264
•
Radioloji şöbə;
•
Funksional
diaqnostika şöbəsi;
•
Qəbul şöbəsi;
•
Cərrahiyyə bloku;
•
Seksion zallar.
İkinci zonaya orta dərəcəli yoluxma riski olan yerlər aiddir:
•
ÇDD – vərəmli xəstələr istisna olmaqla, bəlğəmin VMB-na bakterioskopiyasının nəticələri
mənfi olan xəstələr üçün ayrılmış şöbələr (palatalar).
Üçüncü zonaya aşağı dərəcəli yoluxma riski olan yerlər aiddir:
•
Kliniki-diaqnostik laboratoriya;
•
Aptek;
•
Administrativ – təsərrüfat kabinetləri.
Yüksək yoluxma riski olan zonalar xəbərdaredici yazılarla işarələnir, məs: Diqqət! Yüksək
yoluxma riski zonası! Respiratordan istifadə edin!
İzolyasiya zonasında işin təşkili
Hər bir vərəm şöbəsi 2 hissəyə bölünməlidir: onlardan biri bəlğəm yaxmasının VMB
müayinəsinin nəticəsi müsbət olan xəstələr üçün nəzərdə tutulur və izolyasiya zonası adlanır. Bu
zona şöbənin digər hissəsindən arakəsmə və kodla bağlanan qapı ilə ayrılır.
İzolyasiya zonasında xəstələr palatalar üzrə xəstəliyin müddətindən (ilk dəfə aşkar olunmuş,
əvvəl müalicə almış) asılı olaraq yerləşdirilir. Xəstələrin palatalar üzrə yerləşdirilməsi aparılmış
müayinələrin nəticələri əsasında müalicə həkimi aparır.
VMB-na bakterioskopiyanın nəticəsi müsbət olan xəstələrdə müalicəyə qədər törədicinin
DH testini aparmaq lazımdır. Testin nəticələrini əldə edənə qədər müalicə standartları üzrə I sıra
preparatlar ilə aparılır, nəticələr əldə edildikdə müalicə sxeminin və müalicənin yerinin
korreksiyası aparılmalıdır.
Xəstəni izolyasiya zonasına yerləşdirməzdən öncə, onu şöbənin bu hissəsində yerləşmə
qaydaları ilə tanış edir və ondan izolyasiya qaydaları ilə tanış olduğu və onlara əməl edəcəyi
barədə imzalı kağız alırlar.
Diaqnostik kabinetlərə göndərilən xəstələr bu struktur bölmələrində qəbul zamanı 3 qrupa
ayrılmalıdırlar:
I-qeyri basilyar vərəm xəstələri,
II–basilyar
vərəm xəstələri
III – ÇDD – vərəm xəstələri.
İnfeksiyanın yayılmasının qarşısını almaq üçün müalicə həkiminin infeksion aerozol verə
biləcək müayinə və tədbirlərin (bronxoskopiya, spiroqrafiya, inhalyasion müalicə) basilyar
xəstədə aparılma zərurətini təyin etməsi vacibdir. Xəstə abasilləşənədək müvafiq müayinənin
təxirə salınması mümkündür.
Iİzolyasiya zonasının xəstələri öz palatalarında olmalıdır və onları orada qidalanma və
lazımi müayinə (EKQ), eləcə də, müalicə prosedurları ilə təmin etmək vacibdir. Xəstələr tibbi
personalın icazəsi olmadan izolyasiya zonasından çıxmamalıdırlar. Xəstəyə baş çəkməyə
gələnlər izolyatora buraxılmır. Xəstə ilə görüşə mütləq zərurət olarsa, onların görüşünü xüsusi
olaraq bu məqsədlə hazırlanmış yaxşı ventilyasiya olunan otaqda təşkil etmək olar. İstisna
hallarda (məs., xəstənin vəziyyəti ağır olduqda) xəstəyə baş çəkməyə gələnlər xəstəni izolyatorda
görə bilər, lakin bu zaman onlar respiratordan istifadə etməlidir.
265
Xəstə palatadan vərəm şöbəsinin dəhlizinə çıxdıqda cərrahi maska geyinməlidir.
ÇDD – vərəm şöbəsinin və digər yüksək risk şöbələrinin tibbi və xidmət personalı mühafizə
dərəcəsi FFP2 – dən az olmayan respiratorlarda işləməlidirlər.
Yaxma nəticəsi müsbət olan xəstələrin izolyasiyası 1 aydan sonra yaxmanın nəticəsi 3 dəfə
mənfi olarsa dayandırılır.
ÇDD – vərəm xəstələrində 30 günlük intervalla 2 mənfi əkmə nəticəsinin alınması
abasilləşmə hesab edilir.
Bəlğəm yığımı bilavasitə şöbələrdə havası saatda 20 dəfədən az olmamaqla dəyişən və
mənfi təzyiq yaradılan, ventilyasiya olunan, UBBŞ cihazları ilə təchiz olunmuş xüsusi otaqlarda,
yaxud daha yaxşı olar ki, kabinlərdə aparılsın. Bəlğəmin küçədə tibbi personalın nəzarəti altında
yığımı da mümkündür. Palatalar, tualetlər və digər nəzərdə tutulmayan yerlərdə bəlğəm yığımı
qəti şəkildə qadağan edilir. Bəlğəm nümunələri laboratoriyalara tibbi işçisi tərəfindən qəbul
pəncərəsindən çatdırılır.
Bakterioloji laboratoriyanın layihələndirilməsi
Bakterioloji laboratoriyanın personalı laboratoriyadaxili aerozol yolla yoluxma riskinə
məruz qalır. Buna görə administrativ nəzarət tədbirlərindən biri, ilk növbədə, laboratoriya
otaqlarının, hər birinin ayrı girişi olan infeksiyalaşmış (“çirkli”) zonaya – burada diaqnostik
müayinə materiallarının işlənməsi baş verir və infeksiyalaşmamış (“təmiz”) zonaya bölünməsi
ilə düzgün planlaşdırılması olmalıdır.
BL personalın, ətraf mühitin və müayinə materiallarının mühafizəsini təmin edən I və II A
sinifli, sertifikatlaşdırılmış bioloji təhlükəsizlik şkafları ilə təchiz olunmalıdır. Laboratoriyada
kənar şəxslərin girişini
qadağan edən, girişin məhdudlaşdırılması sistemi işləməlidir.
BL kənar şəxslərin girişi qəti qadağandır. Bu qapıların üzərinə vurulan “Bioloji təhlükə”
xəbərdarlığı ilə bildirilməlidir.
Vərəm əleyhinə müəssisələrin yerləşməsinə dair əsas tələblər
Vərəm xəstəxanasının yaxınlığında yaşayan əhalinin yoluxma riskini azaltmaq üçün ərazinin
girişi də daxil olmaqla, bütün perimetri boyunca hasarın tikilməsi zəruridir. ÇDD – vərəm
xəstələri istisna olmaqla, müxtəlif şöbə xəstələrinin birgə gəzintisinə icazə verilə bilər, belə ki,
açıq havada infeksiyanın yoluxma riski çox aşağıdır. Eyni zamanda, xəstələr açıq havada
davamlı təmas zamanı çarpaz yoluxma ehtimalı barədə məlumatlandırılmalıdırlar. Yaxma
mikroskopiyasının nəticəsi müsbət olan xəstələrə onun konversiyasına (təmizlənməsi) qədər
vərəm əleyhinə müəssisəni tərk etmək qadağan olunmalıdır.
Müəssisələrdə rejimin, personalın və xəstələrin təhlükəsizliyinin gözlənilməsi məqsədilə
videomüşahidə kameralarının quraşdırılması və daxili işlərin yerli orqanları ilə müqavilə yolu ilə
gecə - gündüz mühafizəsinin təşkili məqsədəuyğundur.
Vərəmə yoluxmanın qarşısını almaq üçün müəssisənin infeksion nəzarət
PLANI
1.
İnzibati nəzarət tədbirləri
Tədbirlərin adı
Tarix
Məsul şəxs
İnfeksion nəzarət üzrə komissiyanın
təşkili. Öhdəliklərin və işin
Baş həkim, həkim-
epidemioloq