Varliq toplusu



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə3/7
tarix11.09.2018
ölçüsü0,64 Mb.
#68119
1   2   3   4   5   6   7

 

 

  



16

12 

 

 



Bu gedişin; gəlişini,  

                         bənizindən oxuyuram 

sözlərimə; misra- misra, sehhə qoyub 

         gələcəyi yazılıram, sayfa- sayfa 

               ............ ala bilsə bizim tayfa 

bu günədək; divanlanmış, dünyalığım 

ki bu köynək;  

  qaynaqdırsa dolandığım yollarımdan 

........... beləliklə; hər anımın davranışı, 

                                           düyünlərdə 

yol ver; bütün yönlərinə,  

......bu günlərdə 

 - oxunarsam əyər, səndə 

sən; özünü oxu 

          - məndə - 

əyarlanıb dəyim dərdə 

kirdarlanım bu günləri, özü boyda 

                                yasda... toyda. 

 



 

 

  



17

13 

 

 



Könül - könül! 

istə; gəlim, o burulğan yollarına, 

                                            gülüş əkim 

....... və baş çəkim;  

             dövran- dövran, anlarına, 

- hər, bir yanda 

bu yanlar ki zindəganlıq gözəsidir 

o yanlardan xəbər dərim 

bir yerlər ki; başlanışlar, 

                baş qovzayır, ayaq tutur oralardan  

       - istə, gəlim - 

oralarki sənin, doğum ocağındır 

yaşıl- yaşıl, qonaqlaşaq, eşqimizi pəkişdirək 

..... gülüşləri öpüşdürək, bir birilə 

sevinc ilə dodaqlaşaq 

sevgi ilə qucaqlaşaq 

........................... istə, gəlim;  

ellərinə- əllərinə, çatsın əlim. 

 



 

 

  



18

14 

 

Bu yaşayış bizdə çoxda; bir az, yazdır! 



                                  bir ço...x, qışdır!! 

gözümüzdə ötürsə; öz - özümüzdən 

                  götürməyir, acıları- acıqları 

bu yaşayış, sürünərək topraqlara 

bürünərək alçaqlara; duranmayır ayağa, 

-  bir, boş xəyalca, 

.......... bizdən, uca 

görəvsiz bir yaşayışdı, 

         - bizdə -   

Topraq yasaları yaşadıqda, əynimizdə 

Lap, dar- düdük geyinmişdir, istəkləri- diləkləri 

bu yaşayış, bir keçəri ömrü, bizdə yola salmış  

...bildiyini, bizə edir! 

ürəkləri, tərsə gedir!! 

ancaq: insan gedir ki, öz vüqarında; rast otursun 

.... öz özünü, yiyələnsin, 

 - tamam - kamal - 

qanad vursun, ............ uca dursun. 

 



 

 

  



19

15 

 

 



 

Könül istir; 

      gözlərinin uzayında, qanad açsın 

menamları, canlandırıb; 

                       mə`na- mə`na, saçsın, 

                               sağmal döşlərinə 

sən, duyğular dərnəyim ol 

sən, isbatlar əsasında,  

                        örnəyim ol 

göz qoyduqca, sirətimə 

                       bir əldə, çək fitrətimə 

doyur, toxtaq aclığımı 

   - mənliyimdə -  

                    oturduqca, aşqın dursun 

təbi`n quşu; ucalarda,  

                 uçsun səni 

................. 

divanına, köçsün səni. 

 



 

 

  



20

16 

 

 



 

Nur dalğalı; burulğanlı,  

                        daşqın çaylar çevrəsində 

nur həyatlı; yaşayışlar sağlığına, 

                                   dənizlənib mey-lə 

............... sonra; aynalıqlar, desin neylə! 

gözlərinə gülsün, 

          Açın..... Varlıq..... Həyat 

                            mə`na versin, səniniçin 

........... ammaların, gözdən düşsün 

mə`naların, lap sürtüşsün, ürəyinə. 

...... o ki ürək diktəsidir: 

                  hər, bir anın; 

                        bir, başlanış nüktəsidir 

bunu alsan, adaxlarsan, hər bir anı 

özləyərsən varlıq üzrə,  

hə...r, bir zadı, hə...r, iym`anı 

                        hə...r, mə`nanı. 

 



 

 

  



21

17 

 

 



Bu gedişdə;  

              sayıq- yayıq, dözüm olsam 

özəlliklər xərmənindən, 

                   gözəlliklər gülşənindən, 

- daha artıq, pay aparram 

hər əməldə, gözüm olsa; hər bir işi, 

daha yayıq, 

..... xoş yaparam 

..... və taparam özlüyümü, 

                            hər nəsnədə, daha bəlli 

Törənişdə, hüzurumu alqışlayan,  

                                              baxımımdır 

bu yerişdə, yazda..... qışda, 

        sel - su kimi, öz içimi 

taptalayıb aynalayan, axımımdır 

hər bir halda, sahmanlanıb, 

                          olmalıyam hər bir  işdə  

........ eşq əlini, Sıxmalıyam, bu gedişdə. 



 


 

 

  



22

18 

 

 



Qoy ürəyim; ödəsin, 

                       ta...m gülüşünü 

qoy əllərim; şikar etsin, 

                  anlarını, özü boyda 

qoy gözlərin dolusunca, 

                        doluxsunum; kirdarını 

...... həyatımı, sevin könül, qaşlarında 

qoy döyünüm örənlərin, 

        - ürəyində -  

          dalğa- dalğa, qaş göz atsın 

gülüşlərdə, varlığımı gülə çəksin 

qoy getdiyin yollarına  

                       öz fikrini, başlıq qoşum 

                          döşlərinə, çiçək əksin 

...yaxınlarda, açsın səni; butaq- butaq 

uzaqlarda, köçsün səni; qucaq- qucaq 

varıl, böyük bir şüura, oymaq- oymaq 

                                       dodaq- dodaq. 

 



Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə