95
madək tənzimləmək tələb edilir. Ancaq bunu edərkən diqqət yetirin ki, siqnal
ifrat dərəcədə gücləndirilməsin və həm də təhrif olunmasın.
§26. Birləşdiricilər
Avadanlıq standartlaşdıqca tədricən birləşdirici oyuqlar da vahid ölçüdə ha
zırlanır. Bu oyuqların köməyi ilə səs siqnalları videomaqnitofonun giriş və çı
xış larına daxil olur. Ancaq mahiyyətcə funksiyaları hələlik çoxsaylı müxtəlif
birləşdirici görür.
Peşəkar keyfiyyətli standart audiobirləşdiriciləri olan videoavadanlıqla ça
lış mırsınızsa, məsləhət görərdik ki, dəyişdirici açar dəsti alasınız. Bu açarla hər
hansı tipə aid olan mikrofon, yaxud kabeli istənilən girişə qoşmağa imkan ve
rir. Dəyişdirici açar dəstini elektron aparat istehsalçılarının əksəriyyəti göndərə
bilər. Düzgün birləşdirmələrin önəmini heç cür danmaq olmaz. Səs siqnalının
öz videomaqnitofonunuza qoşmağı bacarmırsınızsa, həmin siqnalı yaza da bil
məyəcəksiniz. Təcrübəli studiyadankənar quruluşçular bütün hallarda səs qu
laq lıqlarını öz videomaqnitofonlarına birləşdirməkdən ötrü həmişə müxtəlif
oyuq, şteker və dəyişdirici açar dəstini ehtiyatda saxlayırlar.
Şəkil 65. XLP (Cannon) – peşəkar mikrofon və
tarazlaşdırılmış xətlərin birləş dirilməsi üçün
Şəkil 66. RCA Phono – xətti girişçıxış
tarazlaşdırılmayan siqnal
Şəkil 67. Phono – mikrofon girişçıxışı
96
§27. Mikşerlər
Portative videomaqnitofonlarda səsyazma üçün adətən iki kanal olur. Ancaq
elə ola bilər ki, iki, ya daha çox siqnal qaynağının səsini yazmaq lazım gəlsin
və yaxud bir neçə səs qaynağının hamısını eyni kanala yazmaq istəyəsiniz. Bu
halda mikşerdən istifadə edəcəksiniz.
Mikşer (mikşer pultu) elə qurğudur ki, müxtəlif girişlərlə gələn bir neçə səs
siqnalını qataraq, çıxışda bir siqnala çevirir. Deyək ki, hərənin öz mikrofonuna
danışdığı bir neçə adamın müsahibəsini yazırsınız. Hər mikrofonu mikşerə
birləşdirmək mümkündür. Bu mikşer bütün siqnalları bir siqnala çevirərək, çı
xışa vahid siqnal göndərəcək (bir kanalda) və həmin siqnalı videolentədək bir
kanala yazmaq mümkün olacaq.
Mikşerlərin iki tipi var: pas
siv və aktiv. Passiv mikşer siq
na lın gücünü şid dətlən dir mə
dən, bir neçə ayrıayrı giriş siq
na lını, sadəcə, bir çıxış siqna
lın da birləşdirir. İkiyunalı giriş
və biryunalı çıxışında birləş di
rir. İkiyunalı girişə biryunalı çı
xışı olan passiv mikrofon mik
şerləri xırdaformatlı studi ya dan
kənar istehsalda son də rə cə geniş
yayılıb, çünki stu diya dankənar
çəkilişdə ən tipik və ziyyət iki
mikrofondan isti fadə nəzərdə tu
tulub. Adətən, bir mikrofon müx
birdə, digəri isə onun müsahibə aldığı adamda olur. Aktiv mikşer ayrılıqda hər
səs qaynağının şiddətini tən zimləməyə imkan verir. Bundan başqa, ümumi şid
dət səviyyəsinin, yəni bütün ayrıca kanallardan gələn toplam yekun siqnal
şiddətini tənzim edən poten siometr də var. Peşəkar mikşer pultları volyumetr
(siqnal səviyyəsini ölçən cihaz) indikatoru ilə də təchiz edilib. Bu, həm fərdi
giriş siqnalının səviyyəsini, həm də girişdə ümumi şiddət səviyyəsini ölçməyə
im kan verir.
Çalışdığınız portativ mikşer tipindən asılı olaraq, iki kanalınız, dörd kana
lınız və yaxud daha çox kanalınız ola bilər. Ən geniş yayılan dördkanallı
mikşerlərdir. Onları girişdəki dörd ayrıca siqnal çıxışında qarışdırıb, bir siq
nalda verə bilərlər. Girişdə həm mikrofon (şiddətləndirilməyən), həm də xətti
(şiddətləndirən) siqnal səviyyəsinin olması mümkündür, çünki adətən bəzi gi
rişlər bir səviyyədən digərinə dəyişdirilə bilər. Üstəlik, adətən, çıxış siqnalının
Şəkil 68.
97
səviyyəsini də dəyişdirmək olar. Çıxış siqnalının videomaqnitofona istər mik
rofon, istərsə xətti səviyyədə göndərmək mümkündür.
§28. Standart səsyazma prosedurları
Studiyadankənar xırdaformatlı istehsalda standart adlandırılması mümkün
olan bir çox prosedur var. Quruluşçuların əksəriyyəti, sadəcə, alışıböy rəş dik lə
ri və ya keçmişdə onlara yaxşı nəticə gətirən üsullardan faydalanır. Bu mə nada
səsyazma prosedurları da istisna təşkil etmir. Ancaq hər halda elə he sab edirik
ki, səsyazma prosedurlarının standartlaşdırılmasına dair bir neçə məs ləhət zi
yan gətirməz.
Əsas səsi hara yazmaq lazımdır?
Çox güman, studiyadankənar səsyazma zamanı ən mühüm məsələ əsas səsi
haraya (hansı cığıra və ya kanala) yazmağı müəyyənləşdirməkdir. İstifadə et
diyimiz sistemin cəmi bir səs kanalı varsa, seçməyə ehtiyac qalmır. Ancaq iki
səs kanalından yararlanan və bu zaman bir neçə kənar mikrofondan, yaxud di
gər səs qaynaqlarından istifadə edəndə vəziyyət mürəkkəbləşir. İki özəlliyi nə
zərə almaq lazımdır:
1. Səs cığırının yerləşdirilməsi baxımından hansı kanal daha etibarlıdır?
2. Zaman kodunu daha sonra yazacağınız üçün bu kodu hansı kanalda seç
mə lisiniz?
Etibarlı cığır. Etibarlı cığır dedikdə videolentin içərisində yerləşən cığır
nə zərdə tutulur. Etibarsız cığırsa, lentin qıraqlarına yaxın cığırdır. İkikanallı sis
teminiz varsa, yəqin əsas hissəsi adətən daha vacib mətni – etibarlı cığıra yaz
maq istəyəcəksiniz. İkinci cığırda isə yardımçı səsləri, səs effektlərini, digər
mətn ləri və s. və i.a.nı qeydə alacaqsınız.
Zaman kodu (taym-kod). Səsyazma zamanı zaman kodunun səs cığırları
ilə əlaqəsi çox önəmlidir. Zaman kodu dedikdə, kompüter montajını asan laş dır
maq üçün videolentə yazılan səs siqnalı nəzərdə tutulur. Montaj vaxtı zaman
ko dundan istifadə etmək niyyətiniz varsa, sizin montaj sisteminin za man ko
dunu necə tutuşdurubyoxladığını mütləq bilməlisiniz. Bəzi montaj sis tem ləri
yalnız iki səs kanalından birini yoxlaya bilir. Fərqi yoxdur, birinci, yoxsa ikinci
ka nalı, istənilən halda, yəqin ki, yoxlamanı o biri kanala keçirmək mümkün ol
ma yacaq. Deməli, taymkodun montaj zamanı yoxlanması üçün müm kün olan
ka nala yazmaq lazımdır. Əgər montaj 1ci kanalın taymkodunu yoxlaya bilər sə,
proqramın bütün səsləri 2ci kanala yazılmalıdır. Və təbii ki, montaj siste miniz
təkcə 2ci kanalın taymkodunu yoxlaya bilirsə, bütün səslər 1ci kanalda
yazılmalıdır. Siz montaj avadanlığının taymkod yazmağa tə ləb lərini stu di ya dan
kənar çəkilişlərə başlamazdan öncə aydınlaşdırın. Çünki səhvə yol ver diyi niz