Western caspian



Yüklə 2,65 Mb.
Pdf görüntüsü
səhifə12/54
tarix08.09.2018
ölçüsü2,65 Mb.
#67209
1   ...   8   9   10   11   12   13   14   15   ...   54

 “Western Caspian” University                          № 3, 2017                             Scientific Bulletin 
 
31
 
 
aparılan  islahatlar  bu  sistemi  beynəlxalq  standartların  tələblərinə  uyğunlaşdır-
mışdır. Burada əsasən diqqəti cəlb edən mühüm  məqamlara  ölkənin çoxpilləli 
ali təhsil sisteminin yaradılması, elmi-tədqiqatlara diqqətin artırılması və iqtisa-
diyyatın  ayrı-ayrı  sahələri  üzrə  strateji,  praktiki  əməkdaşlığın  güclənməsi  kimi 
məsələləri  aid  etmək  olar.  Bunun  nəticəsində  bu  gün  Almaniyanın  ali  təhsil 
sistemi özünün keyfiyyəti və hazırladığı yüksək ixtisaslı kadrlara görə dünyada 
öncül mövqe tuta bilmişdir. 
"Akademik  sərbəstlik”  prinsipini  əsas  götürən  bu  sistemdə  tələbələr  ixti-
saslarına uyğun keçiriləcək fənlərin siyahısını sərbəst müəyyən etmək imkanına 
malik  olurlar.  Semestrlər  mühazirə  və  mühazirədənkənar  hissələrə  bölünür. 
Bunun  əhəmiyyəti  ondan  ibarətdir  ki,  mühazirə  dövründə  nəzəri  biliklərə 
yiyələnməklə  yanaşı,  mühazirədənkənar  dövrdə  müstəqil  elmi  tədqiqatlarla 
məşğul  olmaq  imkanı  yaradır.  Bu  isə  Almaniyada  təlim  prosesi  ilə,  elmi-təd-
qiqatların qarşılıqlı əlaqəliliyinin daha da artırılmasına imkan verir. 
Ölkənin  ən  güclü  elmi-tədqiqat  potensialına  malik  universiteti  Reyn-
Vestfal  Ali  Texniki  Məktəbi  hesab  olunur.  Texniki  istiqamətli  universitetlər 
burada  əsasən  mühəndis  kadrlarının  hazırlanması  mərkəzləri  kimi  xüsusilə 
fərqlənirlər  və  əcnəbi  tələbələrin  bu  universitetlərə  marağı  xüsusilə  yüksəkdir. 
Almaniyada  1960-cı  illərin  sonlarından  başlayaraq  ixtisaslaşmış  universitetlər 
daha çox inkişaf etməyə başladı. Bu gün Almaniyada tələbələrin 30%-ə qədəri 
məhz  bu  cür  universitetlərdə  təhsil  alır.  Hansı  ki,  bu  universitetlərin  təsərrüfat 
müəssisələri ilə geniş əməkdaşlıq əlaqələri mövcuddur. 
Almaniyada  təxminən  200  ixtisaslaşdırılmış  universitetdə  elmi-tədqiqat 
işləri  yerinə  yetirilir.  Bu  elmi-tədqiqatların  əksəriyyəti  sənayenin  tələbləri 
əsasında yerinə yetirildiyi üçün təcrübi əhəmiyyətə malikdir. 
Almaniya  universitetləri  ("vahid  elmi  tədqiqatlar  və  tədris"  prinsipinə 
əsasən)  yalnız  ali  təhsil  müəssisəsi  deyil,  həmçinin  qabaqcıl  elmi  tədqiqatlar 
mərkəzidir.  Ölkə  daxilində  və  xaricində  alimlərlə  elmi  tədqiqat  müəssisələri 
arasındakı sıx  əməkdaşlıq bunun üçün geniş imkanlar  yaradır. Ali təhsil  mək-
təbləri  dövlətdən,  fondlardan  və  üçüncü  şəxslərdən  (elmi  tədqiqatların  sifa-
rişçilərindən) maliyyə vəsaitləri alır [1, s.132]. 
Almaniyada  yüksək  ixtisaslı  kadr  hazırlığı  və  bu  kadr  potensialından 
iqtisadiyyatda  istifadə  olunmasında  elmi  cəmiyyətlərin  rolu  xüsusilə  vurğulan-
malıdır.  Elmi  cəmiyyətlər  müəssisələr  ilə  əməkdaşlıq  etməklə  onların  fəaliy-
yətinin təkmilləşdirilməsində müsbət rola malikdirlər. 
Fraunqofer  adına  cəmiyyətin  institutları  isə  sənaye  ilə  sıx  əməkdaşlığa 
üstünlük verir. Cəmiyyətin 80-dən çox elmi tədqiqat müəssisəsi əsasən mühən-
dislik  elmləri  ilə  məşğuldur.  Cəmiyyətin  mütəxəssisləri  sifarişləri  əsasən  kiçik 
və orta müəssisələrdən aldıqları üçün laboratoriyalarla yanaşı, zavod sexlərində 
də  çalışırlar.  Cəmiyyətdəki  elmi  tədqiqat  işlərinin  illik  həcminin  dəyəri  1,5 
milyard avro təşkil edir [1, s.135]. 
Helmolts  adına  Cəmiyyətin  16  elmi  tədqiqat  mərkəzi  var.  Bunların  ara-


 “Western Caspian” University                          № 3, 2017                             Scientific Bulletin 
 
32
 
 
sında  Ağır  İonların  Öyrənilməsi  Cəmiyyəti,  Alman  Onkologiya  Mərkəzi,  Al-
man  Elektron  Sinxron  və  ya  Alfred  Vegener  adına  Qütb  və  Dəniz  Tədqiqatı 
institutlarının  adlarını  çəkmək  olar.  Bu  cəmiyyət  Almaniyanın  ən  iri  elmi 
təşkilatıdır.  İllik  büdcəsi  təxminən  2,8  milyard  avro  olan  cəmiyyətdə  28  min 
əməkdaş çalışır [1, s.134]. 
İnnovasiyaların inkişafında elmi tədqiqatların əhəmiyyəti olduqca böyük-
dür. Son nəticədə isə innovasiyalar iqtisadi inkişafı sürətləndirən başlıca amilə 
çevrilə  bilir.  Almaniya  hökuməti  bunları  nəzərə  alaraq  elmi  tədqiqatların 
dəstəklənməsi  üçün  məqsədyönlü  yardım  siyasəti  həyata  keçirir.  Bu  siyasətlə 
elmin və elmi tədqiqatların daha sistemli və sürətli formada inkişaf etdirilməsi 
nəzərdə  tutulur.  Bu  məqsədlə  son  bir  neçə  ildə  Alman  federal  höküməti 
tərəfindən  son  illər  ərzində  təhsilə  və  elmi  tədqiqata  ayrılan  xərclərin  böyük 
miqdarda artırılması nəzərdə tutulmuşdur. 
Almaniya  universitetlərinin  dəstəyi  ilə  xaricdə  tərəfdaş  müəssisələrlə 
birlikdə nümunəvi elmi tədqiqatlar və tədris mərkəzləri yaradılır. Bundan başqa
əcnəbi  tələbələrə  təqaüdlərin  verilməsi  üzrə  təkliflər  artır  və  dünyada  alman 
dilinin öyrənilməsi üçün yaxşı şərait yaradılır [1, s.136]. 
Almaniyada  təşkilati  texnoloji  transferlərin  həyata  keçirilməsini  həyata 
keçirəcək  vasitəçilərin,  xüsusilə  texnoloji  transfer  ofislərinin  yaradılmasına 
1980-ci  ildən  sonra  başlanılmışdır.  Almaniya  hökumətinin  2001-ci  ildə  baş-
latdığı  "İnformasiya  bazar  yaradır”  şüarı  altında  fəaliyyətinin  əhəmiyyətli 
nəticələrindən biri də ABŞ-dakı Bayh-Dole qanununa bənzər qanun layihəsinə 
bənzər  formada  qanunvericilikdə  dəyişiklik  edilməsi  oldu.  Bununla  da 
universitetlərdə  aparılan  elmi  araşdırmaların  əqli  mülkiyyət  hüququ  univer-
sitetlərə  verildi  və  tədris  üzvlərinin  həyata  keçirdikləri  elmi-tədqiqatlarla  bağlı 
universitet rəhbərliyini məlumatlandırma məcburiyyəti tətbiq edildi. 
Universitetlərdə  elmi-tədqiqatla  bağlı  fəaliyyətlərin  genişlənməsi  və 
demək  olar  ki,  hər  universitetdə  yaradılmağa  başlanılan  vasitəçi  qurumların 
fəaliyyətinin  daha  səmərəli  olması,  elmi-tədqiqatın  nəticələrinin  ticariləşmə 
mərhələsinə  dəstək  olunması  üçün  2002-ci  ildə  Patent  Ticarəti  Agentlikləri 
yaradılmışdır. 
Almaniyanın  hər  bir  əyalətində  belə  agentliklərdən  ən  azı  biri  olmaqla 
sayı  21-ə  çatmışdır.  Bu  agentliklər  əməkdaşlıq  halında  tədqiqat  nəticələrinin 
ticariləşdirilməsi üçün lazım olan bütün mərhələlərdə və əlaqəli bütün sahələrdə 
fəaliyyət  göstərməkdədirlər.  Bu  sistem  sayəsində  ixtiraların  sayında və  onların 
ticariləşmə səviyyəsində olduqca böyük bir artım əldə olunmuşdur. 
Bundan  başqa  Almaniya  Federal  İqtisadiyyat  və  Texnologiya  Nazirliyi 
tərəfindən  maliyyələşdirilən  200  elmi  təşkilat  ilə  100  min  tədqiqatçının  daxil 
olduğu texoloji əməkdaşlıq şəbəkəsinə 21 Patent Ticarəti Agentliyi də daxildir 
[4]. 
Almaniya  elmi-tədqiqatlara  ayrılan  vəsaitlərin  həcminə  görə  ABŞ  ilə 
müqayisə  olunacaq  bir  səviyyədədir.  Ölkədə  hazırda  250  universitet  fəaliyyət 


Yüklə 2,65 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə