90
üstündə quraşdırmaq olar. Bu yolla avtomobil salonlarında, təyyarə kabi nələ
rində, yaxud bəzəkli talvarlarda və s. yerlərdə cərəyan edən sahələrin səsini
yaz maq mümkündür.
Küçədə çəkiliş aparanda da, təzyiq zonası mikrofonları ştativ üzərindəki adi
yönəldilməyən mikrofonlardan daha yaxşı səs almağa imkan verir. Əgər mikro
fonu kameranın görmə sahəsindən kənarda saxlamağa imkan verən bir proqram
çəkirsinizsə və ya bunun heç bir önəmi yoxdursa, təzyiq zonası mikrofonlarını
seçməniz daha yaxşı olar. Mikrofonun kadrda görünməsi operator niyyətini və
ya bəzi təəssüratı pozursa, radio mikrofonundan, yaxud sallama mikrofondan
isti fadə edə bilərsiniz.
İtiyönümlü mikrofonlar (“Top lüləsi”)
İtiyönümlü mikrofonlar studiyadankənar istehsalda geniş istifadə olunur.
Onların seçmə qabiliyyəti yüksək yönəltmə diaqramı olduğu üçün çox vaxt ka
meranın yanında saxlayır və birbaşa səs qaynağına tuşlayırlar. İtiyönümlü mik
rofonlar kadra düşmür, lakin onlar istənilən nöqtənin səsini götürür. On ların
səsyazma həssaslığını izdiham ara sın da
kı biriki adamdan tutmuş, çəkiliş səh
nə sindəki ayrıca sahəyədək daralt maq
müm kündür.
İtiyönümlü mikrofonların əksə riy yə
tinin gövdə hissəsi də küylərə son də
rəcə həssasdır. Əgər “Top lüləsi” “sal
lan ma” mikrofonlara bərkidilirsə, o, səs
dən qoruyan bəndləmələrlə təchiz edi lir.
Bu bəndləmələr mikrofonu şta ti vin şaq
qıltısından qoruyur. Natura çə ki liş ləri za
manı mikrofonların mütləq kü lək dən qo
ruyan ləvazimatları olur.
Kontakt (təmas) mikrofonları
Bilavasitə çəkiliş obyektindən mikrofonlar təmas və yaxud kontakt mik
rofonlar adlanır. Məsələn, deyək ki, siz rolikli konkilərin və ya xizəklərin səsini
itiyönümlü mikrofonun qəbul zonasından kənarda baş verən hərəkətlə sinxron
şəkildə yazmaq istəyirsiniz. Bu zaman mikrofonu (çox güman ki, kon den sa
torlu balaca “ilgək” mikrofonu) birbaşa konkiyə, ya da xizəyə bərkidə bilər
siniz. Hərəkət kameradan çox uzaq məsafədə baş versə də, onun səsini çox gö
zəl qeydə alacaq.
Şəkil 62.
91
Asma mikrofonlar
Studiyadankənar istehsalatda hər hansı binanın içərisində çəkiliş apararkən,
arasıra asma mikrofonlardan istifadə edilir. Belə mikrofonlar hərəkətin baş
ver diyi meydançanın üzərindən asılır. Bəzən kameradan azca irəli asıb, çəkiliş
meydançasına tuşlamaq da mümkündür. Mikrofonları asarkən, hər bir halda elə
edirsiniz ki, onlar kameranın görmə sahəsinə düşməsinlər. Ancaq bu zaman
mey dançadakı kənar səsküy mikrofona düşdüyündən, səsyazmanın key fiyyəti
zərər çəkir.
Döşəmə ştativi üçayaq tipli oturacağı
olan qurğudur. Bəzən təkərləri və “dur na
sı” da olur. Bu ştativlər mikrofonu tuş la
mağa, irəli çıxarmağa və dayandığı yerdən
uzat mağa imkan verir. Belə ştativlər əsa
sən te lefilm çəkilişində istifadə edilir, çün
ki çə ki lişlərdə aktyorların yerdəyiş mə ləri
cid di nəzarətdə saxlanılır və onlar çəkiliş
mey dançasının nisbətən kiçik hüdudları ilə
ki fayətlənməli olurlar.
Studiyadankənar çəkilişlərin əksər his
səsində bir neçə müxtəlif mikrofon və
bənd ləmə tiplərindən yararlanırlar. Məsə
lən, gimnastika üzrə tələbə yarışlarını lentə
alarkən, studiyadankənar çəkiliş qru pu aşa
ğıdakı mikrofonlardan istifadə edib: şərh
çilər gimnastlardan müsahibə almaq üçün yönəldilməyən əl mik ro fon larından
yararlanıblar, itiyönümlü mikrofonlar səs fonunu sinxron yazmaqdan ötrü ya
pışqanlı lentlə ayrılıqda hər portativ kameraya bərkidilib, bir neçə təmas mik ro
fonun gimnastika “at”ının qarşısındakı yol boyunca döşəməyə yapış dırılıb, dö
şəmə dayağına taxılmış “top lüləsi” tullalanların səsini yazmaq üçün “at”a
tuşlanıb və nəhayət, ştativ üzərindəki “top lülələri” tələbələrin paralel tir və di
rək alətlərində yerinə yetirdiyi hərəkətlərin səsini yazmaqdan ötrü həmin alət
lərə tuşlanmışdı.
§25. Telli və telsiz mikrofonlar
Yəqin mikrofondan gələn siqnalın videomaqnitofona necə düşməsi artıq
sizi maraqlandırır. Bundan ötrü iki tip sistemdən – telli və telsiz mik ro
fonlardan istifadə edilir. Əlbəttə, səs siqnalının kabel vasitəsilə örtülməsi daha
çox yayılmış üsuldur. Kabelə birləşdirilən mikrofonlar telli mikrofonlar adlanır.
Şəkil 63
92
Telli mikrofonlar
Telli mikrofonlar istifadə qaydalarının sadəliyinə və etibarlılığına görə stu
diyadankənar səsyazmada geniş yayılıb. Mikrofonu kabelin köməyi ilə video
maqnitofona birləşdirib, yazılışa başlaya bilərsiniz.
Belə səsyazma tipindən əksər hallarda istifadə etmək mümkündür, ancaq
bə zən mikrofon kabeli narahatlıq törədir. Çəkiliş obyekti teztez yerini də
yişəndə, videomaqnitofondan uzaq məsafədə olanda, yaxud kabelin kadrda gö
rünməsi verilişin xarakterinə uyğun gəlməyəndə, səs siqnalının mikrofondan
vi deomaqnitofona ötürülməsinin başqa üsuluna əl atmaq lazımdır.
Radiomikrofonlar – səs siqnalını qəbulediciyə kabellə deyil, yüksəktezlikli
diapazondan dalğalarla göndərən mikrofondur. Radiomikrofon səs siqnalını
qəbulediciyə translyasiya etməklə birləşdirici tellərə olan ehtiyacı aradan qal
dırır. Radiomikrofon üç hissədən ibarətdir: mikrofonun özündən, mikrofonla
birləşdirilərək siqnalı ötürən miniötürücüdən və göndərilən siqnalı qeydə alan
kiçik qəbuledicidən. Sonra qəbuledicinin siqnal çıxışı kabel vasitəsilə video
maqnitofonun müvafiq səs siqnalı girişinə birləşdirilir. Radiomikrofonun üstün
lüyü ondadır ki, səs qaynağının yerdəyişməsini məhdudlaşdırır: yerin dəyiş
məsinə baxmayaraq, səs qaynağına nisbətdə mikrofonun vəziyyəti əvvəlki kimi
qalır, ayağa dolaşaraq əngəl törədən tellər, naqillər görünmür. Mənfi cəhəti də
odur ki, radiomikrofon elektrik qidası lazım olduğundan həmişə uyğun ehtiyat
batareyası və ya dəyişən cərəyan qaynağı tələb edir. Çəkilişin sonlarına yaxın
ba tareyanın elektrik yükünün qurtarması ucbatından güdaza gedən müsahibəni
ye nidən yazmaq lazim gəlir.
Səs siqnalının girişləri
Studiyadankənar yazılış vaxtı mikrofonun qeydə aldığı səs müvafiq səs siq
nalı girişindən səyyar videomaqnitofona ötürülür. Səyyar video maqni tofon ların
hamısında ən azı bir giriş var; videomaqnitofonların çox hissəsində belə
girişlərin sayı ikidir. Videomaqnitofonunuzun iki girişi varsa, onların hər biri
ayrıca səsyazma cığırına və ya kanalına uyğun gəlir. Bu kanallar “birinci ka
nal” və “ikinci kanal”, yaxud “sol” və “sağ” kanallar kimi işarə edilir.
Şəkil 64. Telli və telsiz
mikrofonlar.
Dostları ilə paylaş: |