Western caspian



Yüklə 2,65 Mb.
Pdf görüntüsü
səhifə11/54
tarix08.09.2018
ölçüsü2,65 Mb.
#67209
1   ...   7   8   9   10   11   12   13   14   ...   54

 “Western Caspian” University                          № 3, 2017                             Scientific Bulletin 
 
29
 
 
çirmək; 
-
 
kənardan  innovativ  texnologiyalardan  istifadə  edən  firmaları  bu  parklara 
cəlb etmək; 
-
 
məşğulluq,  istehsalın  inkişafı,  texnologiya  istehsalı  kimi  məsələlərdə 
regional inkişafa fayda vermək
-
 
milli və beynəlxalq iqtisadi  əlaqələrin inkişafına  müsbət şərait  yaratmaq. 
İngiltərədəki  yenilikçi  firmaların  dörddə  birinin  informasiyanı  universi-
tetlərdən  digər  dörddə  birinin  isə  dövlət  tədqiqat  mərkəzlərindən  və  ya 
dövlət qurumlarından əldə etdiyi məlumdur [12]. 
İngiltərədə  universitetlərin  əksəriyyətinin  özündə  texnologiya  transferi 
şöbələri  vardır.  Struktur  baxımından  bu  şöbələr  arasında  universitetlər  üzrə 
müəyyən fərqlər mövcuddur. Bir sıra universitetlərdə bu şöbələr konkret olaraq 
universitetin ayrıca bir bölməsi kimi, bəzilərində isə ortaqlıq formasında xidmət 
göstərməkdədir. Müəyyən qədər müstəqil olanları da vardır ancaq bunların sayı 
azdır. Ümumiyyətlə elmi tədqiqat sahəsindəki sisteminin xüsusiyyətlərinə görə 
İngiltərə  ABŞ-a  daha  çox  uyğun  gəlir  və  elmi  tədqiqat  sahəsindəki  xərclər  və 
əldə olunan gəlirlər baxımından fərqlənən ölkələrdəndir. 
İngiltərədə  iş  dünyası  ilə  dövlət,  universitet  elmi  tədqiqat  mərkəzləri 
arasındakı  əlaqələri  inkişaf  etdirmək  məqsədilə  bir  sıra  proqramlar  tətbiq 
edilməkdədir. 
Birgə  Tədqiqat  üçün  Lambert  mərkəzi:  Burada  müqavilə  modelləri  üzrə 
universitet-sənaye  əməkdaşlığı  üçün  istiqamətlər  təklif  edilir.  Həyata  keçiri-
ləcək  əqli  mülkiyyət  müqavilələri,  maliyyə  dəstəyi,  akademik  nəşrlərlə  bağlı 
məsələlərdə  internetdən  istifadə  imkanlarını  artıran  Lambert  Proqramı maliyyə 
dəstəyi göstərməməkdədir. 
İngiltərə  hökuməti,  mövcud  Texnologiya  və  İnnovasiya  Mərkəzlərinin 
yerini  tutacaq  qlobal  rəqabət  qabiliyyətliliyi  təmin  edəcək  Katapult  Mərkəz-
lərinin qurulmasına istiqamətlənmiş fəaliyyətə başlamışdır. Katapult Mərkəzləri 
bərpa olunan enerji,  yüksək  texnologiya  emalı,  kompleks  sistemlər,  fotonik  və 
sensor  sistemləri  kimi  İngiltərənin  nisbi  üstünlüyə  malik  olduğu  sahələrdə 
fəaliyyət göstərməkdə olub akademik potensial ilə iş dünyası arasında əməkdaş-
lığı  inkişaf  etdirmək  məqsədi  daşıyır.  Bu  mərkəzlə  iş  dünyasının  tələbləri 
istiqamətində, iqtisadiyyatın tələbləri əsasında, ölkədəki digər texnoloji transfer 
mərkəzləri ilə əlaqəli şəkildə fəaliyyət göstərməkdədirlər [11]. 
Kiçik  həcmli  müəssisələrə  investisiyaların  artırılması  çox  zaman  inves-
torlar  tərəfindən  riskli  hesab  olunur  və  bundan  çəkinirlər.  Bu  sahədə 
investorların  marağını  artırmaq  məqsədilə  investorlara  dəstək  üçün  yaradılmış 
108 milyon avro investisiya büdcəsi olan vençur kapitalı tresti vardır. 
Sayensvayz  Mütəxəssis  Mənbəyi  Mərkəzi:  Akademiklər,  dövlət  idarələri 
və  xalq  arasındakı  dialoqu  inkişaf  etdirəcək  layihələrin  maliyyələşdirilməsi 
məqsədi  ilə  qurulan  mərkəz  illik  2  milyon  850  min  avro  məbləğində  təminat 
göstərməkdədir [11]. 


 “Western Caspian” University                          № 3, 2017                             Scientific Bulletin 
 
30
 
 
200 milyon avroluq büdcə ilə qurulan Texnologiya Platformaları tədqiqat-
çılar ilə iş dünyası arasındakı əlaqəni gücləndirmək və əlaqələri sadələşdirmək 
məqsədi  ilə  xüsusilə  informasiya kommunikasiya texnologiyaları, nəqliyyat və 
səhiyyə  kimi  cəmiyyət  səviyyəsində  olan  problemləri  diqqət  mərkəzində  sax-
layan platformalardır. 
İngiltərə iqtisadiyatında kiçik və orta ölçülü müəssisələrin rolu çox böyük-
dür.  Bütün  iş  yerlərinin  99,9%-i  kiçik  və  orta  müəssisələr  olub  məşğulluğun 
58,8%-ni  təşkil  edir  və  illik  1,5  trilyon  funt  sterlinq  göstəriciyə  malikdir  [2, 
s.75]. 
Kiçik və orta müəssisələr müxtəlif qabiliyyətlərə ehtiyac duymaqdadır: 
-
 
işçi qüvvəsinin güncəl qabiliyyətlərlə təmin olunması; 
-
 
yeni bazarlara çıxış; 
-
 
işçinin məhsuldarlığının artırılması; 
-
 
liderlik qabiliyyətlərinin inkişaf etdirilməsi
-
 
yeni məhsul ixtirası və s. [3, s.25]. 
Universitet-Sənaye  İşbirliyi  məsələsində  İngiltərədə  müəyyən  şərtlər  qo-
yulmuşdur: 
-
 
universitet-sənaye işbirliyində yüksək mövqe qazanmaq üçün tədarük 
şəbəkəsi yaxşı təhlil olunmalıdır; 
-
 
istənilən  universitet  ən  yaxşı  olduğu  istiqamət  üzrə  əməkdaşlıq 
etməlidir; 
-
 
iş dünyasında tələb olunan qabiliyyətdəki gənclərin təhsili üçün dövlət 
staj proqramlarım dəstəkləyən tənzimləmə fəaliyyətini yerinə 
yetirməlidir. 
Burada əsas risk təşkil edən məqamlardan biri də vaxt sərf edilən fəaliy-
yətlər nəticəsində gözlənilən nəticələrin əldə olunmamasıdır. 
Kiçik  firmalarla  həyata  keçirilən  işbirliklərində  daha  intensiv  idarəetmə 
qabiliyətinə ehtiyac duyulur. İngiltərədə universitetlər dövlət tərəfindən subsidi-
yalaşdırıldığı  üçün  universitet-sənaye  işbirliyi  "cəmiyyətin  xeyrinə  fəaliyyət 
göstərməsi gözlənilən təbii işbirliyi” kimi qəbul edilir. 
Böyük Britaniya Krallığında 2000-ci ilə qədər qüvvədə olan qanunverici-
liyə  əsasən  şirkətlər  tədqiqat  və  araşdırma  işlərinə  xərclədiyi  məbləği  və  bu 
məqsədlə istifadə edilmək üçün alınan qurğuları və tikililərin dəyərini xərc kimi 
hesablamaqla vergi tutulan gəlirdən çıxa bilərdilər. 2000-ci ildən etibarən döv-
lət tərəfindən kiçik  və orta, 2002-ci  ildən etibarən  isə iri  istehsalat müəssisələ-
rinə əlavə vergi güzəştləri təqdim olundu. Buna əsasən kiçik müəssisələr əlavə 
tədqiqat  və  araşdırmalara  xərclədikləri  maliyyə  vəsaitinin  50  faizini,  orta 
müəssisələr 25 faizini, iri müəssisələr isə 30 faizini vergi tutulan gəlirlərindən 
çıxa bilərlər. Bu işlər həm ölkənin sərhədləri daxilində, həm də xaricdə aparıla 
bilər, lakin dövlət büdcəsi hesabına aparıla bilməz [4, s.71]. 
Dünyada  gedən  qloballaşma  prosesi  Almaniyanın  da  ali  təhsil  və  elmi 
sisteminə  ciddi  təsir  göstərmişdir.  Ali  təhsil  sistemində  qloballaşma  ilə  bağlı 


Yüklə 2,65 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə