260
İNFEKSİON NƏZARƏT
Ümumi məlumat
İnfeksion nəzarət vərəm infeksiyasına yoluxmanın qarşısını almaq üçün yönəlmiş
tədbirlərdir.
Xəstəxanadaxili vərəm infeksiyasının yayılma yolları:
•
Xəstə ↔ Tibb işçisi
•
Tibb işçisi ↔ Xəstə
•
Xəstə ↔Xəstə
•
Xəstəxanadaxili transmissiyanın ən təhlükəli yolu – tibb işçisinin xəstədən
yoluxması və patoloji materialla iş zamanı yoluxma riskidir.
•
Yüksək riskə məruz qalan tibb işçiləri ağıdakılardır:
•
xəstələrlə uzun müddət və davamlı birbaşa təmasda olan
tibb işçiləri;
•
vərəm diaqnozu təsdiq olunmamış və müalicə təyin olunmamış vərəm xəstələri ilə
təmasda olan tibb işçiləri;
•
fərdi qorunma vasitələrindən (respirator) istifadə etməyən və ya düzgün istifadə
etməyən tibb işçiləri;
•
vərəm infeksiyasının mikrobioloji və genetik təhlilini
aparan labaratoriya işçiləri;
•
infeksion nəzarət tədbirlərinin keyfiyyət meyarlarına uyğun gəlməyən tibb
müəssisələrində çalışan tibb işçiləri;
•
xəstələrə təhlükəsiz öskürək və bəlğəm yığma qaydalarını öyrədən tibb işçiləri.
ÜST-ün məlumatlarına əsasən vərəmin ən yüksək transmissiya riski həbsxanalarda və
qısamüddətli azadlıqdan məhrumetmə yerlərində qeyd edilir. Penitensiar sistemdə vərəm
infeksiyasının transmissiyası ilə əlaqədar gərginlik infeksion nəzarət tədbirlərinin lazımi
səviyyədə aparılmaması, qapalı şəraitdə çox sayda insanların saxlanılması və diaqnozun vaxtında
təyin olunmaması ilə əlaqədardır.
Vərəm mikobakteriyası üçün xarici mühit faktorlarına (soyuğa, istiyə, rütubətə, işığa)
yüksək davamlılıq xasdır. Vərəm mikobakteriyası günəş işığı olmadan həyat qabiliyyətini bir
neçə ay, hətta il ərzində belə qoruya bilər. Yayılmış işıq şüaları altında törədicilər 1-1,5 aydan
sonra məhv olur. Küçə tozunda mikobakteriyalar 10 gün, kitab səhifələrində 3 aya kimi, suda isə
5 aya kimi həyat qabiliyyətini saxlaya bilir.
Lakin, bəzi fiziki və kimyəvi təsirlər mikobakteriyaların məhvinə səbəb olur. Məsələn,
günəş şüası almış mikobakteriya kulturası 1,5 saat ərzində tələf olur. Ultrabənövşəyi şüalar isə
onları 2-3 dəqiqədən sonra məhv edir. Qaynama zamanı 45 dəq-dən sonra mikobakteriyalar
dağılır.
İnfeksion nəzarət strategiyası
İnfeksion nəzarət tədbirlərinin ardıcıllığı
Vərəm əleyhinə müəssisələrdə infeksion nəzarət – kompleks tədbirlər və texnoloji
prosedurlardan ibarətdir. Bu tədbirlərin sayəsində vərəmin transmissiya ehtimalı azalır. Vərəmə
infeksion nəzarətin məqsədi - vərəm infeksiyasının yayılma riskini azaltmaqdır.
İnfeksion nəzarət vərəmin xəstədən ↔ tibb işçisinə ↔ xəstəyə ↔ xəstə yanına gələnə;
tibb işçisindən ↔ tibb işçisinə ↔ xəstəyə ↔ xəstə yanına gələnə;
261
xəstə yanına gələndən ↔ tibb işçisinə ↔ xəstəyə ↔ xəstə yanına gələnə ötürülməsinin
qarşısının alınmasına yönəldilmiş tədbirlər komkleksi kimi qəbul edilməlidir.
İnfeksion nəzarət tədbirləri dörd səviyyədə aparılır:
-
inzibati
-
ətraf mühitin vəziyyətinə nəzarət (texniki nəzarət)
-
tənəffüs orqanlarının
fərdi mühafizəsi
İnzibati infeksion nəzarət tədbirlərinin həyata keçirilməsində əsas rolu nəzarət
strategiyasının hazırlanması və büdcənin planlaşdırılmasıdır. İnzibati nəzarət tədbirləri tibb
işçilərinin və xəstələrin yoluxma riskini azaltmaq məqsədi daşıyır.
İkinci prioritet istiqamət texniki nəzarət tədbirləridir. Bu tədbirlər ətraf mühitdən infeksion
aerozol hissəciklərin kənar edilməsini və ya konsentrasiyasının azaldılmasını təmin etməlidir.
Tənəffüs orqanlarının fərdi mühafizə tədbirlərinin rolu və əhəmiyyəti o zaman artır ki, artıq
aerogen infeksiyanın konsentrasiyasını inzibati və ya texniki nəzarətlər sayəsində azaltmaq
mümkün olmur.
Beləliklə, infeksion nəzarət tədbirləri aerogen infeksiyanın yaranmasının profilaktikasına,
VMB-nın tibb işçiləri və xəstələrə təsir intensivliyinin azaldılmasına yönəlmişdir.
İnzibati nəzarətinin məqsədləri
•
Strategiyanın hazırlanması, tədbirlərin planlaşdırılması, büdcənin ayrılması;
•
Müşahidə,
nəzarət və qiymətləndirmə;
•
Monitorinq və qiymətləndirmə;
•
Tibb müəssisələrinin rəhbərlərin nəzarət tədbirləri:
•
Müəssisənin dezinfeksiya planı.
•
Müəssisədə infeksion nəzarət tədbirlərinə cavabdeh olan
işciləri təyin etmək
•
Müəssisəyə aid olan vərəm üzrə infeksion nəzarətin həyata keçirilməsi üçün büdcə
planının hazırlanması;
•
Tələbatlara uyğun olaraq müəssisələrin inşaatının, layihələndirilməsinin və
renovasiyalarının təmin edilməsi;
•
Personal arasında vərəm xəstəliyinə epidemioloji nəzarətin qiymətləndirilməsinin
aparılması;
•
Vərəm üzrə infeksion nəzarət tədbirlərinin qiymətləndirilməsinin və monitorinqinin
aparılması;
İnfeksion nəzarətin inzibati tədbirləri
Bu tədbirlər vərəm xəstələrinin yoluxucu dövrdə başqaları ilə təmasının davamiyyətinin və
tezliyinin azaldılması və təhlükəsizliyinə yönəldilmişdir.
•
Konkret tibb müəssisəsində və onun struktur bölmələrində infeksiyanın yayılma riskinin
qiymətləndirilməsi;
•
İnfeksion nəzarət planının tərtibi və həyata keçirilməsi;
•
Potensial yoluxucu vərəm xəstələrinin erkən aşkarlanması;
•
Xəstə axınının vaxtında
şöbələr üzrə bölüşdürülməsi;
•
Vərəm əleyhinə terapiya kursunun vaxtında başlanması;
•
Öskürəyin artmasına səbəb olan proseduraların maksimal dərəcədə azaldılması;
•
Xəstələrin maarifləndirilməsi;
•
Tibb işçilərinin
infeksion nəzarət üzrə təlimi;
•
Tibb işçiləri üçün vərəmin skrininq proqramı.