Western caspian



Yüklə 2,65 Mb.
Pdf görüntüsü
səhifə14/54
tarix08.09.2018
ölçüsü2,65 Mb.
#67209
1   ...   10   11   12   13   14   15   16   17   ...   54

 “Western Caspian” University                          № 3, 2017                             Scientific Bulletin 
 
35
 
 
larla,  infrastruktur  dəstəyi  ilə  böyük  bir  tədqiqat-təkmilləşdirmə  və  innovasiya 
mərkəzi  mövqeyindədir.  Sofiya  Antipolisin  innovasiya  istehsalında  müxtəlif 
mədəniyyətlərdən, elm sahələrindən, ixtisaslardan payçıları bir yerə yığma mis-
siyası vardır [10]. 
Niderlandın  tədqiqat  və  araşdırma  işləri  ilə  bağlı  güzəşt  sisteminin 
unikallığı iki aspektdə təzahür edir. 
 
Birincisi, bu güzəşt tədqiqat və araşdırma işlərini həyata keçirən işçilərin əmək 
haqlarına tətbiq edilir. 
İkincisi,  bu  güzəştin  tətbiqi  nəticəsində  ənənəvi  olaraq  müəssisənin  mənfəət 
vergisinin  məbləği  yox,  əməkhaqqı  fondu  vergisinin  və  sığorta  ödəmələrinin 
məbləği aşağı düşür [4,s.69]. 
 
Niderlandda bu sahədə vergi güzəşti əldə etmək üçün bir sıra kriteriyalar 
qoyulur. Bu kriteriyalara aşağıdakılar aidddir: 
-
 
tədqiqat  və  təkmilləşdirmə  işlərini  müəssisələr  öz  hesablarına  yerinə 
yetirməlidirlər; 
-
 
tədqiqat  və  təkmilləşdirmə  işləri  sistemlik  xüsusiyyətinə  malik  olma-
lıdır; 
-
 
tədqiqat  və  təkmilləşdirmə  işləri  Niderland  ərazisində  yerinə  yetiril-
məlidir; 
-
 
tədqiqat və təkmilləşdirmə işləri birbaşa texniki və elmi tədqiqatlar, 
məhsullar, əməliyyatlar və proqram təminatlarının işlənilməsi ilə bağlı 
olmalıdır. 
Niderlandda tətbiq olunan güzəştin əsas xüsusiyyəti ondan ibarətdir ki, bu 
sahədə  fəaliyyət  göstərən  sahibkarın  işçilərin  əməkhaqqından  sosial  müdafiə 
fonduna  ayrılmalı  olan  vəsaiti  tədqiqat  və  təkmilləşdirmə  işləri  üzrə  əmək 
haqlarının  ilkin  90756  avrosundan  40%,  qalan  məbləğdən  isə  13%  azaltmaq 
hüququna malikdir. 
Tədqiqatlara  əsasən,  Niderlandda  tətbiq  olunan  vergi  güzəşt  sisteminin 
digər ölkələrdən aşağıdakı fərqli cəhətlərini müəyyən etmək olar: 
1.
 
Güzəştlər yalnız əmək haqlarına münasibətdədir. 
2.
 
Bu sistem mənfəətsiz müəssisələr üçün daha az çətinlik yaradır. 
3.
 
Ərizə  təqdim  etmiş  şirkətlərdə  planlaşdırılan  tədqiqat  və  araşdırma 
işləri texnoloji cəhətdən yeni olmalıdır. 
4.
 
Şirkətlər  ərizəni  müəyyən  olunmuş  müddətdən  əvvəl  təqdim  etməli-
dirlər [4, s.70]. 
İspaniya  2002-2008-ci  illər  aralığında  önəmli  cəhdlər  etmiş  və  tədqiqat-
təkmilləşdirmə  xərclərini  2002-ci  ildə  0.99%-dən  2008-ci  ildə  1,35%-ə  qədər 
artırmışdır. Ancaq maliyyə böhranının təsirli olduğu 2011-ci ildə tədqiqat-tək-
milləşdirmə  işlərinə  vəsait  qoyuluşunun  həcmi  1,33-ə  düşmüşdür  ki,  bu  da 
2008-ci ildəki 1,35%-dən aşağı göstəricidir [11]. 
Son dövrlərdə İspaniyada elmi-tədqiqat və təkmilləşdirmə sahəsində fəa-
liyyətlərin daha da inkişaf etdirilməsi və dövlətlə özəlsektor  arasında qarşılıqlı 


 “Western Caspian” University                          № 3, 2017                             Scientific Bulletin 
 
36
 
 
əməkdaşlığın inkişafı üçün bir sıra proqramlar hazırlanmışdır. Bu cür proqram-
ların əsas istiqaməti dövlətlə özəl sektor arasında əməkdaşlığın zəif olduğu sa-
hələrə yönəldilmişdir. Ölkədəki sənaye təşkilatları bu istiqamətdə əməkdaşlığın 
inkişafında maraqlı olduqları üçün universitetlərdə aparılan elmi-tədqiqat işləri-
nin  8%-ni  maliyyələşdirməkdədirlər.  Dövlətlə  özəl  sektor  arasında  əməkdaşlı-
ğın inkişafı istiqamətində yerinə yetirilən Milli Proqram bu əməkdaşlığın daha 
da inkişaf etdirilməsi üçün hazırlanmışdır. 
Bundan başqa İspaniyada kiçik ölçülü  müəssisələrin dəstəklənməsi üçün 
də müəyyən proqramlar yerinə yetirilməkdədir. İnno Empressa-Madrid proqra-
mı kiçik həcmli müəssisələrin və firmaların innovasiya mədəniyyətinin inkişaf 
etdirilməsi üçün dəstəyin verilməsini nəzərdə tutur. 
Bu istiqamət üzrə kiçik və orta ölçülü firmalara 12 ay müddətə qədər 100 
min avroya qədər dəstək verilməkdədir. Dəstək kiçik firmalar üçün cəmi xərclə-
rin 20%-lik, orta ölçülü firmalar üçün isə 50%-lik hissəsinə  verilməkdədir. Bu 
yardıma  bənzər  Valensiya  bölgəsində  də  bir  yardım  proqramı  mövcuddur.  Za-
man  və  dəstək  miqdarı  eyni  olmaqla  bərabər  qarşılanan  büdcə  kiçik  firmalar 
üçün 60-70% səviyyələrinə çatmaqdadır [10]. 
Ümumilikdə  AB  ölkələri  üzrə  baxılan  məqamlar  üzrə  aşağıdakıları  qeyd 
etmək olar: 
-
 
Texnoparkların  ərazi  üzrə  yerləşdirilməsində  ABŞ-da  olduğu  kimi 
kiçik şəhərlərin xüsusi çəkisi daha yüksəkdir
-
 
Əksər  ölkələrdə  texnoparkların  qurulmasında  dövlətin  rolu  böyükdür. 
Məsələn, İngiltərədə sərmayə qoyuluşlarının 60%-i, Almaniya, Fransa, 
Hollandiyada 75%-i, Belçikada isə demək olar ki 100%-i dövlət fondu 
tərəfindən edilməkdədir [5, s.46]; 
-
 
Ali  təhsilli  kadr  hazırlığının  praktiki  istiqamətinin  gücləndirilməsinə 
daha çox diqqət ayrılmaqdadır; 
-
 
Bir sıra ölkələrdə universitetləri və özəl sektorun əlaqələndirilməsində 
vasitəçilik  fəaliyyətində  ixtisaslaşmış  qurumların  rolunun  yüksək 
olması görülməkdədir; 
-
 
Universitetlər  əsasən  müəyyən  istiqamətlər  üzrə  ixtisaslaşmağa üstün-
lük verirlər
-
 
Universitetlərdə  kadr  hazırlığı  prosesi  həyata  keçirilərkən  və  elmi-
tədqiqatlar aparılarkən özəl sektorun tələblərinə diqqətlə yanaşılır. 
Məqalədə  təhlil  olunan  ölkələrin  xüsusiyyətlərini  nəzərə  alaraq  ölkəmiz 
üçün bir sıra təkliflər verə bilərik: 
1.
 
Universitetlərdə  Texnoloji  Transfer  Ofislərinin  (TTO)  qurulması  və 
səmərəli fəaliyyətinin təmin olunması; 
2.
 
Rəqabət  mühitinin  inkişafı  üçün  kiçik  və  orta  sahibkarlığa  texnoloji 
və innovasiya yönümlü dəstəyin göstərilməsi
3.
 
Ayrı-ayrı universitetlər üzrə üstün olduqları konkret ixtisas istiqamət-
lərin  müəyyənləşdirilməsi  və  bu  istiqamət  üzrə  sənaye  ilə  yaxından 
əməkdaşlıq qurulması; 


Yüklə 2,65 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə