Western caspian



Yüklə 2,65 Mb.
Pdf görüntüsü
səhifə17/54
tarix08.09.2018
ölçüsü2,65 Mb.
#67209
1   ...   13   14   15   16   17   18   19   20   ...   54

 “Western Caspian” University                          № 3, 2017                             Scientific Bulletin 
 
42
 
 
lığın artırılması; 
-
 
Universitetin  tədqiqat nəticələrinin  məhsuldar sektorlara  ötürülməsi hə-
dəflərini  texno-parklar  vasitəsilə  reallaşdırma  planları  vardır  [1,  s.  52-
53]. 
Türkiyədə texnoparkların qurulmasına 1980-ci illərdən başlanılmışdır. Bu 
mərhələdə ilk addımlardan biri kimi KOSGEB ilə universitetlərin qarşı-
lıqlı əməkdaşlığının nəticəsi olaraq texnologiya mərkəzləri yaradılmağa 
başlanıldı.  Bu  fəaliyyətin  tənzimlənməsi  ilə  bağlı  hüquqi  baza  2001-ci 
ildən  4691  saylı  qanunvericilik  aktının  qüvvəyə  minməsi  ilə  formalaş-
dırılmışdır. "Texnoloji İnkişaf Bölgələri” anlayışı bu aktda istifadə olun-
muşdur. 
2015-ci  ilin  dekabrından  etibarən  fəaliyyətdə  olan  tədqiqat-təkmilləşdir-
mə  fəaliyyətlərini  həyata  keçirən  firmaların  sayı  3744-ə  çatmışdır.  Bu  firma-
ların  39%-i  elektron  yazışmalarda,  19%-i  Kompüter  və  Rabitə  Texnologiyarı 
sektorunda,  7%-i  Elektronika  və  5%-i  Maşın  və  Təchizat  Emalı  sahələrində 
fəaliyyət  göstərməkdədir.  Bundan  başqa  Tibb,  Enerji,  Kimya,  Ərzaq,  Müdafiə 
kimi bir çox sektordan firmalar bölgələrdə tədqiqat-təkmilləşdirmə fəaliyyətləri 
çərçivəsində yerləşməkdədir. Texnoloji İnkişaf Bölgələrində, 2015-ci il dekabr 
ayından  etibarən  cəmi  38,239  şəxsi  heyət  məşğulluqla  təmin  olunmuşdur. 
Texnoloji  İnkişaf  Bölgələrində  tamamlanan  tədqiqat-təkmilləşdirmə  layihəsi 
18,318, həyata keçirilən tədqiqat-təkmilləşdirmə layihəsi 8,525 ədəddir. Fəaliy-
yətə başlayan Texnoloji İnkişaf Bölgələrində mövcud olan şirkətlərin, Amerika 
Birləşmiş Ştatları  başda  olmaqla,  Yaponiya,  İsrail,  İngiltərə  və  Almaniya kimi 
dünyanın ən  inkişaf  etmiş ölkələrinə  etdikləri  texnoloji  məhsul ixracı 2014-cü 
ilin  sonu  etibarı  ilə  təxminən  2,4  milyard  ABŞ  dollarına  çatmışdır.  Xarici 
investisiya  baxımından  yanaşdıqda  Texnoloji  İnkişaf  Bölgələrində  cəmi  174 
xarici/ xarici ortaqlı firma yer almaqdadır [8]. 
Türkiyədə  texnoparkların  fəaliyyəti  ilə  bağlı  qanunda  texnoparklara  bir 
sıra dəstək və güzəştlər nəzərdə tutulur: 
-
 
ETTKİ işçiləri üçün gəlir vergisindən azad olma; 
-
 
Şirkətlər üçün mənfəət vergisindən azad olma; 
-
 
Texnoparkın şirkətləri üçün işləyən akademik personal üçün stimullar. 
Türkiyədə  texnoloji  təkmilləşdirmə  bölgələri  üçün  xüsusi  vergi  güzəşt-
lərini  özündə  əks  etdirən  qanun  qəbul  edilmişdir.  Bu  qanunun  bir  sıra 
müddəaları aşağıdakı cədvəldə əks etdirilmişdir [3, s. 100]. 
 
 
 
 
 
 
 


 “Western Caspian” University                          № 3, 2017                             Scientific Bulletin 
 
43
 
 
Cədvəl.  
Texnoloji Təkmilləşdirmə Bölgələri Qanununa Görə Texnoparklara 
Tətbiq Olunan Vergi Təşviqləri Xülasə Cədvəl [3]. 
 
İdarəedici şirkətlər üçün 
nəzərdə tutulmuş vergi 
təşviqləri 
Texnopark tərkibindəki 
firmalar üçün nəzərdə 
tutulmuş vergi təşviqləri 
Texnopark tərkibində işləyən 
işçilər üçün nəzərdə tutulmuş 
vergi təşviqləri 
-
 
Fəaliyyət gəlirləri, gəlir 
və mənfəət vergisindən 
azaddır, 
-
 
Qanunun tətbiqi ilə bağlı 
əməliyyatlarda hər cür 
vergi, rüsum və xərcdən 
azaddır. 
-
 
Proqramlaşdırma və tədqiqat  
-
 
təkmilləşdirmə qazancları 
gəlir və mənfəət vergisi 
xaricindədir, 
-
 
Bölgədən edilən təhvil-təslim 
və xidmətlərdə ƏDV-dən 
istisna tətbiq edilir. 
Tədqiqat-təkmilləşdirmə 
heyəti; 
-
 
Vəzifələri ilə bağlı əldə 
etdikləri məbləğlər hər cür 
vergi, rüsum və xərcdən 
istisnadır, 
-
 
Tədqiqat-təkmilləşdirmə 
heyətinin icazəli formada 
bölgədən kənarda həyata 
keçirilən fəaliyyətlərindən 
əldə edilən məbləğin, tədris 
üzvü kadrlar üçün 50%-i, 
digər tədqiqat- təkmilləş-
dirmə heyəti üçün 25%-i 
gəlir vergisindən istisnadır 
 
 
Köməkçi heyət; 
- Vəzifəsi ilə bağlı məbləğ hər 
cür vergi, rüsum və xərcdən 
istisnadır (tədqiqat-
təkmilləşdirmə heyəti sayının 
10%-i ilə məhdudlaşır) 
 
Türkiyədə bir sıra texnoparkların fəaliyyətini universitet-sənaye əməkdaş-
lığının, ölkədə təhsilin, yüksək ixtisaslı kadr hazırlığının inkişafı, məşğulluğun 
artırılması baxımından xüsusilə fərqləndirmək lazımdır. 
Orta  Şərq  Texniki  Universiteti  Texnoparkı  Türkiyədə  yaradılmış  ilk 
texnopark  olmaqla  bərabər,  innovasiya  fəaliyyətində  digər  texnoparklara 
nisbətən daha çox fərqlənməkdədir. 
ODTÜ texnoparklarının yuxarı qurumu 12 nəfərdən ibarət "Ali Məsləhət 
Şurası"dır.  Bu  şuranın  50%-ni  dövlət  institutları,  TUBİTAK,  KOSGEB  təşkil 
edilmiş sənaye zonasının biznesmenləri (OİZ), Ankara sənaye palatası və təşki-
latlar  təşkil  edir. İdarəedici  şirkət  məsləhətçilər  və  biznes  tərəfdaşlarla  əlaqədə 
işləyirlər. 
ODTÜ texnoparkının idarəedici şirkətinin fəaliyyətinə aşağıdakılar aiddir: 
-
 
Daşınmaz əmlakın idarəedilməsi; 
-
 
Monitorinq və qiymətləndirmə
-
 
Texnoloji əməkdaşlıq 


 “Western Caspian” University                          № 3, 2017                             Scientific Bulletin 
 
44
 
 
-
 
Texnoloji transfer [1, S.52]. 
ODTÜ texnoparklarda yerləşən şirkətlərin bu texnoparkların güclü tərəf-
ləri ilə bağlı bir sıra fikirləri vardır: 
-
 
ODTÜ texnoparkının markasının olması; 
-
 
Yeni kadrlar; 
-
 
Gəlir; 
-
 
Sahibkarlığın aparılması üsulları öyrədilir; 
-
 
Dövlət dəstəyi; 
-
 
Layihələrin dövlət dəstəyi; 
-
 
TÜBİTAK layihələri; 
-
 
Toplantılar aparılır. Toplantılar hesabına işbirliyi yaradır; 
-
 
Sorğulara cavab verir; 
-
 
Beynəlxalq tədbirlər haqqında məlumatlandırma; 
-
 
Tələbələr üçün iş yerləri
-
 
Universitetlər üçün təcrübə yeri; 
-
 
Beynəlxalq təcrübənin öyrənilməsi üçün layihələr təşkil edilir; 
-
 
Şirkət nümayəndəsi xaricə göndərilir
-
 
Şirkətlərə investorların axtarışına şərait yaradır; 
-
 
Xarici şirkətlərlə əlaqələr yaradılır; 
-
 
Sərgi və konfranslara şirkətlərin nümayəndələri göndərilir; 
-
 
Sənaye ilə əlaqələr yaradır; 
-
 
Texnologiyaların kommersiyalaşdırılmasına köməklik edir; 
-
 
Patentlərə və investisiyalara köməklik edir; 
-
 
Tədqiqatların aparılması; 
-
 
Alimlərlə əməkdaşlıq imkanları artır; 
-
 
Tələbələrin diplom işləri araşdırılır; 
-
 
Tələbələrin diplom işləri tətbiq edilir [1, s.59]: 
Bununla belə ABŞ texnoparkları ilə müqayisə etdikdə ODTÜ-nün maliy-
yələşdirilməsində  dövlətin  rolunun,  ABŞ  texnoparklarında  isə  sənayenin  rolu-
nun  daha  çox  olduğu  müəyyən  edilmişdir.  Sənaye  ilə  əməkdaşlıq  baxımından 
ODTÜ-nün ABŞ texnoparklarından geri qaldığı müşahidə edilmişdir. 
OSTİM  sənaye  parkının  idarəçilik  heyəti  24  bölmədən  ibarətdir  və 
idarəçilik  tərkibində  olan  müəssisələrin  fəaliyyətinin  yaxşılaşdırılması  üçün 
anket  sorğuları  aparır.  Bunun  üçün  xüsusi  proqramlardan  istifadə  edir.  Onun 
əsas  funksiyalarından  biri  də  sənaye  bölgəsində  bir  sahəyə  qulluq  edən 
müəssisələri  bir-biri  ilə  əlaqələndirməkdir.  Burada  eyni  zamanda  işçilərin 
işləməsi  üçün  hər  cür  şərait  yaradılmışdır.  Eyni  zamanda  Ostimdə  alternativ 
enerji üzərində işləmək üçün "enerji parkı"nın açılması planlaşdırılır. 
OSTİM-də  sənaye  istiqaməti  daha  güclüdür.  ODTU  universitet  texno-
parkıdır,  OSTİM  isə  sənaye  tipli  tədqiqat  aparan  firmaları  özündə  birləşdirən 
texnoparkdır. Bununla yanaşı OSTİM ölkənin 6 universiteti ilə əməkdaşlıq edir. 
OSTİM  ilə  ODTU  birləşməsi  gedir.  ODTU  layihələri  OSTİM-də 


Yüklə 2,65 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə