likdir. Atmosferdəki buxarlar, okean və dənizlərin istifadə edilməyən duzlu suları
potensial su ehtiyatlarını təşkil edir [7].
Geoloji (Dağ) Ensiklopediyaya görə “su ehtiyatları”na çayların, göllərin, kanal-
ların, su anbarlarının, dəniz və okeanların istifadəyə yararlı suları, istifadəyə yararlı
yeraltı sular, həmçinin qütb və dağ buzlaqlarının suları (buzları), atmosfer yağıntıları
aid edilir [8].
Böyük Sovet Ensiklopediyasında “su ehtiyatları”na çayların, göllərin, kanal-
ların, su anbarlarının, dəniz və okeanların xalq təsərrüfatında istifadəyə yararlı suları,
istifadəyə yararlı yeraltı sular, torpaqdakı nəmlik, buzlaq və qar örtüyünün suları
aid edilir [9].
Təhsil Ensiklopediyasında “su ehtiyatları” deyildikdə maye, bərk və qaz halında
olan sular və onların Yer kürəsində yayılması başa düşülür. Bu anlayışa görə su
ehtiyatları – Yerin səthində təbii hövzələrdə (okeanlar, dənizlər və bataqlıqlar), Yerin
təkində (yeraltı sular), bütün bitki və canlılarda, həmçinin süni sututarlarda (su an-
barları, kanallar və s.) toplanmışdır [10].
Vikipediyada “su ehtiyatları” anlayışına su obyektlərində yerləşən və istifadə
edilən və ya istifadə edilə bilən yerüstü və yeraltı sular aid edilir. Vikipediyaya görə
“su ehtiyatları” daha geniş mənada - maye, bərk və qaz halında olan sular və onların
Yer kürəsində yayılması kimi qəbul edilir [11].
Ekoloji lüğətdə “su ehtiyatları” deyildikdə təsərrüfatda istifadə edilə bilən
yerüstü (çaylar, göllər, kanallar, su anbarları, dənizlər, okeanlar) və yeraltı su ehti -
yatları qəbul edilir. Bu lüğətə görə su ehtiyatlarına həmçinin torpaqdakı nəmlik,
buz laqların suları, atmosferdəki hava buxarları aid edilir [12].
Beləliklə, demək olar ki, bütün istinad mənbələrinə əsasən “su ehtiyatları”na
aşağıdakılar aid edilir:
- yerüstü su hövzələrində (çaylar, göllər, kanallar, su anbarları) toplanmış isti-
fadəyə yararlı sular;
- yeraltı su hövzələrində (laylar, su horizontları, süxurların məsamələri, çat zo -
naları) toplanmış istifadəyə yararlı sular;
- dəniz və okeanların istifadəyə yararlı suları;
- buzlaqların suları (buzları);
- atmosfer yağıntıları.
Azərbaycanın təbii su ehtiyatları müxtəlif illərdə, təbii ki, müəyyən fərqli yanaş-
malarla müxtəlif müəlliflər tərəfindən qiymətləndirilmişdir. Ölkənin su ehtiyatlarının
mütləq böyük hissəsini yerüstü sular təşkil etidiyinə görə bu qiymətləndirmələr
əsasən yerüstü suların domionantlığı ilə bir qayda olaraq hidroloq mütəxəssislər
tərəfindən aparılmış, qiymətləndirmələrin nəticələri elmi əsərlərdə, kitablarda əks
etdirilmişdir. Ehtiyatların qiymətləndirilməsində ümumi birləşdirici məqam ondan
ibarətdir ki, demək olar ki, bütün müəlliflər və bu məsələlərlə məşğul olan mütəxəs-
sislər, o cümlədən də məqalənin müəllifləri, Azərbaycanın su ehtiyatlarının
16
1/2016
SU EHTİYATLARININ TƏDQİQİ VƏ İNTEQRASİYALI
İDARƏETMƏ PROBLEMLƏRİ
Ələkbərov A.B., İmanov F.Ə. Azərbaycanın
su ehtiyatları:
problemlər,
yanaşmalar, reallıqlar
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR