98
halda, səs və ya taymkodu digər kanala yazmağa məcbursunuz. Bu isə həm
əlavə əziyyətdir, həm də çox baha başa gəlir.
İnsan səsinin kadrda və kadr arxasında yazılmasından əvvəl başlanğıc
hesabı
Əgər “stendap” deyilən vəziyyətdə, yəni kamera önündə dayananda, jur na
listin səsini yazırsınızsa və yaxud diktorun kadrarxası səsini qeydə alır sınızsa,
yazılışa başlanğıc sayından qədəm qoymalısınız. Artıq bildiyiniz kimi, “sten dap”
planında reportyor, proqram aparıcısı çəkiliş yerindəcə birbaşa ka meraya üz
tutur. Kadrarxası mətn – kameranın görmə sahəsindən qıraqda olan diktorun
oxu duğu mətndir. Diktorun səsi videoyazını izləyib müşayiət etsə də danışanın
özünü kadrda görmürük.
Sənədli süjet və ya xəbər proqramlarının başlanğıcından ötrü “stendap” pla
nını yazarkən, sadəcə, kamera önündə dayanıb təxminən bu sözləri yaza bi lər
siniz. “Reportaj”. Başlanğıc. Birinci Dubl. Beş. Dörd. Üç. Sonra ürə yi nizdə
saymağa davam edin. İki. Bir. Sıfır və mətninizi söyləməyə başlayın. “Bu gün
konqres kabel proqramları üçün ciddi senzura məhdudiyyəti qoyacaq iki yeni
qanun layihəsini bəyəndi”.
Başlanğıc hesabı istər şərhçi, istərsə də montajçıdan ötrü əlverişlidir. Çıxış
larınızı lentə yazarkən başlanğıc hesabı danışdıqlarınıza ritm verməyə kömək
edir. Həmişə ikiüç rəqəmi (beş, dörd, üç) hündürdən, son üç rəqəmi isə ürə
yinizdə söyləyib, mətni oxumağa başlayın. Bu sizə rahat nəfəs almağa və artıq
yazının səviyyəsini təyin etmiş səs operatoruna qəfil narahatlıq gətirməyib,
şərtləşdiyiniz kimi, danışmağa imkan verəcək. Mətni hansı səslə söy ləyə cək
sinizsə, başlanğıc hesabını da o səslə aparmalısınız. Söhbət səsinizin hündürlük
dərəcəsindən gedir.
Başlanğıc hesabı montajçıya da lazımdır, çünki mətninizin nə vaxt və hansı
sözlə başlandığını qeyd edərkən nişan verin. Üstəlik, hər halda çox hündür və
ya mikrofona çox yaxın danışıbsınızsa, o hissənin montaj vaxtı düzəltmək
lazım gəldikdə, montajçı lentdə həmin yeri necə tapacağını dəqiq biləcək: ilk
söz lərinizin şiddət səviyyəsini yüngülcə azaldıb, daha sonra fonoqramın digər
hissəsində lazımi səviyyəyə qaldıracaq.
Göstəricidən istifadə
İstər səs, istərsə videoyazı üçün hər yazı fraqmentinin başlanğıcında gös
təricilərdən istifadə etmək lazımdır. Onlar həmin fraqmentin məzmununu dəqiq
identifikasiya etməlidirlər. Əgər hər dublun, yaxud montaj planının ayrıca çə
kilməsi mümkün olan və öncədən yazılmış ssenari əsasında veriliş hazır la
yırsınızsa, hər plan və hər dubldan əvvəl göstəricilərdən faydalanmaq gərəkdir.
Dublun nömrəsini göstəricidə yazmaq, ya daha sonra – montaj zamanı
asan lıqla uğurlu dublu tapa bilərsiniz. Əgər reportajın eyni başlanğıcını dörd
99
dublun yazmısınızsa və bunların da üçü elə bil yararsızdırsa, o zaman bi lə cək
siniz ki, lenti montaj vaxtı dördüncü dubla çatanadək fırlatmaq lazımdır. Gös
tərici ol mayanda isə sizə gərəkli dublu tapınca həmin dörd dublun hamısını
dinləməyə vaxt itirəcəksiniz.
§29. Səsyazma keyfiyyətinə nəzarət
Volyumetrlər (orta siqnal göstəricisi səviyyəsini ölçən cihazlar)
Studiyadankənar səsyazma prosesində səs keyfiyyətinə nəzarət tələb olunur.
Yazının gedişində səsi nəzarətdə saxlamağın iki üsulu var. Birinci üsul vol
yumetrin indikatorunu izləyərək səs siqnalı səviyyəsinə göz qoymaqdır. İndi
katorun şkalasını qeydedici çanağa (buna deka da deyilir, alman dilindəki
“decke” sözündən götürülüb) bəzi simli musiqi alətlərinin çanağına – göv
dəsinə deyilir. Səs şiddəti ilə bağlı problemləri çəkilişdən sonra düzəltmək son
dərəcə çətin olduğundan, səsin çəkiliş prosesinin özündəcə yararlı və sabit
səviyyədə yazılmasına diqqət yetirmək lazımdır. Əgər yazılmış ayrıayrı fraq
mentlərdə siqnal səviyyəsi xeyli dəyişirsə, bərabər səviyyə almaq üçün mon
tajçı həmişə səs səviyyəsini uyğunlaşdırmağa məcbur olacaq. Səs siqnalı sə
viyyəsi elə yazılış zamanındaca düzgün müəyyənləşdirilirsə, istehsal sonrası
mərhələdə montajçının səs səviyyəsinin tarazlaşdırılmasına ehtiyac qalmayacaq
və nəticədə fonoqramın ümumi keyfiyyəti həm texniki, həm bədii baxımdan
yüksək olacaq.
Qulaqlıqlar
Quruluşçu assistent və ya səs operatoru volyumetrin indikatorunda səsin sə
viy yəsinə göz qoymaqla yanaşı, yazılan səsi dinləyib yoxlamaq üçün qu laq lıq,
yaxud baş telefo nun dan istifadə etməlidir.
Qulaqlıqlar yazılan səs
siq nalının gücünü qiy mət
ləndirməyə müəyyən də rə
cə də kömək etsə də, onla
rın əsas dəyəri bu deyil.
Qulaqlıqlar sizə səs lə
rin keyfiyyətini çatdırır. Yə
ni səs təmiz yazılırmı? Təh
rifl ər yoxdur ki? Kənar
küy lər – xışıltılar yoxdur ki?
Fon dakı xışıltı yaz dı ğı nız
sə si batırmır ki? Mik şer dən
Şəkil 69.
100
istifadə edərək səsi bir neçə girişdən gətirib bir kanalda cəmləşdirəndə hansı
nəticəni alırsınız? Müsahibənin səsini yazırsınızsa, mikrofona danışan adam
ların hamısı eşidi lirmi? Səsyazma zamanı alətlərin nisbi səs səviyyələri düzgün
təyin edilibmi? Volyumetrin indikatoruna baxmaqla, bu suallara cavab tapmaq
mümkün deyil. Yalnız səsə qulaq asanda və dinləyəndə qiymət verəndən sonra
həmin sualları cavablandıra bilərsiniz.
Səsyazma siqnalları və səs yazısının yoxlanılması
Studiyadankənar şəraitdə gerçəkləşdirilən hər hansı səsyazma çəkilişindən
öncə sınaq yazılışının aparılması və çəkiliş prosesində fonoqram keyfiyyətinin
yoxlanılması daxildir. Vaxt varsa, çəkiliş yerinə getməzdən əvvəl sınaq yazılışı
aparmaq lazımdır. Öz videomaqnitofonunuzla video və səs yazısını ger çək
ləşdirib səsləndirərək tamaşa edin. Bu vaxt hər hansı problemlə üzləşsəniz,
bilin ki, çəkiliş yerinə gəldiyiniz zaman həmin problemlər özözünə çö
zülməyəcək. Səfəri ertələyərək, mühüm kəmkəsiri aradan qaldırmaq – bütün
günü çəkilişdə keçirib – işi yarıtmamaqdan, yəni keyfiyyətsiz fonoqram al maq
dan və ya bundan daha pisi – heç nəyi yaza bilməməkdən yaxşıdır.
Çəkilişdən öncə sınaq yazılışından və volyumetr, həm də qulaqlıqdan ya
rarlanmaqla, çəkiliş prosesində səs keyfiyyətinə nəzarətdən başqa, yazılan fo
noqramın da keyfiyyətini müntəzəm şəkildə yoxlamağı yaddan çıxarmayın.
Macal tapsanız, bunu videomaqnitofona yeni kaset qoymazdan əvvəl və ya
işarası fasilələrdə etməyə çalışın.
Videolenti başladığı yerədək fırladıb, bütün yazıya təzədən baxmaqla qulaq
asın. Fonoqramın keyfiyyətinin qulaqlıqla, görüntünün keyfiyyətini isə ya ka
meranın videoarayıcısında, ya da izləyici monitorda yoxlayın. Cihaz və na qil lə
ri düzgün qatmamaqdan, çirkli başlıqdan, yaxud daha ciddi səbəbdən görüntü
və ya səs itə bilər. Hər halda bütün günü çəkilişdə keçirib, heç nəyin yazıl ma
dığını, ya da kəmkəsirlə yazıldığını və yararsız olduğunu gör mək dənsə, prob
lemi vaxtında üzə çıxarmaq daha yaxşıdır.
§30. Əlavə çətinliklər
Çəkiliş yerinin akustikası
Səsyazmanı studiyada gerçəkləşdirərkən, akustik parametrlərin hamısını nə
za rətdə saxlamaq mümkündür, ancaq eyni işi naturada görəndə, nəzarət im kanı
çox məhduddur. Deməli, çəkiliş yeri ilə ilkin tanışlıq zamanı akustika şə raitinə
diqqət yetirmək lazımdır. Akustika şəraitindən irəli gələn çətinlikləri bəzən
süzgəclərin köməyi ilə, ya da danışan adamın vəziyyətini və ya mik ro fonun ti
pini, həm də yerini dəyişməklə aradan qaldırmaq olar. Bəzi mikro fonlarda və
Dostları ilə paylaş: |