Western caspian



Yüklə 2,65 Mb.
Pdf görüntüsü
səhifə8/54
tarix08.09.2018
ölçüsü2,65 Mb.
#67209
1   ...   4   5   6   7   8   9   10   11   ...   54

 “Western Caspian” University                          № 3, 2017                             Scientific Bulletin 
 
21
 
 
 
Cədvəl 1.  
2015 - 2017 Azərbaycanda "İşə Başlama" rahatlığı hərəkət göstəricisi 
 
Sub-indeks 
İl, 
Sıra 
2017 
İl, 
Sıra 
2016 
İl, 
Sıra 
2015 
Sıralamadakı 
Dəyişim 
2017-2016 
Sıralamadakı 
Dəyişim 
2016-2015 
Ümumi 
65 
63 
80 
2 
17 
Biznesə başlama 


12 


Tikinti icazələrinin alınması 
127 
114 
150 
13 
36 
Elektrik təchizatı 
105 
110 
159 

49 
Əmlakın qeydiyyatı 
22 
22 
10 

12 
Kredit təchizatı 
118 
109 
104 


Kiçik investorların maraqlarının  
qorunması 
32 
36 
51 

15 
Vergilərin ödənilməsi 
40 
34 
33 


Xarici ticarətin aparılması 
83 
94 
166 
11 
72 
Müqavilələrin 
icrasının 
təmini 
edilməsi 
44 
40 
31 


Resolving insolvency (rank) 
Müflisləşmə, ödəmə qabiliyyəti 
86 
84 
94 

10 
 
"Doing  Business  2016"  hesabatında  ondan  əvvəlki  hesabatla  müqayisədə 
"Tikinti  üçün  icazələrin  alınması",  "Elektrik  təchizatı  şəbəkələrinə  qoşulma", 
"Müqavilələrin  icrası"  və  "Əmlakın  qeydiyyatı"  göstəriciləri  üzrə  biznes 
mühitinin qiymətləndirilməsində zaman, xərc və prosedurlarla yanaşı, müvafiq 
olaraq tikintinin keyfiyyətinə nəzarət, elektrik təchizatının etibarlılığı, tariflərin 
şəffaflığı, məhkəmə proseslərinin keyfiyyəti və ərazi idarəetməsi üzrə indeksləri 
də  əlavə  edilməklə  qiymətləndirmə  metodologiyasında  dəyişikliklər  olunub. 
"Doing  Business  2017"  hesabatının  metodologiyasında  bir  sıra  dəyişikliklərin 
edilməsini planlaşdırır [«Doing Business 2017» hesabatında dəyişikliklər edilə-
cək: http://vergiler.az/art-view/4410/]. 
"Doing Business 2016" hesabatında Azərbaycanın mövqeyi öncəki 2015-ci 
illə müqayisədə 19 pillə irəliləyərək 189 ölkə arasında 80-ci yerdən 63-cü yerə 
yüksəlib.  Bunu  ölkədə  biznes  mühitinin  təkmilləşdirilməsi  istiqamətində  ölkə 
başçısının 2015-ci ildəki müvafiq Fərmanından doğan nəticə hesab etmək olar. 
Başqa  önəmli  bir  hüquqi  səbəb  də  Azərbaycan  Respublikası  Prezidentinin 
"Sahibkarlığın  inkişafı  ilə  bağlı  əlavə  tədbirlər  haqqında"  3  mart  2014-cü  il 
tarixli Fərmanı ilə verilmiş tapşırıqlara uyğun olaraq, sahibkarlıq subyektlərinin 
elektron qeydiyyatı, xarici ticarət əməliyyatlarının aparılması, daşınmaz əmlaka 
hüquqların  qeydiyyatı,  tikintiyə  icazələrin  verilməsi,  korporativ  idarəetmənin 
təkmilləşdirilməsi,  investorların  maraqlarının  qorunması  və  müflisləşmə  üzrə 


 “Western Caspian” University                          № 3, 2017                             Scientific Bulletin 
 
22
 
 
qanunvericiliyə müvafiq dəyişikliklərin edilməsidir. 
2008-ci  ildən  2016-cı  ilə  qədər  Dünya  Bankının  illik  reytinqində  Azər-
baycanda  biznesin  asanlığı  trendində  diqqət  edək  [Ease  of  Doing  Business  in 
Azerbaijan. 
https://tradingeconomics.com/azerbaijan/ease-of-doing-business

 
Şkala 3. 
 
 
 
Mənbə: https://tradingeconomics.com/azerbaijan/ease-of-doing-
business/forecast 
 
2008-2009-cu illər  38-ci  pillədə  qərarlaşan Azərbaycan,  ən  pis  göstəricini 
2012-ci  ildə  71-ci  sıraya  geriləyərək  göstərmişdir.  2016-cı  ildə  Azərbaycanın 
reytinqi  63-dən  2017-ci  ildə  65-ə  geriləmişdir.  Uzunmüddətli  perspektivdə, 
Azərbaycanda  biznesin  asanlığı  ekonometrik  modellərə  görə  2020-ci  ildə 
təxminən 69-cu pillədə qərarlaşacağı proqnozlaşdırılır. 
Nəticə 
Ölkənin iqtisadi inkişafının ən önəmli göstəricisi sahibkarlığın inkişafı və 
əlverişli  hüquqi  biznes  mühitinin  təmin  olunmasıdır.  Sadələşdirilmiş  lisenziya 
və  icazələr  sistemi  sağlam  biznes  mühitinin  inkişafına  böyük  təsir  göstərir. 
Ölkəmizdə  iqtisadi  siyasətin  prioritetlərindən  biri  biznes  mühitinin  inkişafı, 
iqtisadiyyata  sərmayə  qoyuluşunun  stimullaşdırılmasıdır.  Lisenziyalaşdırma 
sahəsində aparmış olduğum araşdırma göstərirdi ki, sahibkarlar hər hansı fəaliy-
yət  növü  ilə  məşğul  olmaq  istədikdə  bu  fəaliyyət  üçün  tələb  olunan  icazə 
xarakterli  sənədlərin  alınması  zamanı  mövcud  olan  prosedurlar,  tələb  olunan 
sənədlər,  nəzərdə  tutulmuş  ödənişlərin  məbləği,  həmin  icazə  xarakterli  sənəd-
lərin  verilməsi  və  qüvvədə  olma  müddətləri,  icazələrin  dayandırılması,  ləğv 
edilməsi,  dövlət  orqanları  və  sahibkarların  məsuliyyəti  barədə  məlumatların 
vahid  hüquqi  mənbədən  əldə  edilməsi  istiqamətində  çətinliklərlə  üzləşirdilər. 
Azərbaycan  Prezidentinin  yuxarıda  adı  keçən  məlum  Fərmanına  qədər 


 “Western Caspian” University                          № 3, 2017                             Scientific Bulletin 
 
23
 
 
ölkəmizdə  mövcud  icazə  və  lisenziya  sistemi  iqtisadiyyatın  inhisarlaşmasına 
xidmət  edirdi.  Bu  dəyişikliklə  ölkədə  investisiya  mühiti  hüquqi  olaraq 
nəzərəçarpan  dərəcədə  yaxşılaşmış,  vacib  qanunvericilik  və  institusional  baza-
nın əsası qoyulmuşdur. Lisenziya və icazələrin ixtisaslaşmış müstəqil qurumlar 
tərəfindən  verildiyi  dünya  təcrübəsindən  məlum  idi.  Azərbaycanda  da  belə  bir 
hal gerçəkləşmiş oldu. İcazələrin əksəriyyətinin əhatə dairəsi təyin olunmamışdı 
və ayrı-ayrı hallarda onların tətbiqi dövlət məmurlarının şəxsi qərarlarına əsas-
lanırdı. Belə vəziyyət, məmurların öz səlahiyyətlərindən sui-istifadə etmək üçün 
şərait  yaradırdı.  Bu  problemlərin  həll  olunması  biznes  mühitini  hüquqi  olaraq 
əhəmiyyətli dərəcədə yaxşılaşdırdı. Çoxlu sayda tənzimləyici qaydalar, mürək-
kəb lisenziya prosedurları və dövlətin rəsmi icazəsinin alınması üçün irəli sürü-
lən  labirint  tipli  tələblər  investor  və  sahibkar  hüquqlarının  baha  başa  gələn  və 
vaxt aparan pozuntularına gətirib çıxarırdı. Lisenziyaların alınması üçün mürək-
kəb  sənədləşdirmə  prosedurları  biznes  sahələrini  bürokratiya  labirintlərindən 
keçməyə  vadar  edirdi.  Hüquqi  sənədlərin  əldə  edilməsi  üçün  tələb  olunanlar 
ifrat  vaxt  və  məbləğin  xərclənməsinə  gətirib  çıxarırdı.  Lisenziyaların  sayının 
azaldılması ilə sahibkarların vaxt itkisinin qarşısı xeyli dərəcədə alındı və onlar 
əlavə  xərclərdən  azad  olundular.  (Ümumilikdə  lisenziyaların  sayı  40  %   azal-
dılıb. Əvvəl 59 fəaliyyət növü ilə məşğul olmaq üçün lisenziya alınması tələb 
olunurdusa, Fərmana əsasən lisenziyalaşdırılan fəaliyyət növlərinin sayı 37-dək 
azaldılıb.)  [http://www.1  news.az/az/iqtisadiyyat/20151222010922914.html 
22.12.2015]  Başqa  sözlə,  sahibkarların  bir  neçə  quruma  müraciət  etməmələri 
üçün lisenziyalaşdırma sahəsində vahid pəncərə sistemi yaradıldı. 
 
Ədəbiyyat: 
 
1.
 
Kənan Aslanlı, Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım 
Fondu (SBİİYF) İqtisadi Təşəbbüslərə Yardım (İTY) İctimai Birliyi 
"Lisenziyalaşdırma fəaliyyəti: Beynəlxalq təcrübə və Azərbaycan reallığı" 
2.
 
Famil Mirzəyev, ""Gömrük sistemində qeyri-tarif tənzimlənməsinin 
metodları və xüsusiyyətləri. Gömrük dəyəri və onun müəyyənləşdirilməsi 
metodları" PDF 
3.
 
Nazim Müzəffərli, İqtisadiyyatın Solluğu(Sağlığı) indeksi - 2015 
4.
 
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi rəsmi internet səhifəsi    
http://www.economy.gov.az 
5.
 
Azərbaycan 
Respublikası  Prezidentinin  rəsmi  internet  səhifəsi
 
http://www.president.az 
6.
 
Azərbaycan  Respublikası  Vergilər  Nazirliyinin  rəsmi  internet  səhifəsi 
http://www.taxes.gov.az 
7.
 
http://www.e-qanun.az 
8.
 
http://www.icazeler.gov.az/az/licenses/ 
9.
 
http://www.cesd.az/wp/economic-8.htm 


Yüklə 2,65 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə