Vergi qanunvericiliyinə (inzibatçılığına) edilmiş dəyişikliklər haqqında Hörmətli vergi ödəyicisi!



Yüklə 27,73 Kb.
səhifə6/6
tarix16.02.2023
ölçüsü27,73 Kb.
#100871
1   2   3   4   5   6
2310020005132700-Bildiris

kənd təsərrüfatı məhsulları;

  • əlvan və qara metal qırıntıları;

  • utilizasiya və digər məqsədlər üçün kağız, şüşə və plastik məmulatları;

  • utilizasiya məqsədləri üçün işlənmiş şinlər;

  • xam dəri.

    Vergi Məcəlləsinə əlavə edilmiş yeni, 102.1-1-ci maddəsinə əsasən artıq şəhid statusu verilmiş şəxslərin valideynlərinin, dul arvadlarının (ərlərinin) və övladlarının da hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 800 manat məbləğində azaldılacaqdır.
    Dəyişiklikdən əvvəl Vergi Məcəlləsində 102.1-1-ci maddə qeyd olunmamışdır.
    Vergi Məcəlləsinə yeni əlavə olunmuş 102.1.37-ci maddəyə əsasən siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş idxal mallarını yerli istehsal (emal) malları ilə əvəz edəcək qida (ərzaq) məhsullarının istehsalını həyata keçirən fərdi sahibkarların həmin fəaliyyətdən əldə etdiyi gəlirin 50 faizi - müvafiq siyahının təsdiq edildiyi ildən etibarən 7 il müddətinə gəlir vergisi azad edilmişdir.
    Vergi Məcəlləsinə yeni əlavə olunmuş 102.1.38-ci maddəyə əsasən “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə uyğun olaraq əhali qrupuna daxil olan aktiv istehlakçının bərpa olunan enerji mənbələri hesabına 150 kVt (150 kVt daxil olmaqla) güc həddinədək istehsal etdiyi elektrik enerjisinin elektrik təchizatı şəbəkəsinə ötürülməsindən əldə olunan gəlir gəlir vergisindən azad edilmişdir.
    Vergi Məcəlləsinin 102.4.2-ci maddəsinə edilmiş əlavəyə əsasən artıq 1990-cı il yanvarın 20-də SSRİ qoşunlarının müdaxiləsi nəticəsində, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı həlak olmuş şəxslərin valideynləri, arvadları (ərləri) ilə yanaşı övladlarının da hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 100 manat məbləğində azaldılacaqdır.
    Həmçinin “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” 05 yanvar 2023-cü il tarixli Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2023-cü il yanvar ayının 1-dən 345 manat müəyyən edilmişdir.
    Dəyişikliyə qədər, minimum aylıq əməkhaqqının məbləği 300 manat olmuşdur.
    Yuxarıda qeyd olunanlar Vergi Məcəlləsinin 13.2.16.14-1-ci, 14.3.6-cı, 16.1.11-11-ci, 30.2.2-ci, 30.2.5-ci, 35-ci, 50.8-ci, 57.1-ci, 65.8-ci, 85.4-cü, 85.5-ci, 102.1.7-ci və 102.1-1-ci, maddələris ((https://www.e-qanun.az/framework/46948 internet ünvanı vasitəsilə tanış ola bilərsiniz), “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.5-ci maddəsi (https://e-qanun.az/framework/34474 internet ünvanı vasitəsilə tanış ola bilərsiniz) və “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 05 yanvar 2023-cü il Sərəncamı (https://e-qanun.az/framework/53129 internet ünvanı üzrə tanış ola bilərsiniz) ilə tənzimlənir.
    Vergi qanunvericiliyi və inzibatçılığı, sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə sosial sığorta, işsizlikdən sığorta və tibbi sığorta qanunvericilikləri ilə bağlı ətraflı məlumat almaq üçün İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə (195), İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytına (www.taxes.gov.az), 10 saylı Ərazi Vergilər İdarəsinin vergi ödəyicilərinə xidmət mərkəzlərinə (ünvan: AZ 3600 Qəbələ şəhəri H.Əliyev prospekti ev 117) və ya bütün digər vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.
    Məlumat üçün onu da qeyd edək ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytının “Əlaqə” bölməsindən “Vergi ödəyiciləri ilə görüşlər” alt bölməsində (https://www.taxes.gov.az/az/page/vergi-odeyicileri-ile-gorusler) yerləşdirilmiş görüşlərdə iştirak etmək istədiyiniz təqdirdə xidmət mərkəzlərinə və ya İnternet Vergi İdarəsinin (http://www.e-taxes.gov.az) “Onlayn kargüzarlıq və e-VHF” bölməsi vasitəsilə müraciət etməklə həmin görüşlərə yazıla bilərsiniz.

    10 saylı Ərazi Vergilər İdarəsinin rəisi,


    baş vergi xidməti müşaviri Elxan Süleymanlı
    Yüklə 27,73 Kb.

    Dostları ilə paylaş:
  • 1   2   3   4   5   6




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
    rəhbərliyinə müraciət

        Ana səhifə