Vergi qanunvericiliyinə (inzibatçılığına) edilmiş dəyişikliklər haqqında Hörmətli vergi ödəyicisi!



Yüklə 27,73 Kb.
səhifə3/6
tarix16.02.2023
ölçüsü27,73 Kb.
#100871
1   2   3   4   5   6
2310020005132700-Bildiris

Dəyişiklikdən əvvəl vergi ödəyiciləri banklarda hesab açılması məqsədilə vergi orqanından şəhadətnamə dublikat almalı idilər.Vergi ödəyicisinin büdcəyə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcu olduqda şəhadətnamə verilmirdi. Şəhadətnamə-dublikat 10 gün müddətində etibarlı idi və yalnız onda göstərilən bankda hesab açılması mümkün idi.
Qeyd: Vergi Məcəlləsinin 35-ci maddəsinə edilmiş bütün əlavə və dəyişikliklər 01.10.2023-cü il tarixdən qüvvəyə minəcəkdir.
Vergi Məcəlləsinin 50.8-ci maddəsinə edilmiş əlavə və dəyişikliklərə əsasən nəzarət-kassa aparatının çeklərində qeyd olunmalı məlumatlara bir sıra yeni əlavələr və dəyişikliklər edilmişdir:
Belə ki,
- 50.8.5-ci maddə üzrə sadələşdirilmiş verginin məbləği ilə yanaşı verginin dərəcəsi;
- 50.8.6-cı maddə üzrə gün ərzində deyil, cari növbə ərzində vurulmuş çeklərin sayı və çekin nömrəsi;
- 50.8.10-1-ci maddə üzrə (yeni əlavə) avans (beh) ödənişi çekində avans (beh) üzrə ödənilmiş məbləğ;
- 50.8.13-cü maddə üzrə ödənişin forması və üsulu (nağd, nağdsız, bonus, hədiyyə kartı);
- 50.8.14-cü maddə üzrə çekin növü (satış, geri qaytarma, ləğvetmə, avans (beh) ödənişi, nisyə satış üzrə ödəniş);
- 50.8.16-cı maddə üzrə geri qaytarma, ləğv etmə və satış (avans üzrə) çekində çeklərində həmin çeklərlə bağlı olan müvafiq çeklər üzrə fiskal əlamətlərdə təsvir olunan simvollar (unikal identifikator);
- 50.8.17-ci maddə üzrə (yeni əlavə) nisyə satış üzrə ödəniş çekində nisyə satış üzrə ödəniləcək məbləğin və ödəniş üzrə ardıcıllığın nömrəsi, habelə satış (nisyə) çeki üzrə fiskal əlamətlərdə təsvir olunan simvollar (unikal identifikator);
- 50.8.18-ci maddə üzrə (yeni əlavə) yanacaq doldurma məntəqələri tərəfindən vergi ödəyicilərinə yanacaq kartı (talon) əsasında təqdim edilən yanacağa görə satış çekində alıcının nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı.
Vergi Məcəlləsinin 57.1-ci maddəsinə edilmiş dəyişikliyə əsasən hesabat dövrü üzrə vergi tutulan və ya vergidən azad edilən (vergiyə cəlb edilməyən) əməliyyatlar aparan, vergitutma obyektləri olan vergi ödəyicisi tərəfindən vergi hesabatının əsas olmadan müəyyən edilən müddətdə təqdim edilməməsinə görə vergi ödəyicisinə vergi orqanının rəhbərinin (onun müavininin) qərarına əsasən 40 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcəkdir.

Yüklə 27,73 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə