263
Vərəm stasionarında xəstələrin yerləşdirilməsi
İN-in mühüm inzibati tədbiri stasionar şöbələrin (blokların) I-li və ya təkrar xəstələnmənin,
hospitalizasiya edilən xəstələrdə bakteriya ifrazetmənin, ÇDD – vərəm riskinin və ya bu
formanın varlığına əsaslanaraq bölünməsidir. Vərəm əleyhinə müəssisə rəhbərinin əmri ilə
aşağıdakı xəstələr üçün şöbələr (bloklar) təyin edilməlidir:
•
İlk dəfə aşkarlanmış və bəlğəm yaxmasının VMB-na mikroskopiyasının nəticələri müsbət
olan
xəstələr;
•
İlk dəfə aşkarlanmış və bəlğəm yaxmasının VMB-na mikroskopiyasının nəticələri mənfi
olan xəstələr;
•
Vərəm residivi olan və bəlğəm yaxmasının VMB-na mikroskopiyasının nəticəsi mənfi olan
xəstələr;
•
ÇDD – vərəmi olan və bəlğəm yaxmasının VMB-na mikroskopiyasının nəticəsi mənfi olan
xəstələr;
•
ÇDD – vərəmə yüksək risk olan və bəlğəm yaxmasının VMB-na mikroskopiyasının
nəticəsi müsbət olan xəstələr.
Vərəmə infeksion nəzarətin planı
Ümumi məlumatlar
Vərəm əleyhinə müəssisələrdə il ərzində həyata keçirilməsi nəzərdə tutulmuş tədbirlərin
siyahısı, yuxarıda da qeyd edildiyi kimi, inzibati tədbirlərə üstünlük verilən infeksion nəzarət
planında şərh edilməlidir.
Plana vərəm əleyhinə müəssisələrdə vərəmin transmissiyasının profilaktikası üzrə tədbirlər,
ilk növbədə, təhlükəli yoluxucu xəstələrin (“çirkli” materialların) sağlam insanlarla və ya
abasilləşmiş xəstələrlə (“təmiz” materiallarla) kəsişməsinin qarşısını alan tədbirlər, onların
izolyasiyasını, xəstələrin qruplara ayrılmasını və müalicənin vaxtında başlamasını nəzərdə tutan
tədbirlər, tibb işçilərinin təlimatlandırılması və hazırlama tədbirləri, xəstələrin və əhalinin sanitar
maarifləndirilməsi tədbirləri aid edilir.
İN planı sanitariya-epidimioloji və gigiyenik rejimlərə riayətin ümumi qaydalarının yerinə
deyil, onlara əlavə olaraq işlənib hazırlanır.
Struktur bölmələrinin vərəmə yoluxma riskinin dərəcəsinə görə bölgüsü
İN tədbirləri planında tibb işçiləri və xidmət edən personalın VMB-na yoluxma riskinin
azaldılmasına, eləcə də, stasionar müalicədə olan və ya vərəm əleyhinə dispanserə (kabineti)
gəlib-gedən xəstələr üçün təkrar yoluxma riskinin aradan qaldırılmasına yönəlmiş tədbirlər
nəzərdə tutulmalıdır. İnfeksion nəzarət tədbirlərinin rasional bölgüsü üçün vərəm əleyhinə
müəssisələrin struktur bölmələrini VMB-na yoluxma riskinin dərəcəsinə görə sıralamaq
lazımdır. Bu zaman, bir qayda olaraq, üç zona ayırd edilir. Birinci zonaya yüksək yoluxma riski
olan yerlər aiddir (bəlğəm yaxması müsbət olan xəstələr, infeksion materiallar üçün olan
məkanlar):
•
Bokslaşdırılmış şöbələr;
•
Vərəmli,
eləcə də, ÇDD – vərəmli xəstələr üçün ayrılmış şöbələr;
•
Bəlğəm yığmaq üçün kabinlər (otaqlar);
•
Bakterioloji
laboratoriya;
•
Endoskopiya şöbəsi;
•
İntensiv terapiya palatası olan
reanimasiya şöbəsi;