93
Səsyazma cığır və kanallarının tipləri işlədiyiniz videolentin formatından
asılı olaraq fərqlənir. Səs bir və ya bir neçə stasionar audiobaşlığın köməyilə,
xətti, yaxud uzununa səs cığırlarına yazıla bilər. Xırdaformatlı sistemlərin əksə
riyyətində uzunlamasına iki səs cığırı var. Birinci və ikinci audiokanallar ara
sında fərq yoxdur, cığırlar, sadəcə olaraq, lentin ayrıayrı sahələrini tu turlar.
Qa lan bütün cəhətlərinə görə, bu kanallardan hər hansı birinə yazılan səs digə
rinə yazılandan nə kəmiyyət, nə də keyfiyyətcə fərqlənir.
“HİFI” rejimində səsyazan sistemlər lentə səsi video ilə birlikdə maili
maq nit sətirlərndə yazır. Bu tipli sistemlərdə fırlanan videoyazı başlıqları həm
də səsyazmaya xidmət edə bilər, başqa halda səsyazma üçün fırlanan ay rıca
audio başlıqdan istifadə olunur. Səsyazma keyfiyyəti uzunlama cığırlara ya
zı
lışla müqayisədə əhəmiyyətli dərəcədə artır. Çünki lentin fırlanan başlıqla mü
qayisədəki sürəti stasionar başlığa nisbətdə götürülən sürətindən çox olur. Bun
dan başqa, bəzi xırdaformatlı sistemlər (o cümlədən 8 mm/Hi8) yüksək də
qiqlik rejimində səs yazmağa qadirdir. Həmin sistemlər impulslu kod mo dul
yasiyası (İKM) adı ilə bilinən prosesdə rəqəmli kodlaşdırmadan istifadə edir.
Giriş siqnalının səviyyəsi
Səs siqnalının girişində qəbul edilə biləcək siqnal tipini tanımaq lazımdır.
Səs siqnalının iki tipi var: mikrofon səviyyəli siqnallar və xətti siqnallar.
Mikrofon səviyyəli siqnal zəifdir, çünki mikrofonun törətdiyi elektrik siqnalı
gücləndirilmir. Xətti səviyyəli səs siqnalı isə, əksinə, gücləndirilib. Deməli,
xətti siqnal mikrofon siqnalından əhəmiyyətli dərəcədə güclüdür. Xətti sə viy
yəli səs siqnalları çıxışda maqnitofonlar, valçaldıranlar, gücləndiricilər və s.lə
generasiya edilir.
Səs siqnalı qaynağını videomaqnitofona qatarkən, giriş siqnalının səviyyəcə
videomaqnitofonun girişinə uyğun gəlməsi çox vacibdir. Mikrofonları mik
rofon səviyyəli siqnal girişlərinə, xətti səviyyəli girişlərə birləşdirmək lazımdır.
Peşəkar səviyyəli səyyar videomaqnitofonlarda, çox vaxt səs siqnalı gi
rişlərinin mikrofon səviyyəsindən xətti səviyyəyə dəyişdirmək imkanı nəzərdə
tutulub. Girişin yanında yerləşdirilən ikipozisiyalı balaca dəyişdirici açar gi
rişin münasib səviyyəsini seçməyə imkan verir. Bəzi videomaqnitofonların
mikrofon və xətti səviyyəli siqnallar üçün ayrıca girişləri var. Mikrofon sə viy
yəli girişlər mikrofonun çıxış siqnalını asanlıqla qəbul edir, ancaq xətti sə viy
yəli qaynağı mikrofon səviyyəli girişə qoşmaq üçün bölücü xətdən istifadə et
mək vacibdir. Bölücü xətti çıxış siqnalının səviyyəsini mikrofon səviyyəsinə
endirən qurğudur. Bu qurğu xətti səviyyə qaynağı ilə mikrofonun mikrofon sə
viyyəsi girişi arasındakı kabelinə birləşdirilir.
94
Simmetrik və qeyri-simmetrik xətlər
Telli, ya telsiz – hansı mikrofondan faydalansanız da, yazılışın müəyyən
mərhələsi həmin mikrofonu kabelin köməyilə videomaqnitofona birləşdirmək
lazım gələcək. Siqnalı videomaqnitofona ötürmək üçün, iki tip kabel və ya xət
dən istifadə olunur. Peşəkar keyfiyyətli simmetrik xətlər adlanan kabel lərdən
yararlanmış simmetrik xətt içindən üç tel keçən kabelə deyilir. Xətlərin ikisi ilə
siqnal gedir, üçüncü xətt isə, həmin iki xətti kənar əngəllərdən qoruyur. Qeyri
simmetrik xətlər iki teldən ibarətdir. Kabelin ortasındakı xətlə siqnal qə bul edi
lir, ikinci xətdənsə torpağa birləşdirilir, həm qoruyucu, həm də siqnal ötürücüsü
kimi istifadə olunur. Qeyrisimmetrik xətlərin istehsalı simmetrik xərlərdən
ucuz başa gəlsə də, onu elektrik kəmərindən, radio və teleöt rücü lərdən və s.dən
törənən hər cür əngələ qarşı həssasdır.
Kabel və ya viedomaqnitofonlarınızda giriş və çıxışların simmetrik və
qeyrisimmetrik olmasını müəyyənləşdirmək üçün səs siqnalını birləşdiricinin
xarici görünüşünə baxmaq lazımdır. Sappon tipli silindrvari milli oyuq – xət
lərin simmetrik olduğunu göstərir. Minitekerlər, telefon (“zanbaq”, daha dəqiq,
“tülpan” adı ilə tanıyırıq) birləşdiriciləri xətlə qeyrisimmetrik olduğundan
xəbər verir. Simmetrik xətti qeyrisimmetrik girişə qoşsanız, o da qeyrisim
met rik olacaq və qoruma effektini itirəcək. Simmetrik girişə qoşulan qeyrisim
met rik xətlərsə, əvvəlki özəlliyini saxlayaraq qeyrisimmetrik olmur.
Gömülmə mikrofondan gələn səs siqnalının girişi
Kameranın gömülmə mikrofonunun törətdiyi siqnal videokameranın kabeli
ilə avtomatik olaraq videomaqnitofona göndərilir və səs kanallarından birinə
ya yılır. Ancaq kənar qaynağın çıxışı səyyar videomaqnitofonun kamera mik ro
fonu üçün nəzərdə tutulan həmin kanala qoşulursa, kənar gömülmə mik rofonla
əlaqəni kəsir və həmin mikrofonun giriş siqnalı yazılmır.
Gücləndirmənin avtomatik və əllə tənzimi
Səs siqnalının gücləndirilməsini tənzim edən sistemlər əllə, yaxud avto
matik şəkildə idarə olunur. Səyyar, istehlak və məişət videomaqnitofonlarının,
eləcə də videokameraların böyük hissəsinin səs siqnalını ötürmə dərəcəsinə
güclənməni avtomatik təqdim edən mexanizm quraşdırılıb. Birbaşa video
maqnitofona birləşdirilmiş səs qaynağı səviyyəsinin əllə düzəldilməsi belə vi
deomaqnitofonlarda mümkün deyil.
Peşəkar səyyar və bir çox studiya videomaqnitofonuna güclənmənin əllə
tənzimi dövrəsi daxildir. Adətən, onların əllə və yaxud avtomatik şəkildə güc
lənmə tənzimedicisini seçməyə imkan verən dəyişdirici açarı olur. Əl re jimini
se çərkən, kiçik potensialmetrin köməyi ilə siqnal səviyyəsini uyğun mak simu