Western caspian



Yüklə 2,65 Mb.
Pdf görüntüsü
səhifə18/54
tarix08.09.2018
ölçüsü2,65 Mb.
#67209
1   ...   14   15   16   17   18   19   20   21   ...   54

 “Western Caspian” University                          № 3, 2017                             Scientific Bulletin 
 
45
 
 
kommersiyalaşdırılır. Bu gün OSTİM klaster siyasəti irəli sürür. Bölgədə olan 
əsas  6  klaster  götürülüb.  Bu  klasterlərə  daxil  olan  müəssisələr  ərazi  yerləş-
məsindən çıxırlar. Bu klasterlərə OSTİM-dən kənarda olan müəssisələr də daxil 
olur. Bu siyasət gələcəyə  yönəlib. Müəssisələrin rəqabət qabiliyyətini artırmaq 
üçün nəzərdə tutulur. Klasterlər halında dövlət ilə əlaqələndirmə koordinatorlar 
tərəfindən aparılır. 
Beləliklə,  OSTİM-in  siyasəti  dövlət,  müəssisə,  universitet,  sənaye  birliyi 
yaratmaqdır. Tələb və təklif öyrənilir, qarşı-qarşıya qoyulur, iş birliyi yaradılır 
[1, s.57]. 
İzmir  Texnoparkı  Türkiyənin  ən  böyük  texnoparklarından  biridir.  İzmir 
Yüksək  Texnologiya  İnstitutunun  Kampusunda  2002-ci  ildə  qurulub,  2004-cü 
ildə isə fəaliyyətə başlayıb. Nəqliyyat baxımından da yaxşı yerləşdirilib. Buraya 
daxil  olan  firmalar  əsasən  biotexnologiya,  elektronika,  avadanlıq  emalı,  mü-
dafiə,  enerji,  dizayn,  kimya,  telekommunikasiya,  nanotexnologiyalar,  avto-
matika, robot sistemlər, turizm və s. istiqamətlər üzrə formalaşmaqdadır. 
Ərazinin İYTE kimi beynəlxalq tədqiqat institutunda yer alması, buradakı 
firmalar  üçün  beynəlxalq  bir  tədqiqat-təkmilləşdirmə  mühiti  formalaşdırmaq-
dadır. Bir sıra universitetlərin bu bölgənin yaradılmasında rolu böyük olmuşdur. 
Bu universitetlərin də bölgənin qurucuları arasında olması firma və müəssisələr 
tərəfindən universitetin texniki və sosial imkanlardan istifadədə əlavə üstünlük 
yaradır. 
Burada  eyni  zamanda  ictimai  qurum  və  quruluşları  ilə  birlikdə  univer-
sitetin  şəxsi  heyətindən,  bölgə  əhəmiyyətli  yeri  olan  fəaliyyətlərdə  tədqiqatçı 
xidmətinə ehtiyac duyulanlar, işlədikləri iş yerinin icazəsi ilə davamlı və yaxud 
hissə-hissə  olaraq  işlədilə  bilirlər.  Eyni  zamanda  tədris  hissəsinin  işçiləri, 
universitetin  idarə  heyətinin  icazəsi  ilə  yerinə  yetirdikləri  tədqiqatların  nəticə-
lərini ticariləşdirmək üçün bu bölgələrdə şirkət qura və bu şirkətlərin idarə olun-
masında vəzifə tuta bilirlər. 
İzmir texnoparkının bir sıra üstün cəhətləri vardır: 
Bölgədə 6224 saylı Xarici Sərmayəni təşviq qanunu və əlaqəli məsələlər 
çərçivəsində  xarici  mənşəli  idarəedici  və  mütəxəssis  tədqiqat-təkmilləşdirmə 
heyəti işlədilə bilinməkdədir. 
Bölgədə yerləşən gəlir və mənfəət vergisi mükəlləflərinin, bölgə daxilində 
proqramlaşdırma və tədqiqat-təkmilləşdirmə fəaliyyətlərindən əldə etdikləri qa-
zancları 31.12.2023-cü il tarixinə qədər gəlir və mənfəət vergisindən azaddır. 
Bölgədə  fəaliyyət  göstərən  tədqiqatçı,  proqramçı  və  tədqiqat-təkmilləş-
dirmə  heyətinin  buradakı  vəzifələri ilə  bağlı gəlirləri də  yenə  hər  cür vergidən 
azaddır [5]. 
Eyni zamanda burada Texnoloji İnkişaf Bölgələri ilə bağlı qəbul olunmuş 
4691  saylı  qanuna  əsasən  göstərilən  müddətə  qədərki  vergi  güzəştləri,  əlavə 
tətbiq  edilən  dəstək  subyektlər  və  təşkilatlara  yalnız  bölgə  daxilindəki  fəaliy-
yətlər üçün keçərlidir. 


 “Western Caspian” University                          № 3, 2017                             Scientific Bulletin 
 
46
 
 
Bundan  başqa  burada  dövlətin  Tədqiqat  və  təkmilləşdirmə  Fəaliyyət-
lərinin  Dəstəklənməsi  Haqqında  Qanuna  əsasən  gəlir  vergisindən  azad  olan 
işçilərin fəaliyyətləri nəticəsində alacaqları əməkhaqqından müəssisə tərəfindən 
sığorta ödənişlərinin yarısı 5 il müddətinə Maliyyə Nazirliyi tərəfindən qarşıla-
nacaq. 
Bütün  bunlar  texnoparkın  fəaliyyətinə  müsbət  təsir  göstərir,  həm  də 
innovasiyalara yönəldilən investisiyanın artımını daha da münasib edir. 
İzmir  texnoparkının  idarə  heyətinə  universitet  və  iri  şirkətlərin  rəhbər 
vəzifəli  şəxsləri  daxildir.  Bu  isə  onun  fəaliyyətində  həm  universitet,  həm  də 
şirkətlərin maraqlarının təmsil olunması deməkdir. 
Türkiyə Respublikası texnoparkların inkişafı ilə bağlı bir sıra layihələrdə 
beynəlxalq əməkdaşlıq siyasətini həyata keçirir. Belə ki, bu çərçivədə İstanbul 
və  Berlin  texnoparkları  arasında  bərpa  olunan  enerji,  səhiyyə  və  nanotex-
nologiyalar kimi sahələrdə ortaq yeni tenologiyaların yaradılması planlaşdırılır. 
Bundan başqa İstanbul texnoparkında bir çox xarici şirkətlər, xüsusilə Almani-
yanın  telekommunikasiya  və  məişət  əşyalarının  istehsalı  ilə  məşğul  olan  şir-
kətləri iştirak etməkdə maraqlıdırlar. 
Türkiyədə universitet-sənaye işbirliyinin uğurlu inkişafında bir sıra böyük 
şirkətlərin  də  önəmli  rolu  olmuşdur.  Onlardan  biri  də  "Arçelik  A.Ş."-dir.  Bu 
şirkət  200-dən  çox  dissertasiyanın  hazırlanmasında  universitetdəki  akademik 
heyətlə  birlikdə  müsbət  rol  oynamış,  bunun  sayəsində  universitetdəki  biliyin, 
elmi-nəzəri  bazanın  tədqiqat-təkmilləşdirmə  fəaliyyətinə  cəlb  olunmasına  nail 
olmuşdur.  Burada  staj  dövründən  başlayaraq  uzunmüddətli  layihələr  yerinə 
yetirilmiş, dissertasiyasını Arçelik A.Ş-də tamamlayan 100-dən artıq mühəndis 
şirkət daxilində müxtəlif strukturlarda işlə təmin olunmuşdur. 
İstanbul  Texniki  Universitetinin  Maşınqayırma  və  Kimya-Metallurgiya 
fakültələri  nəzdində  Arçelik  dəstəkli  laboratoriyaların  qurulmasına  dəstək 
verilmişdir. Bu laboratoriyaların nəzdində Santez, TÜBİTAK işbirliyi layihələri 
yerinə  yetirilməkdə,  tələbələrin  işləyə  biləcəkləri  şəkildə  müxtəlif  təchizat  və 
təcrübə qurğuları qurulmaqdadır [6]. 
Yerli universitetlərlə yanaşı bu şirkət xarici universitetlərlə də əməkdaşlıq 
edir.  ABŞ,  Çin,  İngiltərə,  Almaniya,  Hollandiya  kimi  ölkələrdə  bir  çox  elmi-
tədqiqat  institutları  ilə  əməkdaşlıq  əlaqələri  yaradılmışdır.  Ölkə  daxilində  isə 
30-a yaxın yerli universitetlə əməkdaşlıq edilir. 
Şirkət  tədqiqat-təkmilləşdirmə  fəaliyyətlərini  yerli  və  beynəlxalq  uni-
versitetlərlə, təchizatçılarla, tədqiqatçı təşkilatlarla əməkdaşlıq şəraitində yerinə 
yetirməkdədir.  Nanotexnologiyalar,  qida  saxlama  texnologiyaları,  nəqliyyat  və 
logistika  şəbəkələrinin  yaxşılaşdırılması  və  s.  kimi  bir  sıra  sahələrdə  12  layi-
hədə iştirak edir. 
Bir sıra tədqiqatlarda Türkiyədə texnoparkların  yaradılması və fəaliyyəti 
ilə bağlı müəyyən çatışmazlıqlar da qeyd edilmişdir: 
-
 
Ölkənin  müxtəlif  bölgələrində  çoxlu  sayda  texnoparklar  yaradılsa  da, 


Yüklə 2,65 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə