73
diapazonu əngəlləyəcək parlaq işıqlı pəncərə varmı? Yaxud görüntünü korlaya
biləcək parıltılı şüşə, ya da metal səthlər yoxdur ki? Və ya çəkilişə zəruri
cihazlar üçün yetərli elektrik mənbəyi varmı? Gərəkli işıq aparatlarından ötrü
yer kifayət qədərdirmi? Cihaz və çəkiliş obyektləri arasındakı məsafə işığa
nəzarət yetirməyə imkan verəcəkmi? Həmin suallara “hə” cavabı alandan sonra
çəkilişə başlaya bilərsiniz. Videojurnalistika prodüserinin cavab üçün, adətən,
beş dəqiqə vaxtı olur; SVİ (Studiyadankənar videoistehsal) prodüseri çəkiliş
yeri ilə öncədən tanış ola bilər.
§20. Üç nöqtədən işıqlandırma
Üçölçülü təəssürat oyatmaqdan ötrü üç
və zifə həll edilməlidir: formanı sezdirmək
(rəs mləyici işıq); çəkiliş obyektini fondan
ayır maq (əks işıq); rəsmləyici işığın (dol du
rucu işıq və ya köməkçi işıq) yaratdığı qatı
köl gəni seyrəltmək. Bu üsul üç nöqtədən işıq
lan dırma adlanır.
Üç nöqtədən işıqlandırmaya dair ideal an
layışı şəkildə göstərmək, illüs trasiya etmək
asan dır, ancaq gerçək şəraitdə işığın qu rul ma
sı ideal haldan çox fərqlənə bilər. Nəticə eti
barilə, işığın düzgün qurulubqurulmadığı ba rədə
qə rarı subyektiv olaraq çıxarırsan və bu zaman
ayrıayrı cihazların vəziyyət və parlaqlıq dərə cə
lə rinin üç nöqtədən işıqlandırmağın ideal sxe minə
uyğun lu ğundan yox, çəkiliş səhnəsinin kamerada
(və ya monitorda) necə görün mə sindən çıxış edi r
sən. Deməli, indi müzakirə etdiyimiz işıq nisbəti
prinsipləri işığın qurulma prosesində son nöqtə
de yil, çıxış nöqtəsidir.
Rəsmləyici işıq
Rəsmləyici işıq ən parlaq və deməli, ən önəm li
işıq qaynağıdır. Rəsmləyici işıq ilk növ bədə, lentə alınan cismin formasını üzə
çıxarmaq üçündür. Həmin cismi parlaq işıqlatmaq, həm də kölgələrini du rult
maqla buna nail olmaq müm kün dür. Əksər hallarda cismin forması haqqında
ən önəmli informasiyanı onun sət hindəki kölgələrdən alırıq və bu baxımdan,
ümumi işıq elə də rol oynamır.
Teleseyrçilər uzun illərdir ki, görüntüləri çatdırmağın bəlli üsullarına alı şıb lar.
Məsələn, xəbərlər və ya rəsmi məlumat, adətən, telestudiyada olan və əs lin də
Şəkil 54.
Şəkil 53
74
yeri bilinməyən, həm də düz kameraya baxan diktor vasitəsilə çat dırılır və orta,
yaxud ortairi plandan istifadə olunur. Yeri və vaxtı göstərən heç bir işarəyə rast
gəlinmir. Hansı stansiyadan, hansı gün və günün hansı vaxtında efirə veril
məsindən asılı olmayaraq, bütün çatdırışlar birbirinə bənzəyir. Rəsm ləyici işıq
hər hansı giriş informasiyası daşımır: çəkiliş obyekti xəyali düz xət dən təx
minən 3045 dərəcə hündür bucaq altında və 3045 dərəcə qıraqda yerləşdirilir.
Rəsmləyci işıq vasitəsilə obyektin üzündə yaradılan işıqkölgə şək li o bucaqlar
həddində yerləşir. Məhz işıqkölgə cizgiləri üzü normal gös tərməyə imkan
verir. Bu tip işıq studiyadankənar şəraitin bir çoxunda yetərli sa yıla bilər. Əgər
işıq kameranın işinə kifayət edirsə və çəkilişdə, məsələn, reportyoru şəhər
bələdiyyəsinin vestibülündə yalnız bir bucaqdan lentə alan tək kamera
işlədilirsə, o zaman planın dərinliyini, parlaqlığını, kontrastını və can lılığını
təmin etmək üçün yeganə rəsmləyici işıq da yetərlidir.
Əgər həmin səhnəni bayırdan, bələdiyyə binasının pilləkənlərindən çəkmək
lazım gələrsə, reportyor elə yer seçib dayanmalıdır ki, rəsmləyici işığın funk
siyasını günəş yerinə yetirsin. Pillələrə gün işığı düşmürsə, kameranın görmə
sahəsindən qıraqda qalan ən yaxın ağ divardan və yaxud səyyar güzgüləyicidən
(ağ rəngli və ya alümin təbəqəsi olan) rəsmləyici işıq kimi istifadə etmək
mümkündür. Kameranı gündüz işığına kökləməyi yaddan çıxartmayın. Əgər
işıq cihazından yararlanmalı olsanız, cihazın rəng temperaturunu gündüz işı
ğının temperaturuna çatdırmaqdan ötrü sizə işıq süzgəci də gərək ola bilər.
Şəkil 55.
1. Rəsmləyici işıq
2. Doldurucu işıq
3. Model işıq
4. Əks işıq
Tamlaşdırıcı (doldurucu) işıq (altdan işıqlatmaq)
Çox vaxt çəkilən səhnə yuxarıda təsvir ediləndən mürəkkəb olur və bir neçə
işıq cihazından istifadəni nəzərdə tutur. Əgər çəkiliş səhnəsi çox qaranlıqdırsa, ye
ganə rəsmləyici işıq vəziyyəti daha da korlaya bilər, çünki həddindən artıq kəskin
işıqkölgə cizgiləri yaradacaq. Bu halda kamera ilə çəkiliş obyekti ara sındakı
xəyali xəttin hər iki tərəfinə qoyulmuş iki eyni dərəcədə parlaq işıq qay nağından
istifadə etməyə həvəslənə bilərsiniz. Nəticədə obyekt parlaq işıq la nacaq, ancaq
Şəkil 54. Rəsmləyici işıq effekti
75
hər iki işıq qaynağının eyni parlaqlıq dərəcəsi tutum effektini yer lidibli yoxa
çıxaracaq.
Tamlaşdırıcı işıq, yaxud altdan işıqlatma həmin prob lemi çözür. Altdan işıq
latma yolu ilə çəkiliş ümumi işıq lanma mənzərəsini artırmaq, tam da olmasa,
qismən rəsm ləyici işığın doğurduğu köl gələri örtmək müm kün dür. Tam laşdırıcı
işıq qay naq la rı nı rəsmləyici işığın parlaqlıq dərəcəsinin 5075%i həddində
tən zim ləmək la zımdır. Kameraya zəruri əsas işıq səviyyəsindən az olmamaq
şər ti ilə tam laşdırıcı işığın parlaqlığını müəyyənləşdirin. Seyrçinin diqqətini
cəlb etmək üçün hər hansı fon sahəsini işıqlandırmaq tələb edilirsə, həmin sə
viyyəni ar tır maq da olar.
Rəngli televiziya tamlaşdırıcı işıqdan uğursuz yararlanıb (çox vaxt suiis ti
fadə edib). Belə vəziyyət onun nəticəsində yaranıb ki, videokameraların bir
çoxu kölgəli sahələrin dəqiq rəngveriminin öhdəsindən çətinliklə gəlir. Kölgəli
sahələri parlaq işıqladarkən aldıqları rəngin nisbətən tünd çalarlarında gös
tərmək əvəzinə, videokameralar onları çox vaxt təhrif edir. Üzdəki kölgə, tutaq
ki, yaşıl rəngə, yaxud heç cür uyuşmayan bir başqa rəngə çevrilir, hal bu ki,
insan sifəti öz rənginin daha tünd çalarlarında görünməlidir.
Belə xoşagəlməz hallardan qaçmaq üçün, çəkiliş səhnəsi ifrat miqdarda
tam laşdırıcı işığa “bələnir” və məqsəd də o olur ki, bu yolla kölgəli sahələr
ara dan qaldırılsın. Hansı nəticənin yarandığını, məsələn, komik xarakterli bir
çox teletamaşadan görmək mümkündür: istər personajlar, istərsə şərait eyni də
rə cədə parlaq, işıqlı, həm də “hamar” görünür.
Xoşbəxtlikdən, indiki kameraların işıqtoplayıcı imkanları çox böyük sürətlə
yaxşılaşdığından (məsələn, yüklü rabitə cihazları – JRC – mövcud ol du ğun
dan), görüntünü əvvəlki kimi, işıq selində “çimizdirməyə” lüzum qalmır.
Kameraların əksər hissəsi təbii işığı gücləndirmək üçün cəmi bir ədəd yum
şaq işıq cihazından yararlanarkən, işıqkölgə rəsmləri insan sifətinin rəng ça lar
larını çox rəvan keçidlə canlandırır və bu çalarları kameranın özü də effektli
şəkildə fiksasiya edir.
Rəsmləyici işığın günəşdən və ya işıq cihazından qaynaqlanmasının fərqinə
varmadan, kölgəli sahələrin rəngverimi keyfiyyətini mütləq yoxlayın ki, əlavə
Şəkil 57. Tamlaşdırıcı işıq effekti
Dostları ilə paylaş: |