Western caspian



Yüklə 2,65 Mb.
Pdf görüntüsü
səhifə20/54
tarix08.09.2018
ölçüsü2,65 Mb.
#67209
1   ...   16   17   18   19   20   21   22   23   ...   54

 “Western Caspian” University                          № 3, 2017                             Scientific Bulletin 
 
50
 
 
бизнеса. 
Ключевые слова:  рынок, потребительский рынок, сегменты потре-
бительского рынка, денежные доходы населения, структура потребительс-
ких расходов домашних хозяйств, индекс потребительских цен. 
 
SOCIO-ECONOMIC ASPECTS OF RESEARCH OF THE CONSUMER 
MARKET IN AZERBAIJAN 
 
SUMMARY 
 
In  the  period  of  globalization  and  the  active  development  of  market 
relations  one  of  the  largest  and  most  economically  successful  sectors  of  the 
Azerbaijan  economy  becomes  the  consumer  market.  The  condition  of  the 
consumer  market in  general  is  an  indicator  of  socio-economic development  of 
the country. A study of the development of the consumer market of Azerbaijan 
shows  how  over  the  period  2005-2015,  the  country  carried  out  a  gradual 
transition to a favorable conjuncture characterized by the stabilization of prices, 
the  relative  balance  of  the  market,  rapidly  growing  sales,  which  ultimately 
increased the attractiveness of the consumer market for entrepreneurs, aspiring 
to achieve high profitability. 
Keywords: market, consumer market, segments of the consumer market, 
monetary  incomes  of  the  population,  structure  of  consumer  expenditures  of 
households, the consumer price index. 
 
Bəşəriyyətin  ən  mühüm  nailiyyətlərindən  biri  hesab  edilən  mürəkkəb 
bazar  mexanizmi  neçə  yüzilliklər  ərzində  formalaşmışdır.  Elmi  ədəbiyyatda 
"bazar"  anlayışının  çoxsaylı  izahlarına  rast  gəlmək  mümkündür  və  bu  da 
təbiidir, çünki bazar olduqca mürəkkəb və bu günə qədər kifayət qədər dərindən 
öyrənilməmiş iqtisadi kateqoriya hesab olunur. 
K.R.Makkonell  və  S.A.Bryu  tərəfindən  nəşr  edilən  "Ekonomiks"  dərs-
liyində bazar kateqoriyası "müəyyən mal və xidmətlərin alıcıları və satıcılarını 
bir  araya  gətirən  institut  və  ya  mexanizm"  kimi  qiymətləndirilir  [6,  s.61]. 
"Bazar"  anlayışına  analoji  yanaşmanı  L.N.Xaymanda  da  görmək  mümkündür: 
"Bazar  alıcı  və  satıcıların  mal  və  xidmətlərlə  ticarət  etmək  məqsədilə  görüş-
məsidir" [9, s.7], o cümlədən E.C. Dolan da nümayiş etdirir: "Bazar - insanların 
bir-biri ilə ticarət etməsi məqsədilə hər hansı bir qarşılıqlı əlaqəsidir" [4, s.20]. 
Oxşar anlayışları A.Xoskinq, R.Pindayk [10, s.104; 7, s.21] kimi bir sıra digər 
iqtisadçılarda  da  tapmaq  mümkündür.  Mülkiyyət  hüquqları  nəzəriyyəsinə 
əsasən, bazar hər şeydən əvvəl dəqiq müəyyən edilmiş mülkiyyət hüquqlarıdır. 
Yuxarıda  qeyd  edilən  bazar  anlayışları  bu  kateqoriyanın  iqtisadi  mahiy-
yətini  düzgün  əks  etdirməklə  yanaşı  bəzi  xüsusiyyətlərinə  və  istiqamət  dərə-
cəsinə  görə  fərqlənirlər.  Bizim  fikrimizcə,  bazarın  ən  dəqiq  təyini  onun  əsas 


 “Western Caspian” University                          № 3, 2017                             Scientific Bulletin 
 
51
 
 
bazar  subyektləri  olan  alıcı  və  satıcılar  arasında  formalaşan  iqtisadi  münasi-
bətlər sistemi olmasıdır. Digərləri sadəcə bu iqtisadi münasibətlərin mahiyyətini 
dəqiqləşdirmiş olurlar. Başqa sözlə, bazar - müvafiq qanunların və prinsiplərin 
əsasında qurulan iqtisadi münasibətlərdir. 
Tədqiqatımız bütövlükdə bazara deyil, yalnız onun ən əhəmiyyətli hissəsi 
hesab edilən istehlak malları və xidmətləri bazarına həsr edilmişdir. 
Bazarın  bir  iqtisadi  kateqoriya  kimi  təhlili  onu  göstərmişdir  ki,  istehlak 
bazarının  məcmu  bazarın  tərkib  hissəsi  kimi  araşdırılması  və  onun  şəxsi 
istehlakla  bilavasitə  əlaqələndirilməsi  yalnız  F.Kotlerə:  "...  şəxsi  istehlak 
məqsədilə mal və xidmətlər alan və ya digər üsullarla onları əldə edən ayrı-ayrı 
fiziki  şəxslər  və  ev  təsərrüfatlarıdır"  [5,  s.143]  və  A.  Xoskinqə  məxsusdur: 
"...şəxsi  (qeyrikommersiya)  istehlakı  ücün  ayrı-ayrı  fiziki  şəxslər  və  ev 
təsərrüfatları  tərəfindən  alınmış  və  ya  icarəyə  götürülmüş  mallar  və  xidmətlər 
bazarıdır" [10, s.105]. 
Müasir  iqtisadi  ədəbiyyatda  istehlak  bazarı  anlayışına  dair  çoxsaylı 
şərhlərə və yanaşmalara rast gəlinir ki, bunlar bu iqtisadi kateqoriyanın müxtəlif 
aspektlərini  özündə  əks  etdirməklə  yanaşı  bir-birilərini  tamamlayır  və 
dəqiqləşdirirlər.  Aşağıda  tərtib  edilmiş  cədvəldə  "istehlak  bazarı"  anlayışına 
dair əsas yanaşmalar tərəfimizdən toplanmışdır. 
 
Cədvəl 1.  
"İstehlak bazarı" anlayışına dair müxtəlif yanaşmalar 
 
Müəllif 
"İstehlak bazarı" anlayışının izahı 
Mənbə 
F.Kotler 
İstehlak bazarı şəxsi istehlak məqsədilə 
mal və xidmətlər alan və ya digər üsullarla 
onları əldə edən ayrı-ayrı fiziki şəxslər və 
ev təsərrüfatlarıdır. 
Kotler F. Основы 
маркетинга: Пер. с англ. - 
М.: «Ростинтэр», 1996, с. 
143 
A.Xoskinq 
İstehlak bazarı şəxsi (qeyrikommersiya) 
istehlakı üçün ayrı-ayrı fiziki şəxslər və ev 
təsərrüfatları tərəfindən alınmış və ya 
icarəyə götürülmüş mallar və xidmətlər 
bazarıdır. 
Xoskinq A. Курс 
предпринимательства: 
Практ. пособие: Пер. с 
англ. М.: Международные 
отношения, 1993 - с. 105 
İ.K. 
Belyayevskiy 
İstehlak bazarı məhdudlaşdırılmış 
ölçülərlə mal kütləsinin və xidmətlərin 
kütləvi və fərdi alıcılara (əhaliyə) satışını 
əhatə edir. 
Belyayevckiy İ.K. və 
başqaları: Статистика 
рынка товаров и услуг. 
Учебно-практическое 
пособие/ Моск. гос. 
универ. экономики, 
статистики и 
информатики, 2006. - 143 
с. 


Yüklə 2,65 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə