Vergi qanunvericiliyinə (inzibatçılığına) edilmiş dəyişikliklər haqqında Hörmətli vergi ödəyicisi!



Yüklə 27,73 Kb.
səhifə2/6
tarix16.02.2023
ölçüsü27,73 Kb.
#100871
1   2   3   4   5   6
2310020005132700-Bildiris

Dəyişiklikdən əvvəl neft-qaz sahəsində fəaliyyəti olan və ya dövlət sektoruna aid edilən vergi ödəyiciləri istisna olmaqla, digər vergi ödəyiciləri tərəfindən idxal ediləcək mallar barədə məlumatlar İqtisadiyyat Nazirliyi tərəfindən təsdiq edilən formada malların idxal olunacağı tarixədək vergi ödəyicisinin uçotda olduğu vergi orqanına təqdim edilməsi, həmçinin vergi ödəyicisinin vergi orqanında uçota alınmış bir təsərrüfat subyekti (obyekti) olduğu halda belə nəzərdə tutulan məlumat formasının vergi orqanına təqdim edilməsi nəzərdə tutulurdu.
Vergi Məcəlləsinin 16.6-cı maddəsinə edilmiş əlavəyə əsasən 01.01.2023-cü ildən etibarən sığortaçılar tərəfindən hüquqi şəxslərin, onların filial və nümayəndəliklərinin sığortalanmış əsas vəsaitləri barədə məlumatları ilə yanaşı fərdi sahibkarların da sığortalanmış əsas vəsaitləri barədə məlumatları rüb bitdikdən sonra növbəti ayın 20-dək İqtisadiyyat Nazirliyi tərəfindən müəyyən edilmiş formada Dövlət Vergi Xidmətinə təqdim edəcəklər.
Dəyişiklikdən əvvəl sığortaçılar tərəfindən yalnız hüquqi şəxslərin, onların filial və nümayəndəliklərinin sığortalanmış əsas vəsaitləri barədə məlumatları ilə yanaşı sığortalanmış əsas vəsaitləri barədə məlumatları rüb bitdikdən sonra növbəti ayın 20-dək İqtisadiyyat Nazirliyi tərəfindən müəyyən edilmiş formada Dövlət Vergi Xidmətinə təqdim edilməsi nəzərdə tutulmuşdur.
Vergi Məcəlləsinin maddəsinə edilmiş dəyişikliyə əsasən vergi ödəyicisinin eyniləşdirmə nömrəsi 30.2-ci ilə yanaşı təsərrüfat subyektinin (obyektinin) uçot kodu haqqında məlumatlar vergi borcu barədə məlumatlarla yanaşı məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları, faizlər və maliyyə sanksiyaları üzrə borc məlumatları da kommersiya və (və ya) vergi sirri hesab olunmayan məlumatlara aid ediləcəkdir.
Dəyişiklikdən əvvəl təsərrüfat subyektinin (obyektinin) uçot kodu haqqında, həmçinin məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları, faizlər və maliyyə sanksiyaları üzrə borc məlumatları da kommersiya və (və ya) vergi sirri hesab olunurdu.
Vergi Məcəlləsinin 35.1-ci maddəsinə edilmiş dəyişikliyə əsasən banklarda hesab açılması məqsədilə vergi ödəyicilərinə vergi orqanlarından şəhadətnamə-dublikat almaq tələbi ləğv edilir.
Vergi ödəyiciləri vergi uçotuna alındıqdan sonra hesab açmaq üçün bank hesablarını açmaq və aparmaq hüququ olan kredit təşkilatlarına və poçt rabitəsinin milli operatoruna müraciət etdikdə bank əməliyyatları aparan şəxslər vergi ödəyicilərinə hesablar açır (qanunla hesabın açılmasından imtinaya əsas verən hallar nəzərə alınmaqla) və açılmış hesabların (qeyri-rezident üçün sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan açılmış hesablar istisna olmaqla) vergi orqanında qeydiyyata alınması üçün forması İqtisadiyyat Nazirliyi tərəfindən təsdiq edilən məlumatı hesab açıldığı tarixdən 1 iş günü müddətində elektron qaydada vergi orqanına göndərəcəklər.
Vergi Məcəlləsinin 35.2-ci maddəsinə edilmiş dəyişikliyə əsasən açılmış hesab daxil olmuş məlumat əsasında vergi orqanı tərəfindən real vaxt rejimində avtomatlaşdırılmış qaydada qeydiyyata alınır və bu barədə bank əməliyyatları aparan şəxslərə qeydiyyat bildirişi göndərilir. Qeydiyyat bildirişi daxil olanadək bank əməliyyatı aparan şəxslər tərəfindən hesab üzrə məxaric əməliyyatlarının aparılması qadağandır.
Vergi Məcəlləsinin 35.3-cü maddəsinə edilmiş dəyişikliyə əsasən adına hesab açılmış vergi ödəyicisinin dövlət büdcəsinə və büdcədənkənar fondlara vergilər, sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları, faizlər və maliyyə sanksiyaları üzrə borcu olduğu və bu Məcəllənin 65.1-ci maddəsi ilə müəyyən edilən müddət bitdiyi halda vergi orqanı tərəfindən hesabın qeydiyyata alınmasına dair bildirişlə yanaşı eyni gündə həmin hesab üzrə bu Məcəllənin 65-ci maddəsinə uyğun olaraq sərəncam da göndərilir və bildirişdə bu barədə qeyd ediləcəkdir.
Vergi Məcəlləsinin 35.4-cü maddəsinə edilmiş dəyişikliyə əsasən hesab üzrə vergi orqanının sərancamının göndəriləcəyi barədə qeyd olan hesab üzrə bank əməliyyatı aparan şəxslər tərəfindən həmin hesab üzrə vergi orqanının sərəncamı daxil olanadək sərəncamda göstərilən məbləğ həddində məxaric əməliyyatlarının aparılması məhdudlaşdırılacaqdır. Bank əməliyyatlarını aparan şəxslər tərəfindən vergi orqanının sərəncamı daxil olanadək hesabdan məxarici məhdudlaşdırılan vəsaitdən artıq olan pul vəsaiti olduğu halda həmin artıq pul vəsaitinin hesabdan məxaric edilməsini nəzərdə tutan vergi ödəyicisinin ödəmə tapşırıqları icra ediləcəkdir. Həmin hesaba vergi orqanının sərəncamı daxil olduqdan sonra hesab üzrə əməliyyatlar qanunla nəzərdə tutulmuş qaydalara və növbəliliyə riayət edilməklə icra ediləcəkdir.
Vergi Məcəlləsinin 35.5-ci maddəsinə edilmiş dəyişikliyə əsasən vergi ödəyicilərinə məxsus hesabların bank əməliyyatı aparan şəxslərin özü, filial və ya struktur bölmələri arasında köçürülməsi zamanı bank əməliyyatı aparan şəxslər köçürülən hesablar barədə İqtisadiyyat Nazirliyi tərəfindən müəyyən edilmiş formada məlumatı hesabın köçürüldüyü tarixdən 1 iş günü müddətində elektron qaydada Dövlət Vergi Xidmətinə göndərəcəkdir.
Vergi Məcəlləsinin 35.6-cı maddəsinə edilmiş dəyişikliyə əsasən isə vergi ödəyicilərinə məxsus hesablar bank əməliyyatı aparan şəxslər tərəfindən bağlandıqda həmin şəxslər bu barədə məlumatı hesabın bağlandığı tarixdən 1 iş günü müddətində elektron qaydada Dövlət Vergi Xidmətinə göndərəcəkdir.

Yüklə 27,73 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə