masında dağ-qırışıqlıq strukturların çat-damar sularının rolunun tam aydınlaşdırıl-
maması, dərin flüidlərdən mümkün qidalanmalar da əlavə edilməidir.
Göstərilənləri və eləcə də qiymətləndirilmiş ehtiyatların təsdiq edilməsindən
keçən hesabi vaxtın artıq bitdiyini nəzərə alaraq yeraltı suların ehtiyatlarının
yenidən qiymətləndirilməsi Azərbaycanda hidrogeoloji tədqiqatların həll edilməsi
zəruri olan problemi və su ehtiyatlarının inteqrasiyalı idarə edilməsi sxeminin hazır-
lanmasının əsas elementlərindəndir. Bununla əlaqədar olaraq, Fövqəladə Hallar
Nazirliyinin Dövlət Su Agentliyi tərəfindən ölkə ərazisində su ehtiyatlarının yenidən
qiymətləndirilməsinə başlanılması müsbət dəyərləndirilməlidir. Ehtiyatların yenidən
qiymətləndirilməsində yeraltı suların mövcud ehtiyatlarının strukturunu yaradan
amillərin və xüsusiyyətlərin, ətraf mühitə təsirin əhatəli nəzərə alınmasını təmin
edən metodlardan istifadə edilməsi zəruridir. Eyni zamanda, dağ-qırışıqlıq struk-
turlarda çat-damar sularının aktiv mübadilə zonası və dərin axınlar zonası üzrə is-
tismar ehtiyatlarının qiymətləndirilməsi tədqiqatlarının aparılması nühüm əhəmiyyət
kəsb edir.
Ölkənin su ehtiyatlarının qiymətləndirilməsində ikinci, bəlkə də daha mühüm
məqam ümumi su ehtiyatlarının qiymətləndirilməsinə yanaşma və bu ehtiyatların
tərkib hissələrinin müəyyən edilməsi ilə əlaqədardır.
Azərbaycanın su ehtiyatları S.H.Rüstəmov və R.M.Qaşqay tərəfindən 30,9 km
3
,
Dövlət Hidrologiya İnstitutu tərəfindən 30, 6 km
3
, H.Y. Fətullayev tərəfindən 30,3
km
3
, keçmiş Zaqafqaziya Elmi-Tədqiqat Hidrometeorologiya İnstitutu tərəfindən
28,1 km
3
həcmində müəyyən edilmişdir (cədvəl 1).
Cədvəl 1. Azərbaycanın su ehtiyatlarının müxtəlif müəlliflər tərəfindən
hesablanmış qiymətləri
Qeyd edilən qiymətləndirmələrə görə Azərbaycanın su ehtiyatları il ərzində ölkə
ərazisinə düşən atmosfer yağıntılarının miqdarı ilə bu yağıntıların buxarlanmaya
sərf olunan hissəsinin fərqi və ölkə ərazisinə transsərhəd axınla daxil olan səth su-
larının miqdarının cəmindən ibarətdir.
SU PROBLEMLƏRİ: ELM VƏ TEXNOLOGİYALAR
Ələkbərov A.B., İmanov F.Ə. Azərbaycanın
su ehtiyatları:
problemlər,
yanaşmalar, reallıqlar
SU EHTİYATLARININ TƏDQİQİ VƏ İNTEQRASİYALI
İDARƏETMƏ PROBLEMLƏRİ
1/2016
20
№
Müəlliflər
İl
Su ehtiyatları, mlrd.m
3
ümumi
o cümlədən, yerli
1
S.H.Rüstəmov və R.M Qaşqay
1978
32,3
10,3
2
S.H.Rüstəmov və R.M.Qaşqay.
1989
30,9
10,3
3
Dövlət Hidrologiya İnstitutu
1967 (1977)
30,6
8,71 (8,00)
5
Zaqafqaziya ETHMİ
1988
28,1
7,81
6
H.Y.Fətullayev
2002
30,3
-