Vergi qanunvericiliyinə (inzibatçılığına) edilmiş dəyişikliklər haqqında Hörmətli vergi ödəyicisi!



Yüklə 27,73 Kb.
səhifə5/6
tarix16.02.2023
ölçüsü27,73 Kb.
#100871
1   2   3   4   5   6
2310020005132700-Bildiris

Dəyişiklikdən əvvəl elektron ticarət qaydasında satılan malların sifariş edilərək pərakəndə satış ticarət obyektlərinə məxsus anbarlardan təqdim edilməsi ilə bağlı yuxarıda qeyd edilən maliyyə sanksiyası tətbiq edilirdi.
Vergi Məcəlləsinə əlavə edilmiş yeni, 65.8-1-ci maddəsinə əsasən vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında sərəncam olduqda vergi ödəyicisi dondurulmuş pul vəsaitinin dövlət büdcəsinə köçürülməsi ilə bağlı kredit təşkilatları və ya bank əməliyyatları aparan şəxslərə ödəniş tapşırığı təqdim edə bilər və bu zaman həmin şəxslər vergi ödəyicisinin ödəniş tapşırığında göstərilən məbləğdə pul vəsaitinin dövlət büdcəsinə köçürülməsini təmin edə biləcəklər.
Dəyişiklikdən əvvəl Vergi Məcəlləsində 65.8-1-ci maddə qeyd olunmamışdır.
Vergi Məcəlləsinin 85.4-cü maddəsinə edilmiş dəyişikliyə əsasən vergi orqanları səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən 5 il ərzində tutmaq hüququna malik olacaqlar.
Dəyişiklikdən əvvəl vergi orqanları səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən 5 il ərzində tutmaq hüququna malik olması nəzərdə tutulmamışdır.
Vergi Məcəlləsinin 85.5-ci maddəsinə edilmiş dəyişikliyə əsasən vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra aşağıdakı hallarda keçirilən səyyar vergi yoxlamasının nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən 5 il ərzində tələb etmək hüququna malik olacaqlar.

  • ƏDV üzrə artıq ödənilmiş vergi, faiz və maliyyə sanksiyası digər vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilməsi hesabına və ya sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilməsi ilə əlaqədar keçirilən növbədənkənar səyyar vergi yoxlaması üzrə: (38.3.3)

  • Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə vergi ödəyicisinin daxil olmuş ərizəsinə əsasən keçirilən növbədənkənar səyyar vergi yoxlaması üzrə: (38.3.3)

Vergi Məcəlləsinin 102.1.7-ci maddəsinə edilmiş əlavəyə əsasən “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun (bu Qanunla https://e-qanun.az/framework/34474 linki vasitəsilə də tanış ola bilərsiniz) 3.5-ci maddəsində göstərilən malların vergi ödəyicilərinə təqdim edilməsindən (kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən istehsal olunan kənd təsərrüfatı məhsullarının təqdim edilməsi istisna olmaqla) fiziki şəxsin vergi tutulan gəlirlərinə aid ediləcəkdir.
Məlumat üçün onu qeyd edək ki, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.5-ci maddəsində göstərilən mallar aşağıdakılardır;


  1. Yüklə 27,73 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə