Windows ƏS-nin təyinatı və əsas xüsusiyyətləri



Yüklə 105,82 Kb.
səhifə4/7
tarix19.12.2023
ölçüsü105,82 Kb.
#151085
1   2   3   4   5   6   7
istehsal amilləri

Sahibkarlıq fəaliyyəti də istehsal amilləri sırasına daxildir. Qərb ənənəsində sahibkarlıq nüfuzu o qədər yüksəkdir ki, onun fəaliyyətinə müstəsna amil kimi baxılır. Bütün dünyada getdikcə daha böyük əhəmiyyət kəsb edən sahibkarlıq fəaliyyəti istehsalın təşkilində xüsusi qabiliyyət, bazar konyukturasında düzgün istiqamət bacarığı, fərasət və ağıllı risk tələb edir. Sahibkarın başlıca sosial funksiyası gəlirli istehsalın təşkilinə nail olmaqdır. Bunun üçün sahibkarın özü kimi heç kim səmərəli axtarışlar aparmaq marağında ola bilməz.
Sahibkarlıq qabiliyyəti insan kapitalının xüsusi növüdür. Bu özünü ne'mət və xidmətlər yaratmaq məqsədilə bütün yerdə qalan istehsal amillərinin əlaqələndirilməsi və kombinələşdirilməsi sahəsindəki fəaliyyətdə fəaliyytdə göstərir. Bu insan resursunun fərqli spesifikası istehsal prosesində kommersiya əsasında yeni məhsul növləri istehsalını, texnologiyanı, müəyyən risk dərəcəsində biznesin təşkili formalarmı tətbiq etmək və zərərçəkmə imkanlarını anlamaq bacarığı və istəyindən ibarətdir. Sahibkarlıq fəaliyyəti öz miqyasına və dərəcəsinə görə yüksək ixtisaslı əmək məsrəflərinə bərabər tutulur.İstehsal prosesindəki funksiyasına görə istehsal amilləri fərqləndirilir. Belə isə onların təsnifatına yanaşma fərqləri nədədir?
Birincisi, marksizm ondan başlayır ki, istehsal amilləri iqtisadi kateqoriya kimi istehsalın sosial istiqamətini müəyyən edir. İstehsal prosinin başlanğıcı əsasında cəmiyyətin sinfi tərkibi və «ədalət» uğrunda siniflər mübarizəsinin 1abüdlüyü yaranır. Marjinalistlər isə ümumi amillərə texniki-iqtisadi ünsürlər kimi baxır ki, bunlarsız istehsal prosesi ağlasığmazdır.
İkincisi, marjinalistlər kapital dedikdə, əmək vasitələri və əşyalarını başa düşürlər, təbii şərait isə ayrıca fonda daxil edilir.
Marksistlər təbii şəraiti, əmək vasitələrini və əmək cisimlərini vahid maddi amildə birləşdirirlər. Əgər istehsalda xüsusi təbii şəraitdən söhbət gedirsə onda onların spesifikası renta vasitəsilə nəzərə alınır. Onların fikrincə, bu, iqtisad elminin xüsusi bəhsidir.

Yüklə 105,82 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə