regional istismar ehtiyatlarının indiki real vəziyyəti tam əks etdirmədiyini və
qiymətləndirilmiş ehtiyatların əsasən azaldıldığını göstərir. Bu əsasən ehtiyatların
qiymətləndirilməsindən keçən vaxt ərzində su təsərrüfatı şəraitində, yeraltı suların
qidalanma mənbələrinin kəmiyyət və keyfiyyət göstəricilərində baş verən dəyişik-
liklərlə əlaqədardır. Bununla yanaşı, hidrogeoloji parametrlərin və ehtiyatların
qiymətləndirmə metodikasının və yanaşmaların da korrektə edilməsinə ehtiyac
vardır.
Dağətəyi düzənliklərin məsamə-lay hövzələrində yeraltı suların regional istismar
ehtiyatlarının qiymətləndirilməsi sahə və xətt üzrə bərabər məsafələrdə yer-
ləşdirilmiş abstrakt quyulardan ibarət sugötürücülərin sabit rejimli məhsuldarlığının
analitik hesablama metodları ilə 10000 gün müddətinə aparılmışdır.
Yeraltı suların qiymətləndirilmiş ehtiyatlarının real şəraitlə uyğun gəlməməsi bir
neçə səbəblərlə əlaqədardır.
Əsas məqamlardan biri ondan ibarətdir ki, yeraltı suların intensiv istismar
edildiyi 1970 -1980 - cı illərdə onların istismar və istifadə dinamikasının, eləcə də
hidrogeoloji parametrlərin dəyişməsinin təhlili regional istismar ehtiyatlarının hətta
o dövr üçün etibarlılıq dərəcəsini qiymətləndirməyə imkan verir. Məsələ ondadır
ki, o dövrdə istehlak edilən yeraltı suların 80% -dən çoxu suvarma məqsədləri üçün
istifadə edilirdi. Bu zaman, suvarma rejimi vegetasiya dövründə yeraltı suların mak-
simal, ilin qalan dövrlərində isə çox az miqdarda çıxarılması ilə səciyyələnirdi.
Yeraltı suların ehtiyatlarının qiymətləndirilməsi il ərzində bərabər istismar rejimi
üçün aparıldığı halda, faktiki istismar suvarmadan asılı olaraq qeyri-bərabər re-
jimdə aparılırdı. Başqa sözlə, hesablamanın riyazi asılılıqları faktiki olaraq real is-
tismar rejiminə tam uyğun gəlmirdi [2].
İkincisi, texnogenez şəraitində əlavə qidalanma mənbələrinin (çay suları, digər
laylardan sorulmalar, suvarma sahələrindən infiltrasiyalar və s.) cəlb olunması
nəticəsində yeraltı suların mövcud istismar ehtiyatları yaranır. Yearltı suların ehti -
yatlarının qiymətləndirilməsində istifadə edilən metodikalar mövcud ehtiyatların
strukturunu formalaşdıran əlavə qidalanma mənbələrini tam nəzərə almağa imkan
vermir. Yuxarıda qeyd edilənlər yeraltı suların çıxarılması və istifadəsinin 1980-ci
illərdə - onların daha intensiv istismar edildiyi dövrdə aparılmış qeydiyyatı üzrə
faktiki göstəricilərdə öz əksini tapır. Belə ki, Qarabağ və Mil düzənliklərində yeraltı
suların o dövrdəki istismar həcmi təsdiq edilmiş ehtiyatları 3 dəfə, Cəbrayıl düzən-
liyində 2 dəfə üstələmişdir. Lakin, bu yataqlarda yeraltı suların ehtiyatlarının tükən-
məsi və ya keyfiyyətinin pisləşməsi halları müşahidə edilməmişdir. Digər
ya taqlarda yeraltı suların istismarının maksimal intensivliyi təsdiq edilmiş ehtiyat-
ların 20-25%-dən artıq olmamışdır ki, bu da təsdiq edilmiş ehtiyatların dürüstlüyünü
qiymətləndirməyə imkan vermir. Qeyd edilən faktlar bütün yataqlar üzrə yeraltı su-
ların istismar ehtiyatlarının qiymətləndirilməsinin dürüstlülik dərəcəsinə mənfi təsir
etmişdir.
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
Ələkbərov A.B., İmanov F.Ə. Azərbaycanın
su ehtiyatları:
problemlər,
yanaşmalar, reallıqlar
SU EHTİYATLARININ TƏDQİQİ VƏ İNTEQRASİYALI
İDARƏETMƏ PROBLEMLƏRİ
1/2016
18