələcəkdə 

bu günlərdə: yarandıqca, arı - duru  

   - and içirəm, malik mənəm; gələcəyə 

                                               gələ- gələ 

mənliyimə qənim; mənəm mənəmliklər 

........................................... bunla belə!! 

 



 

 

  



14

10 

 

 



Gündüzləri; can gözündə daşımaqla, 

      günəşi; öz kirdarımla, yaşayıram 

Günəş; kimdir? 

səndə - onda, ... və onlarda 

                      duru- diri- dərin, A`təş 

onlar; kimdir? 

nur qanadlı; 

            yetmiş- yetmiş, milyard illik, 

                                  boyum- soyum 

səndə; ayıq- sayıq- isti,  

                     ətəş boylu, bağlı bir eşq 

qazandığım, o zinəqdən, əzizlikdir 

.... dənizliyin; bir bəhridə, təmizlikdir 

                   - eşqim-  

bu gün, öz içimdə tapdanırsam,  

                     şəpə- şəpə, sancı- sancı 

- varlığımdan, bir istəkdir 

əllərimdən, almaq olmaz bu qazancı. 

 



 

 

  



15

11 

 

 



 

Canəm! 


canım- ətim - qanım, 

səndə əziz tutub şanım, 

                     bir cocuq tək, əzdir məni 

göz dikdiyim qollarında;  

                    butaq- butaq, gəzdir məni 

məndə; boylu istəklərin zəncirəsi, 

                                          paxla- paxla 

Dönərgəmi, eşqin yaşıl qulluğunda,  

                                             ayıq saxla 

- boy ver, uca istəyimə 

qoşa bilsəm can səsini, nəfəsinə, 

qopacağam; gözə- gözə, özlüyümdən 

                    dadacağam, görüşündən 

ləhzələrim; bar verəcək, öpüşündə 

       - bahar - bahar - 

                    olacağam gülüşündən. 

 



Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə