Hesabat dövründə Səhmdar Cəmiyyətin
sifarişi ilə 29 şəhər və rayon mərkəzində su
və kanalizasiya layihələri icra olunmuşdur
ki, bu şəhərlərin 11-də işlər dövlət büdcəsi
vəsaiti, 18-də isə beynəlxalq maliyyə qu-
rumlarından cəlb olunmuş kreditlər hesabına
həyata keçirilmişdir.
Dövlət büdcəsindən maliyyələşdirilən
layihə çərçivəsində Quba şəhərində su və
kanalizasiya infrastrukturları tamamilə
yenidən qurulmuş, şəhər 24 saat fasiləsiz
içməli su ilə təmin olunmuşdur. Ucar,
Lənkəran, Hacıqabul, Kürdəmir, Zərdab,
İmişli, Biləsuvar şəhərlərində yeni su şə -
bəkələrinin tikintisi başa çatdırılmışdır.
Mingəçevir, Şəmkir və Qax şəhərlərində isə
su və kanalizasiya sistemlərinin yenidən qu-
rulması işlərinin böyük hissəsi icra
edilmişdir.
Mingəçevir və Yevlax şəhərlərini key-
fiyyətli içməli su ilə təmin etmək məqsədilə
məhsuldarlığı sutkada 55 min kubmetr olan
müasir sutəmizləyici qurğu tikilərək is-
tismara verilmiş, şəhərdaxili su təchizatı sis-
temlərinin 85 faizinin inşası başa çatmışdır.
Hazırda yeni yaradılmış şəbəkə vasitəsilə
sakinlər 24 saat keyfiyyətli içməli su ilə
təmin olunur. Təmizləyici qurğudan Yevlax
şəhərinə çəkiləcək magistral kəmərin tikin-
tisi üzrə layihə-smeta sənədləri hazırlanır.
Mingəçevir şəhərində tullantı sularının
idarə olunması məqsədi ilə 3 ədəd kanaliza-
siya nasos stansiyası tikilərək istifadəyə ver-
ilmiş və bununla da Kür çayına 21 nöqtədən
axıdılan çirkab suların qarşısı alınmışdır.
Lənkəran şəhərinin su təchizatı və kana -
lizasiya sistemlərinin yenidən qurulması la -
yihəsi çərçivəsində Xanbulançay dəryaça -
Regionlarda istehlakçıların içməli su
və kanalizasiya xidmətləri ilə
təmin olunması daha da yaxşılaşdırılır
n
“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı”nın icrasının ilk 2 ilində bölgələrdə istehlakçıların
içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırıl-
ması məqsədi ilə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən genişmiqyaslı
tədbirlər həyata keçirilmişdir.
12
1/2016
HESABAT
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
Regionlarda istehlakçıların
içməli su və kanalizasiya
xidmətləri ilə təmin olunması daha da yaxşılaşdırılır
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
HESABAT
1/2016
13
sının yaxınlığında sutkalıq məhsuldarlığı 30
min kubmetr olan təmizləyici qurğuda işlər
tam yekunlaşmış, Lənkəran şəhərinə və ətraf
kəndlərə içməli suyun verilməsi təmin
edilmişdir. Yeni qurğudan Astara şəhəri və
27 kəndin su təchizatına hesablanmış magis-
tral kəmərin inşası 2016-cı ildə başa çat-
dırılacaqdır.
Şəmkir şəhərində istehlakçıları key-
fiyyətli və dayanıqlı içməli su ilə təmin
etmək üçün Şəmkirçay anbarından 16,5 km
uzunluğunda magistral su kəməri qısa müd-
dətdə tikilərək istismara verilmişdir.
2014-2015-ci illərdə Azərbaycan Höku -
mətinin beynəlxalq maliyyə qurumları ilə
birgə reallaşdırdığı su və kanalizasiya infra-
strukturlarının yenidən qurulması layihəsi
üzrə işlər intensiv qaydada davam et-
dirilmişdir.
Asiya İnkişaf Bankı ilə birgə maliy -
yələşdirilən “Su təchizatı və kanalizasiya in-
vestisiya proqramı” çərçivəsində Göyçay,
Ağdaş və Beyləqan şəhərlərində yeni infra-
strukturların yaradılması istiqamətində ciddi
addımlar atılmışdır. Belə ki, Göyçay şəhə -
rində içməli su və kanalizasiya infrastruk-
turlarının yenidən qurulması işləri tam başa
çatdırılmış və 2015-ci ilin oktyabr ayında
Prezident İlham Əliyevin iştirakı ilə açılış
mərasimi keçirilmişdir. Beyləqan şəhərində
yeni su mənbəyi yaradılmış, şəhərdaxili su
şəbəkəsinin 85 faizi yenidən qurulmuş və
yeni şəbəkə ilə istehlakçılara suyun veril -
məsi təmin olunmuşdur. Bu layihə üzrə
Ağdaş və Beyləqan şəhərlərində içməli su
şəbəkəsinin tikintisi cari ildə başa çatdırıla-
caqdır. “Su təchizatı və kanalizasiya in-
vestisiya proqramı” çərçivəsində Ağcabədi
şəhərinin su təchizatı və kanalizasiya sistem-
lərinin yenidən qurulması işlərinə 2016-cı
ildə başlanılacaqdır.
Almaniya İnkişaf Bankının maliyyə
dəstəyi ilə həyata keçirilən “Açıq Kommu-
nal İnfrastruktur Proqramı II” çərçivəsində
Gəncə şəhərinin əsas su mənbələri olan
Göygöl və Qızılqayada suqəbuledici qurğu-
larının və magistral kəmərlərin inşası ye -
kunlaşmış, şəhərə suyun verilməsi təmin
edilmişdir. Gəncə şəhərinin bir hissəsində
paylayıcı şəbəkə yaradılmış və bu istiqa -
mətdə işlər davam etdirilir. 2016-cı ildə
Gəncə şəhərinin digər hissəsində və Şəki
şəhərində içməli su və kanalizasiya şəbə -
kələrinin tikintisinə başlanılacaqdır.
Dünya Bankı ilə birgə maliyyələşdirilən
“Milli Su Təchizatı və Kanalizasiya Xid-
mətləri Layihəsi” çərçivəsində 62 km uzun-
luğunda Kür sutəmizləyici qurğuları –
Sabirabad – Saatlı magistral kəmərinin in-
şası başa çatdırılmışdır. 2014-cü
ilin dekabr
ayında Sabirabad şəhərinə, 2015-ci ilin
əvvəlində isə Saatlı sakinlərinə suyun ve -