81
İşıq cihazları döşəmə dayaqlarına taxıla, kameraya bərkidilə və ya əldə
tutula bilər. Səyyar işıq qurğuları böyük miqdarda elektrik enerjisi ilə işləyir:
onların işıq gücü bu düsturla hesablana bilər: vatt = amper × volt.
İşığın parlaqlığı işıq tənzimləyicilərinin köməyi ilə, yönəldici işıq cihaz
larından buraxılan şüanın enini, cihazla çəkiliş obyekti arasındakı məsafəni
dəyişməklə, eləcə də seyrəldicilərdən istifadə yolu ilə artırılıbazaldılır. Çəkiliş
səhnəsinə düşən işığın keyfiyyət və istiqamətini dəyişdirmək üçün pərdə örtük
lərindən, günlüklərdən, blendalardan, ipək ələk və güzgüləyicilərdən də istifadə
etmək mümkündür.
Digər faydalı işıq avadanlığı sırasında yapışqanlı lentin, alümin folqanın, elə
cə də iki və üçmilli dəyişən cərəyan qoşquların adını çəkmək olar. Studi ya
dankənar çəkiliş zamanı təhlükəsizlik texnikası qaydalarına əməl etmək va cib dir.
İşıqqurma təkcə texnika deyil, həm də sənətdir. İşıqqurmanın başlıca estetik
tərkib hissəsi komponenti tutumun yaradılmasıdır, yəni üçölçülü görüntü al da
nışına nail olmaqdır. Bu effektin alınmasına işıqlanma dərəcəsi, işığın isti
qaməti, çəkiliş obyektinə və işıq qaynağına nisbətdə kameranın yeri təsir gös
tərir. Kinematoqraf işığında hər təzə çəkiliş nöqtəsi üçün işıq yenidən qurulur.
Üç nöqtədən işıqlandırma rəsmləyici, tamlaşdırıcı və əks işıqlardan istifadəni
nəzərdə tutan klassik texnikadır. Üç nöqtədən işıqlandırma ideal yekun nəticə
üçün yox, çəkiliş yerinin işığını qurmaqdan ötrü ideal çıxış nöqtəsidir. İşıq
landırma zamanı nəzərə alınmalı əlavə amillər sırasına işığın motivləşdirilib
motivləşdirilməməsi, fakturanın sezdirilməsi, arxa planda kölgələrin olması,
elə cə də günün çağlarını bildirmək və ovqat yaratmaq üçün arxa plan işığından
istifadə daxildir.
82
IV FƏSİL. SƏS
Elastik mühit zərrəciklərin mexaniki titrəyişinin doğruluğu psixofizioloji
duyğu – səsdir. Səs titrəyişinə 20...20000 Hs intervalında tezlik sahəsi mü
vafiqdir. 20 Hsdən aşağı tezlikli titrəyişlər infrasəs, 20 Hsdən yuxarı tezlikli
titrəyişlər isə ultrasəslər adlanır. Səs dalğası – havada yayıla bilən uzununa
elas tik dalğadır.
Teleistehsalda səs sırasının ən çox yayılan dörd növü aşağıdakılardır: mətn,
tə bii səs (interküy), musiqi və səs effektləri.
1. Mətn kadrarxası diktor oxunuşuna, dialoq və monoloqa ayrılır. Səslənən
mətnlər improvizə edilir. Şərh də mətnin son dərəcə geniş yayılmış növ lə rin
dəndir. Şərhlər kadrda və ya kadr arxasında oxuna bilər. Bütün hallarda şərhçi
ekran görüntüsünün mahiyyətini açıqlayır, prorqamın fraqmentlərini vacib
məx rəcə gətirir. Kadrarxası şərh zamanı ekranda, adətən, mətndə haqqında söh
bət açılan hadisə və ya nəsə başqa şey barədə videokadrlar göstərilir. Kadr
arxası şəhr çox zaman “kadrarxası mətn” və ya “kadrarxası səs” də adlanır.
2. Əsasən, studiyadankənar çəkilişlərdə verilişə təbiilik və canlılıq gətirmək
üçün istifadə olunan akustik komponent təbii səslərdir. Təbii küyləri bəzi
hallarda natural küy də adlandırırlar, çünki belə səslər açıq hava çəkilişləri
üçün səciyyəvidir. Məsələn, zavodda qaynaqçı ilə müsahibə zamanı eşidilən
təbii səslər – zavoddakı fəhlələrin və texnikanın, ya da qaynaq aparatının səsi
olacaq. Təbii səslər studiyadankənar videoyazıya çox önəmli həyatilik, dü rüst
lük gətirir.
3. Səsli – görüntülü sənət sahələrinin ifadə vasitələrindən biri, gerçəkliyi
bədii səs obrazları vasitəsilə təsvir və insan psixikasına aktiv təsir göstərən
incəsənət növü musiqidir. İnsanların emosional vəziyyətinin konkret və ya
inandırıcı ifadəsinə nail olan musiqi kinovideo çəkilişlərində mühüm rol oy na
yır. Musiqinin hərəkət ilə sintezi onun imkanlarının genişlənməsinə səbəb olur.
Musiqi filmlərdə ovqat yaratmaq, müəyyən ovqatı vurğulamaq üçün istifadə
edilir. Musiqi vasitəsilə hadisənin məkan və zamanını da çat dır maq müm kün
dür. Məsələn, musiqi ilə müşayiət olunmayan səma gö rüntüsü, ucsuzbucaqsız
səhra, sonu görünməyən yollar adi, yüksüz, cansıxıcı bir təs virdir. Amma bu
görüntülərə uyğun musiqi fonu verməklə görüntünü konkret məkana, elmi
fantastik mənzərəyə çevirmək mümkündür. Heç bir kinonu tamamilə musiqisiz
təsəvvür etmək mümkün deyil.
4. Danışığa (nitqə) və musiqiyə aid olmayan səs – səs effektləridir. Stu
diyada çəkiliş zamanı çox vaxt nəzərdə tutulan çəkiliş yerinin təbii səslərini
canlandırmaqdan ötrü istifadə olunan səs – səs effektidir. Studiyada, guya gü
nəş li yay sahələrini evin aynabəndindən bir səhnə çəkilirsə, səs effekt lərinin
köməyi ilə fonoqrama, quşların cəhcəhini, ev heyvanlarının səsini, həyətdə
83
odun doğranmasının səsini artırmaq mümkündür. Hadisələrin studiya dankənar
çəkilişlərində belə səs fonu təbii iştirak etdiyindən, interküy kimi yazılacaq.
Cərəyan edən hadisənin kadr arxasında qalan inkişafı haqqında ümu mi təsəv
vür yaratmaq üçün həm pavilyon, həm də natura çəkilişlərindən isti fadə edilir.
Lakin kinoçəkilişlərdə səhnələşdirilməsi mürəkkəb olan böyük miq yaslı olay
ları (məsələn, təyyarə uçuşunu və ya ya partlayışını, dağlardakı qar uçqu nunu,
ev partlayışlarını və s.) kadrarxası səs effektlərinin köməyi ilə can landırılır. Səs
effektləri sinxron (məsələn, ayaq tappıltısı, qapı açılması və s.) və qeyri
sinxron (məsələn, külək vıyıltısı, uzaqdan eşidilən quş səsi və s.) təsiri ekranda
o qədər də hiss olunmayan səslər olur.
Səsin intensivliyi – səs dalğasının yayılma istiqamətinə perpendikulyar
olan sahə vahidindən bir saniyədə keçən enerjinin miqdarıdır. Səsin intensivliyi
hər kvadrat metrə görə vatla (Vt/m2) ölçülür.
Bəzən səs dalğalarının yayılmasının qarşısını almaq üçün dalğaların ya yıl
dığı yerlərdə səs udan materialdan maneələr (səs izolyasiyaları) qoyulur.
TV təsvirlərində səs effektlərinin eşidilməsini azaltmağa imkan verən səs
boğan qurğudan istifadə edilir. Səsboğan təsvir siqnallarının formalaşdırılması,
gücləndirilməsi və ötürülməsi prosesində yaranan səs effektləri ilə yanaşı,
təsvirin keyfiyyətinə təsir göstərən qüsurların və maneələrin azaldılmasına da
kömək edir.
§22. Texniki amillər
Teleistehsaldan danışarkən, çox vaxt öz diqqətimizi, məhz çatdırışın vizual
komponentində cəmləşdiririk.
Doğrudan da “televiziya” və “video” sözlərinin mənası latıncadan,
“görmək” mənasını verən “videra”dan götürülüb. Bununla belə televiziya au
dio vizual informasiya vasitələridir və bu vasitə görüntü qədər səsdə eyni də rə
cə də vacib sayılır.
Çoxkameralı studiya teleistehsalı, xüsusən telefilm istehsalı mikrofonların
teleseyrçidən gizlədilməsini tələb edir. Bunun nəticəsi kimi mikrofonları ifa
çılardan – səs qaynağından aralı məsafədə quraşdırırlar. Bu, səsin ötürülmə
key fiyyətini azaldır, ancaq kənar studiya küyünün – işləyən kondisionerlərin,
kamera motorunun, tərpədilən mebelin, studiyadakı adamların səsini ötürməyə
kömək edir.
Xırdaformatlı çağdaş videomaqnitofon modellərinin çoxu “HiFİ” reji min
də (səsin yüksək dəqiqliyi) işləyə bildiyindən onların səsyazma və səs tək
rarlama keyfiyyətləri son dərəcə yaxşıdır. Bundan başqa, indi bir çox xır da
formatlı maqnitofonların iki səs kanalı olduğundan, stereosəsi yazıb təkrar səs
ləndirə bilir.
Dostları ilə paylaş: |