Windows ƏS-nin təyinatı və əsas xüsusiyyətləri


İstehsal amillərinin optimal nisbəti və dövriyyəsini sürətləndirmək yolları



Yüklə 105,82 Kb.
səhifə6/7
tarix19.12.2023
ölçüsü105,82 Kb.
#151085
1   2   3   4   5   6   7
istehsal amilləri

3. İstehsal amillərinin optimal nisbəti və dövriyyəsini sürətləndirmək yolları

Təbiətdə olduğu kimi cəmiyyətin iqtisadi həyatı da müəyyən nisbətliyə əsaslanır. Məsələn, təkrar istehsalın ümumi iqtisadi, sahələrarası, sahədaxili, istehsaldaxili və ərazi kimi nisbətləri vardır. Bu nisbətlər şübhəsiz istehsal amilləri nisbətilə əlaqədardır. istehsal amilləri nəzəriyyəsi və amillər üzrə gəlirlərin formalaşması sifinin imkanları tam reallaşar. Eləcə də əksinə, işçi qüvvəsi tələb olunduğundan çox olarsa, onda adamların qabiliyyətindən natamam istifadə edilər; onların yaradıcı imkanlarının bir qismi müəyyən miqdarda istehlak dəyərlərində maddiləşməz. Nəticədə, xərclərin quruluşunda canlı əmək məsrəflərinin xüsusi çəkisi artar, məhsul vahidi isə baha başa gələr.
İnkişaf etmiş sivil ölkələrdə səmərəli təsərrüfatçılığa nail olmaq üçün istehsal amillərinin optimal nisbətini tə'min etmək problemi sahibkarlıq fəaliyyətinin diqqət mərkəzində durur. Bu problem cəmiyyətin iqtisadi həyatında getdikcə daha mühüm əhəmiyyət kəsb edir. Belə ki, istehsal amillərinin optimal nisbətdə sərfi nəticəsində onların imkanları daha çox və yüksək keyfiyyətli istehlak dəyərlərinə çevrilir, istehsalın səmərəliliyi yüksəlir.Bu problemin həllinə nail olunması respublikanın iqtisadiyyatını yüksəltmək baxımından çox vacibdir. Ölkəmiz hər cür istehsal resursları ilə çox zəngindir. Ölkəmizin mənafeyi və xalqın rifahının yüksəldilməsi onlardan səmərəli və optimal nisbətdə istifadə olunmasını təkidlə tələb edir.İstehsal prosesinin fasiləsizliyi, əslində istehsal amilləri sərfinin fasiləsizliyi deməkdir. Bu fasiləsizlik daimi və vaxtaşırı bir prosesdir. Məhz burada istehsal amillərinin dövriyyəsi özünü büruzə verir. Bu baxımdan K.Marksın kapitalın dövriyyəsinə verdiyi tərifi istehsal amillərinə də aid etmək olar: «Ayrıca bir əməliyyat kimi deyil, vaxtaşırı proses kimi müəyyən olunan kapital dövranına kapitalın dövriyyəsi deyilir». Kapital digər istehsal amillərindən ayrı-ayrılıqda dövr edə bilməz. Onda başqa istehsal amilləri də kapital ilə birlikdə dövr edir.Maddi nemətlər istehsalında istehsal amilləri bu və ya digər dərəcədə istehlak olunur. Belə ki, torpağın qida maddələri, əmək cisimləri və əmək bir istehlak tsiklində istehlak olunur, öz dəyərini yeni məhsulda maddiləşdirir; əmək vasitələri şəklində olan kapital isə öz dəyərini yaradılan məhsula hissə-hissə keçirir. Bu proses daimi surətdə təkrarlanır və amillərin dövriyyəsini göstərir.
İstehsal amillərinin dövriyyə sürətinin artması gəlirin həcmini artırır və onun istehsal prosesini sürətləndirir. Bu isə bazar rəqabəti şəraitində üstünlük qazanmağa imkan yaradır. Respublikamızda iqtisadiyyat tərəqqisi üçün mövcud istehsal amillərindən səmərəli istifadə olunması və onların dövriyyəsinin sürtləndirilməsi indi bazar iqtisadiyyatına keçildiyi şəraitdə həlledici əhəmiyyət kəsb edir. Buna milli sahibkarlığın yaranması inkişafı sayəsində nail omaq mümkündür.
Nəticə
İqtisadi münasibətlər məhsuldar qüvvələrlə də qarşılıqlı fəaliyyət göstərirlər. Belə ki, məhsuldar qüvvələr inkişaf etdikcə iqtisadi münasibətlərdə də onlara müvafiq olan təkmilləşmələr baş verir. Müvafiq təkmilləşmələrin baş verməməsi onlar arasında ziddiyyətlərin baş verməsinə səbəb olur. Bu ziddiyyətlər isə iqtisadiyyatda, o cümlədən cəmiyyətin ictimai həyatında müəyyən gərginliklərin baş verməsinə gətirib çıxarır. Bu qarşılıqlı əlaqə cəmiyyətin sadədən mürəkkəbə, aşağıdan yuxarı doğru inkişaf etməsinə səbəb olur. Məhsuldar qüvvələrin inkişaf səviyyəsinə iqtisadi münasibətlərin uyğunlaşması cəmiyyətin inkişafının ümumi iqtisadi qanunudur.

Yüklə 105,82 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə