rilməsi təmin edilmişdir. Gələcəkdə magis-
tral kəmərin marşrutu boyu yerləşən 50
kəndin su təchizatı da öz həllini tapacaqdır.
Dünya Bankı ilə birgə reallaşdırılan layihə
üzrə Şamaxı və Qəbələ şəhərlərində də işlər
davam etdirilmiş, Şamaxıda su təchizatı sis-
temlərinin 96 faizi, kanalizasiya şəbəkəsinin
87 faizi tikilmişdir. Qəbələ şəhərində su
mənbəyində işlər yekunlaşmış, şəhərdaxili
şə bəkənin tikintisi davam etdirilmişdir.
Yaponiya
Beynəlxalq
Əməkdaşlıq
Agentliyindən cəlb olunmuş kreditlər he -
sabına Naftalan şəhərinin su və kanalizasiya
şəbəkəsi yenidən qurularaq istismara ve -
rilmişdir. Bu layihə çərçivəsində Qusar
şəhərində işlərin 80 faizindən çoxu icra
edilmiş və ilin sonuna qədər işlərin başa çat-
dırılması planlaşdırılır. Eyni zamanda Xaç-
maz şəhərinin su mənbəyində yenidən -
qurma işləri yekunlaşmış, şəhərdaxili su və
kanalizasiya şəbəkəsinin tikintisi davam et-
dirilir. Bu layihə çərçivəsində Qobustan
şəhərində işlərə 2015-ci ildə başlanmış, Xızı
şəhərində isə şəbəkənin yaradılmasına cari
ildə başlanılması nəzərdə tutulmuşdur.
“Azərbaycan Respublikası regionlarının
2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı
Dövlət Proqramı”nın icrası dövründə İslam
İnkişaf Bankı ilə birgə reallaşdırılan “Azər-
baycanın 6 rayonunda milli su təchizatı və
kanalizasiya proqramı layihəsi”nin icrasına
başlanılmışdır. Hazırda Gədəbəy, Astara,
Tərtər, Daşkəsən şəhərlərində tikinti işləri
davam etdirilir. 2016-cı ildə Gədəbəy və
Daşkəsən şəhərlərində su və kanalizasiya
şəbəkələrinin tikintisinin başa çatdırılması,
Qazax şəhərində isə yeni layihənin icrasına
başlanılması nəzərdə tutulur.
Son illərin ən böyük infrastruktur layi-
hələrindən olan Ceyranbatan ultrasüzgəcli
sutəmizləyici qurğular kompleksinin is-
tismara verilməsi regionların da içməli su
təminatının yaxşılaşmasına öz töhfəsini ver-
mişdir.
Belə ki, bu kompleks istismara ve ril -
dikdən sonra Kür sutəmizləyici qurğuların-
dan Bakıya ötürülən suyun daha çox his -
səsinin regionların təminatına yönəldilməsi -
nə şərait yaranmışdır. İndiyə qədər Şirvan-
Muğan qrup su kəməri ilə Şirvan şəhərinin
yalnız bir hissəsinə su verilirdisə, hazırda
şəhərin əksər hissəsi bu mənbədən qidalanır.
Yaxın günlərdə şəhərin təminatı tamamilə
Kür mənbəyindən aparılacaqdır ki, bununla
da ötən əsrin 50-ci illərində istismara ve -
rilmiş, fiziki və mənəvi cəhətdən köhnəlmiş
Şirvan su təmizləyici qurğusunun fəaliyyəti
tam da yandırılacaqdır.
Azərbaycan Respublikası regionlarının
2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı
Dövlət Proqramının icrası ilə əlaqədar şəhər-
lərlə yanaşı, içməli sudan əziyyət çəkən
kənd və qəsəbələrdə də həlli vacib layihələr
icra edilmişdir. Ötən 2 ildə düşmən mövqe-
ləri ilə üzbəüz kəndlər də daxil olmaqla,
Füzuli, Beyləqan, Ağcabədi, Ağdam, Tərtər,
Goranboy, Tovuz, Şəmkir, Şəki, Zaqatala,
Balakən, Quba, Qusar, Göyçay, Ucar, Kür -
də mir, Saatlı, Lənkəran, Yardımlı rayonla -
rının 51 yaşayış məntəqəsində 120 min nə -
fərin içməli su problemi öz həllini tapmışdır.
Ümumilikdə, Dövlət Proqramı çərçi və -
sində “Azərsu” ASC tərəfindən regionlarda
2014-2015-ci illərdə 1380 km magistral və
şəbəkə su xətləri, 490 km kanalizasiya
kollektoru və şəbəkə xətləri, 2 sutəmizləyici
qurğu, 61 su anbarı, 7 su, 3 kanalizasiya
nasos stansiyası tikilmişdir. Eyni zamanda
16 subartezian quyusu qazılmış, 61 min ədəd
smart tipli sayğac quraşdırılmışdır. Görül -
müş işlər nəticəsində 226 min nəfər ilk dəfə
mərkəzləşdirilmiş qaydada içməli su ilə
təchiz edilmiş, rayon mərkəzlərində fasiləsiz
su ilə təmin olunanların sayı 625 minə çat-
dırılmışdır. Bununla da bölgələr üzrə fasilə-
siz içməli su ilə təmin olunma səviyyəsi 41,2
faizə, ölkə üzrə isə 64,5 faizə yüksəlmişdir.
n
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
Regionlarda istehlakçıların
içməli su və kanalizasiya
xidmətləri ilə təmin olunması daha da yaxşılaşdırılır
HESABAT
1/2016
14