87
Tezlik-amplitud səciyyəsi
Studiyadankənar istehsalda mikrofonun konstruksiyası çox önəmlidir, çünki
işin nəticəsi də ondan asılıdır. Mikrofonun tezlikamplitud səciyyəsi (TAS)
onun geniş diapazonunu dəqiq təkrar edib səsləndirmək qabiliyyətini göstərir.
Heç bir mikrofon 16dan 16000 hsdək tam səs tezliyi spektrini tutmağa qadir
deyil. Bununla belə, peşəkar keyfiyyətli mikrofonlar, bir qayda olaraq, səs tez
liyini aşağı keyfiyyətli mikrofonlara nisbətən daha geniş diapazonda qəbul edir.
Tezlikamplitud səciyyəsinin tutumu tezlik spektrini istər aşağı, istərsə də yu
xa rı hissəsini əhatə edir. Aşağı keyfiyyətli mikrofon, adətən, orta diapazon
tezliyini tutaraq yüksək və aşağı tezlikləri geri qaytarır. Bundan başqa, bir çox
mik rofonlar ayrıca məqsədlər üçün düzəldilir. Səs yazmaq üçün nəzərdə tutulan
mikrofonun TASı tezlik diapazonunun yuxarı hissəsini əhatə etməyəcək, an
caq musiqi yazmaqdan ötrü düzəldilən mikrofonun tezlikamplitud səciyyəsi o
diapazonu da əhatə edəcək.
Mikrofonun düzgün seçilməsi və ondan düzgün istifadə mikrofonun tezlik
amplitud səciyyəsinin səsyazma şəraitinə uyğunluq dərəcəsindən asılıdır.
Demək vacibdir ki, TAS mikrofonun düzgün qurulmasından da asılıdır. Qa
yıdan səs, yəni binanın divar, yaxud cisimlərinə toxunaraq, geri qayıdan və
qaynaqdan gələn səs başqa cür olur. Bundan başqa, mikrofonla səs qaynağı ara
sındakı məsafə də TASa təsir göstərir: bu məsafə artdıqca, səsyazma key fiy
yəti pisləşir. Nəhayət, optimal tezlikamplitud səciyyəsi üçün səsin isti qaməti
mikrofonun yönəlmə diaqramına uyğun gəlməlidir. Məsələn, iti yö nümlü
superkardeoid mikrofon yüksəktezlikli səsi daha yaxşı o vaxt tutur ki, bu səs
onunla üzbəüz yerləşən qaynaqdan gəlsin. Analoji səs yandan və ya arxadan
gə ləndə, səsyazmanın keyfiyyəti azalır.
Mikrofonun tam müqaviməti (impedans)
Nəhayət, studiyadankənar prosedur mikrofonun tam müqavimətini də nə zə
rə almalıdır. Tam müqavimət (impedans) – dövrədəki elektrik cərəyanına mü
qavimət ölçüsüdür. Tam müqavimət Omla (HAMİK) ölçülür; adətən, səs texni
kasında tam müqavimətli avadanlığın iki tipi müəyyən edilir: aşağı (600 omdan
yuxarı).
Yüksəkkeyfiyyətli studiya mikrofonlarının, demək olar, hamısında aşa
ğıölçülü tam müqavimət var (adətən 150). Xırdaformatlı video maqnitofonlarda
audiosiqnal girişlərinin çoxu aşağı impedansa malikdir. Ancaq bəzi mikro fon
ların (adətən ucuz pyezokristal mikrofonların) yüksək impedansı olur. Bəzi vi
deomaqnitofon və audiotexnika modellərinin giriş və çıxışları da yüksək tam
müqavimətə hesablanıb. İş zamanı həmişə fikir vermək lazımdır ki, kom mu
tasiya vaxtı, yəni aparatları dəyişərkən, onların tam müqavimət göstəri ciləri
uzlaşsın. Aşağı tam müqavimətli səs aşağı tam müqavimətli girişlərə qoşulur,
yüksək impedansal qaynaqlarsa, yüksək impedansa malik gi rişlərə bağlanır.
88
§24. Əl mikrofonları
Videojurnalistikada, xüsusən, jurnalist cəmi bir mikrofonla kamera önündə
müsahibə alarkən, bir qayda olaraq, əl mikrofonlarından istifadə olunur. Adə
tən, əl mikrofonları elektrodinamik tipli olur və onların gövdəsi səsə o qə dər də
həs saslıq göstərmir. Əlbəttə, bu o demək deyil ki, həmin mikro fonların gövdəsi
səsi tutmur – ümumiyyətlə belə mikrofonlar mövcud deyil, həmin mikrofonun
gövdəsini barmaqlarınızla döyəcləsəniz, o, sözsüz ki, bu səs ləri yayacaq. An
caq di gər mikrofon tipləri ilə müqayisədə əl mikrofonunun gövdəsi səsə o qə
dər də həs sas deyil və buna görə də geniş yayılıb.
Şəkil 61. Əl mikrofonu və onun yönəlmə diaqramı
Əl mikrofonundan istifadə edərkən yadda saxlamaq vacibdir ki, səs yaz
manın keyfiyyətini həmin mikrofonu əlində tutan nəzarətdə saxlayır. Kamera
önündəki reportyor sual verəndə kameraya danışmağı və sonra mikrofonu mü
sahibinə uzatmağı yaddan çıxartmamalıdır. Mikrofonun düzgün olmayan və
ziy yəti səsyazmanın keyfiyyətini pisləşdirir.
Əl mikrofonu ilə işlərkən, həmişə yadda saxlamaq lazım gələn bir qayda
var – ona qızıl qayda deyirlər: heç vaxt mikrofonu müsahibə götürdüyünüz
adama verməyin! Müsahibə verənlərdən bəziləri onların danışmaq növbəsi ça
tanda instinktiv olaraq mikrofondan yapışırlar. Müsahibənin gedişinə və mik ro
fona nəzarəti jurnalist həmişə öz əlində saxlamalıdır.
Lavalyer mikrofonları (“ilgəklər”)
Çox vaxt “ilgək” və ya “qalstuk” mikrofonları adlandırılan lavalyer tipli
mikrofonlar (buna sancaq tipli mikrofonlar və ya “yaxa mikrofonu” da deyilir)
həcmcə çox balacadır. Danışan adamın paltarına bərkidilir. “Lavaliere” sö zü
nün hərfi mənası “kulon”, yəni “boyun zəncirindən asılan şey” deməkdir. La
valyer mikrofonların bir çoxu, doğrudan da, simlə obyektin boynundan asılır.
89
Ancaq ən son modellərin xırda sıxacları var və mikrofon həmin sancaqla
paltara bərkidilir.
“İlgək”lərin əksəriyyəti elektret kondisatorlu, ya da elektrodinamik mikro
fonlardır. Elektret kondensatorlu mikrofonlar həcmcə kiçik olur və studi yadan
kənar (həm də studiyada) istehsalda çox istifadə edilir. Elektrodinamik mik
rofonlar azca böyük olsa da, qatqat möhkəmdir.
“İlgək” mikrofonlardan istifadə edirsinizsə, onu danışan adamın ağzına ya
xın tutun. “İlgək”ləri çox vaxt pencəyin yaxasına, ya da köynəyin yaxalığına
taxırlar. Bu zaman diqqət yetirmək lazımdır ki, paltarın qıraqbucağı və ya bə
zək əşyaları mikrofona toxunmasın.
Kondensatorlu “ilgək”dən istifadə edərkən, onu danışan adamın ağzına çox
yaxın tutmayın. Kondensatorlu mikrofon son dərəcə həssasdır və səs qay na ğı
nın həddindən artıq güclü olması (səs qaynağı mikrofona çox yaxındırsa, belə
hal lar teztez olur), səs siqnalını təhrif edə bilər. Bu hal giriş yüklənmə təhrifi
adlanır.
Elektret kondensatorlu mikrofondan istifadə edərkən, səsyazma başlamadan
batareyanı yoxlamağı unutmayın. Onun mikrofona düzgün qoşulduğuna əmin
olun. Müsbət və mənfi qütblərin yerini dəyişik salsanız, mikrofon işləməyəcək.
Hər ehtimala qarşı, həmişə özünüzlə bir cüt ehtiyat batareya gəzdirin ki, çəkiliş
vaxtı mikrofondakı batareyaların elektrik yükü tükənə bilər.
Səth üzərində quraşdırılan mikrofonlar
Aralıq, yaxud sərhəd effekti prinsipi ilə işləyən mikrofonlar son iyirmi il
ərzində bir çox firmalar tərəfindən işlənib hazırlansa da, onlardan biri ayrıca
uğur qazanıb. Həmin firmanın ticarət nişanı mikrofonun adını da müəy yən ləş
dirib. Söhbət Crown international firmasının PZM mikrofonundan gedir (təzyiq
zonası mikrofonundan).
Bu mikrofonlar bərk səth üzərində – divarda, masanın üstündə və ya dö şə
mə üzərində, yəni nəzəri baxımdan yaxınlıqda səthlərdən gələn əsksədanın
akus tik dalğaları təhrif edə bilməyəcəyi yerlərin hamısında quraşdırmaq üçün
nəzərdə tutulub. Çoxsaylı qayıdan səslər səs dalğalarının gücünü və tezliyini
dəyişdirə bilmir. Belə əngəl qaynaqlarının reduksiyası dalğaların nisbətən tə
miz səsyazmaya kömək edir.
Bu mikrofonun yönəlmə diaqramı yarımkürə şəklindədir. Döşəmə üzərində
qurularkən həmin mikrofon çox vaxt çəkiliş obyektinin boyuna bərabər bir
məsafədə yerləşdirilir. İfaçılar qrupunun – aktyor və ya musiqiçilərin səsini ya
zarkən belə mikrofonlar qrupunun eninə bərabər olan məsafədə yaxşı işləyir.
Dar binalarda səsyazma zamanı təzyiq zonası mikrofonları gözəl nəticələr ve rir.
Əgər belə binalarda mikrofon qurmaq üçün möhkəm səth yoxdursa, onu ka me
ranın görmə sahəsindən qıraqda yerləşdirilmiş hamar və sərt plastik par çasının
Dostları ilə paylaş: |