76
ci haz, yaxud güzgüləyicinin köməyi və tamlaşdırıcı işığa ehtiyacı müəy yən ləş
di rə biləsiniz.
Əks işıq (kontrajur)
Əks işıq iki funksiyanı görür: incə və
parlaq işıq xətti ilə insanın başını və
çiyinlərini sezdirərək, dərin kadrın
alınmasına şərait yaradır. Əks işıq saç dü
zü münün, yaxud geyim biçiminin bil di ril
mə sinə çox kömək edir, onları fonda
əriməyə qoymur. Obyektivə əks işığın cüzi
hissəsi düşdüyü üçün, həmin işığı buraxan
cihazın parlaqlığı rəsmləyici işığın
parlaqlığına ya bərabər, ya da ondan çox olur. Əks işıq qay nağı obyektin
arxasında, həm də xeyli yük səkdə yerləşdirilir. Bu qaynağı çəkilən ada mın başı
üzərindən son dərəcə hün dür də quraşdıranda, həmin adamın saçları və bur nu
çox işıltılı alınır. Bir az aşağıda yerləşdirəndə isə işıq bibaşa obyektivə dü şə rək
bərq vuracaq. Bu işıq hətta kameranın ötürücü borusunu zədələyə bilər.
Əks işığın düzgün qurulması studiyadankənar işıqçıdan ötrü heç də asan iş
deyil. İşıq cihazlarının əksəriyyəti döşəmə dayaqlarına bərkidildiyindən, çəkiliş
obyektinin arxasında qoyulan əks işıq qaynağı kadra düşə bilər. Əgər bu çox
mane olursa, döşəmə dayağını kadrdan çıxarmaq üçün ya cihazın, ya obyektin,
ya da kameranın yerini dəyişdirmək lazım gəlir. Çox istifadə olunan iki başqa
yol da var. Əks işığı dayaq üzərində bərkitmək çəkiliş ob yektinin başı arxa sın
da asmaq mümkündür. Beləcə, onu kameranın görüm sa həsindən çıxarmaq olur
(asdığınız cihazın möhkəm bərkidildiyinə əmin olmağı unutmayın). İkinci yol,
adətən, “sıçrayan” işıqdan əks işıq key fiy yə tin də istifadə edilməsidir. İşıq ciha
zını otağın tavanına və ya obyektin arxasındakı divara elə yönəldin ki, işıq
həmin tavanın və ya divarın səthindən obyektin kürəyinə sıçrasın. Əgər arxa
divar güzgüləyici səth əvəzinə istifadə edilirsə, bu divarın kadra düşübdüşmə
məsinə diqqət yetirin. Əks halda, yəni divar kadra düş sə, onun parlaqlığı gö
rün tüyə mane olacaq.
Çətinliklə qurulduğundan, studiyadankənar çəkilişlərdə təktək hallarda əks
işıqdan yararlanırlar. Texniki dillə desək, obyektin fondan aralanması və dərin
kadr yaradılması məsələlərinə birbiri ilə bağlı olmayan məsələlər kimi baxmaq
olar. Düzgün qurulmuş əks işıq eyni zamanda hər iki məsələni həll etməyə
imkan verir.
Şəkil 57. Kontrajurş
77
Motivləşdirilən və ya motivləşdirilməyən işıq
Ayrıayrılıqda və ya bir yerdə götürsək, rəsmləyici və əks işıqlar motiv
ləşdirilməyən (məsələn, xəbərlər verilişinin aparıldığı studiyadakı kimi), ya da
motivləşdirilmiş ola bilər. Motivləşdirilmiş işıq anlayışı studiyadankənar çəki
liş yerlərini identifikasiya edən qaynaqlara; məsələn, pəncərədən düşən parlaq
günəş işığına, küçə fonarınə, domna sobasından, qaynaq aparatından və yaxud
nüvə reaktorundan gələn işığa aid edilir. Seyrçilər bu qaynaqların varlığını dərk
edərək (əlbəttə, quruluşçu operator panoram çəkilişin və ya ünvan planının
köməyi ilə, bütövlükdə, çəkiliş yerini görməyə imkan verirsə), ya rəsmləyici,
ya da əks işıq rolunda onların hakim mövqeyini qəbul edirlər.
Misal üçün, adi masaüstü lampanın köməyi ilə işığın motivləşdirilməsi
prob lemini bu cür həll etmək olar: əgər lampanın üstündən işıq sızdıran abajur
asılıbsa və ya işıq yaxınlıqdakı çəkiliş obyektinə düşürsə, kontrast dia pa zo
nunun bəlli hədləri pozulduğundan, ciddi vizual əngəl yarana bilər. Çəkiliş səh
nəsi lampa işığını da nəzərdə tutursa, adətən, 15 vatlıq lampa taxılır (və rəng
tem peraturu dəqiqləşdirilir) və çəkiliş səhnəsindən kənarda yerləşdirilmiş yö
nəl dici cihazlar tətbiq edilir.
Arxa planda kölgələr
Kameranın vəziyyəti, öz növbəsində, işıq cihazlarının necə yerləşəcəyinə
təsir göstərir. Ona görə də prodüser çəkiliş nöqtəsini seçərkən, çəkiliş obyekti
ilə fon arasında mümkün qədər uzaq məsafə saxlamağa çalışmalıdır. Bu məsafə
nə qədər çox olarsa, obyektdən arxa divara kölgə düşməsi ehtimalı o qədər
azalır. Belə kölgələr seyrçi qavrayışında qeyritəbii təsir bağışlayır və seyrçinin
diqqətini çəkilişin məqsədindən çox, çəkiliş faktının özünə cəlb edir. Onu da
yaddan çıxarmayın ki, çəkiliş aparılan kabinet və ya digər studiyadankənar yer
lərin sayı nə qədər azdırsa, görüntnün keyfiyyətinə təsir göstərən şeyləri nə
zarətdə saxlamaq bir o qədər çətindir.
Əgər görüntünü hər bitkinləşdirmə cəhdi hər hansı törəmə mənfi effektlə
bağlayırsa, yəqin ki, ən yaxşı yol – bütün diqqəti çəkiliş obyektinin sifətində
cəmləşdirməkdir. Yerdə qalan detalları azacıq fokussuz da saxlamaq olar. Aşağı
işıqlanma səviyyəsi buna şərait yaradır. Belə çəkiliş zamanı obyektivin dia fraq
masını tam açmaq lazım gəlmir. Bu isə öz növbəsində dərin kəskinliyi azal dır.
Zaman və ovqatı bidirmək üçün fon işığından istifadə
Fon işığı bütövlükdə işıqqurmanın ən mühüm dəyişən tərkib hissələrindən
biridir. Onun köməyi ilə çəkilən səhnənin zamanını və ovqatını seyrçiyə ye
tirmək və seyrçi qavrayışına təsir göstərmək mümkündür. Fon işığını əks işıqla
eyniləşdirməyin; əks işıq çəkiliş obyektini, fon işığı isə arxa planı işıqlandırır.
78
Hamıya məlumdur ki, işıq baxımından gündüz və gecə birbirindən çox
fərq lənir: gündüz – işıq, gecə – qaranlıq. Əgər telekamera da işıq siqnalını
insan gözü qədər effektli şəkildə işlədə bilsəydi, gecə işığı aldanışını yaratmaq
nis bətən asan olardı – işığı söndürərdin, vəssalam. Təəssüf ki, işığı söndürəndə
kameradan yararlı görüntü almaq olmur. Peşə fəaliyyətinə təzətəzə başlayan
bir çox quruluşçu operator arasında ən geniş yayılan səhv işıqla gündüz çağını,
qaranlıqla gecəni eyniləşdirmək, birbirinə bərabər tutmaqdır.
Gecə illüziyası – aldanışı fon işığını nəzarətdə saxlamaq yolu ilə yaradılır.
Hadisənin binanın içərisində baş verdiyi hallarda belə, gecə səhnəsinin qaranlıq
arxa planı olmalıdır. Gündüz səhnələrinin arxa planı isə parlaq işıq lan dırıl
malıdır. İstər gündüz, istərsə də gecə səhnələri çəkiləndə arxa planın işıqlanma
dərəcəsi əsas işığın minimal səviyyəsində olmalıdır. Ancaq gecə işığında daha
çox kölgəli sahələr olur.
Oxşar yolla fon işığı effektli şəkildə ovqat yarada bilər. Gündüz çağına xas
olan işıqlı arxa plan daha həyatsevər ovqat yaradır. Digər tərəfdən isə qaranlıq fon
kadrın kontrastını artıraraq ona nəsə vahiməli və ya sirli ruh gətirir. Hər iki halda
ön planın işığı dəyişməz qala bilər. Ekrandan gördüklərimizin şən ko mediya və
yaxud qanqaraldan dram olubolmamasını fon işığının səciyyəsi üzə çıxarır.
§21. İşıqlanma problemləri
Planlaşdırma
Studiyadankənar işığın səriştəli və sürəkli təşkilinə alışmaq üçün müntəzəm
praktika tələb olunur. Praktika zamanı qarşıya qoyulan vəzifələrin miqyasını,
əsas nəzəri prinsiplərin tətbiq dərəcəsini, tapılması asanlıqla mümkün olan ava
danlıq və materialların imkanlarını müəyyənləşdirmək, eləcə də çəkiliş yerin
dəki işığın təbiət və keyfiyyətini diqqətlə dəyərləndirmək lazım gəlir. İstər əla
şəraitli sinif otağı olsun, istərsə kafeteriya, yaxud benzindoldurma məntəqəsi –
hər yerdə studiyadankənar çəkilişi planlaşdırmaq imkanı var. Hər bir mümkün
natura üçün çəkiliş vəzifəsi müəyyənləşdirilir və bundan sonra quruluşçu ope
rator həmin çəkiliş vəzifəsi ilə bağlı imkan və problemləri identifikasiya edir.
Kamera və çəkiliş obyektlərini yerbəyer etmək sxemini, eləcə də təxmini işıq
partiturasını və gərəkli material və avadanlığın geniş siyahısını hazırlamaq la
zımdır. Avadanlığı praktikada istifadə etməzdən öncə, yaxşıca hazır lama lısı nız
ki, ondan daha səmərəli faydalanasınız.
Avadanlıq verilərkən tutduğunuz planın səliqəli olubolmadığını yoxlayın.
Bütün zəruri dəyişikliklərin ətraflı yazılı qeydinin aparılması sizə yeni texniki
üsullar tapmaqda kömək edəcək. Öz işinə belə əsaslı münasibət sayəsində te
lequruluşçu, optimal avadanlıq tapılmayanda belə, lazımi videomonitordakı
ye kun görüntü ilə müqayisə edən teleoperator istehsalat problemlərini müəy
yənləşdirib həll etməyə, onları maraqlı yaradıcı imkanlara çevirməyə alışır.
Dostları ilə paylaş: |