Windows ƏS-nin təyinatı və əsas xüsusiyyətləri



Yüklə 105,82 Kb.
səhifə5/7
tarix19.12.2023
ölçüsü105,82 Kb.
#151085
1   2   3   4   5   6   7
istehsal amilləri

Üçüncüsü, əgər marjinalistlər sahibkarlıq fəaliyyətini istehsal amili bilirlərsə, marksistlər onu inkar edirlər.Bütünlüklə amilləri təsnifatındakı fərqlər təbii istehsalın təhlilinə əsasən sinfi yanaşmadan irəli gəlir.İstehsal amillərinin göstərilən təsnifatı ötəri deyil, həmişə mövcuddur. Postsənaye cəmiyyətinin iqtisadi nəzəriyyəsində istehsal amilləri informasiya amilinə və iqtisadi amillərə ayrılır. Onların hər ikisi müasir elmin nailiyyətlərilə sıx bağlıdır. Bu isə öz-özlüyündə də sərbəst amil kimi çıxış edir; yə'ni istehsalın səviyyəsinə, ixtisaslı işçi qüvvəsinin hazırlanması prosesinə və insan kapitalın imkanları səviyyəsinin yüksəlməsinə həlledici tə'sir göstərir. İndi elmi-texniki tərəqqi şəraitində informasiya, maşın, mexanizm, avadanlıq sistemində maddiləşən biliklərin, menecment və marketinq modellərinin sistemə salınmasını təmin edir.Müasir istehsalda onun ekoloji amili də böyük əhəmiyyət kəsb edir. Bu isə həm iqtisadi artımın stimulu, həm də istehsalın ziyanlı, qazlı, çirkli və s. olması ilə əlaqədar onun imkanlarını məhdudlaşdıran amil kimi çıxış edir.Amillərin təhlilinə yekun vuraraq qeyd edək ki, ne'mət və xidmətlər istehsalı yalnız bütün amilləri istehsal prosesinə tətbiq etdikdə mümkündür. Müəyyən əşya və ya xidmət istehsalı müəyyən amillər dəstini tələb edir. Onlardan başlıcası torpaq, əmək və kapitaldır. Onlar qarşılıqlı əlaqədə fəaliyyət göstərir və bir-bini tamamlayır. Məsələn, turbin hazırlanması üçün hüquqi qanuniləşdirilmiş müəyyən formada xüsusi istehsal tələb olunur. Bunun üçün torpaq sahəsi, istehsal binaları, tikililər, dəzgahlar, xammal, fəhlə əməyi şəklində kapital lazımdır. Onlardan birinin olmaması amillər sisteminin dağılmasına aparır və istehsal prosesini mümkün etmir.

§2. İstehsal amillərinin qarşılıqlı əvəz olunması imkanları və onun səmərəliliyi

Qeyd etmək lazımdır ki, amillər qarşılıqlı əvəz olunma mahiyyətinə malikdir. Bu isə məhsul müxtəlif istehlak xüsusiyyətlərinə səbəb olur. Nəticədə müxtəlif əlaqələndirilən müxtəlif amillərin və onların müxtəlif nisbətdə istifadəsi şəraitində istənilən məhsul və ya xidmətin istehsah mümkündür. Belə qarşılıqlı əvəz olunma və proporsional kəmiyyət dəyişikliyi müasir istehsal üçün xüsusilə tipikdir. Bu hal kimyəvi məhsulların hazırlanmasından başlamış yaşayış binalarının sənaye tikintisinədə xarakterik haldır.Amillərin qarşılıqlı əvəzlənməsi yalnız tələbatın spesifikliyi mə'mulatın konstruksiya xüsusiyyətləri ilə deyil, həm də başlıca olaraq bir tərəfdən resursların məhdudluğu və digər tərəfdə tonlardan səmərəli istifadə edilməsi zərurətindən irəli gəlir. Bu məqsədlə sahibkar elə istehsal texnologiyası seçir ki, onunla qıt və ya nisbətən baha islehsal amillərindən az miqdarda istifadə olunur. Məhz bu şəraitdə cəmiyyət boş torpaqların məhdudluğu üzündən yüksək binalar tikməyə, yarım keçiricilər, əvəzləyicilər, yanacağa qənaət edən müxtəlif maşın modelləri və s. hazırlamağa məcburdur.Beləliklə, sahibkarlıq zəruri istehsal xərclərinin azaldılması tələbinə əsaslanan, istehsal amillərindən müxtəlif kombinasiyada istifadə edilməsini nəzərdə tutur. Bu, bazar qiymətlərini və son məhsulun hazırlanmasına çəkilən məsrəfləri müqayisə etməklə hesablanır.Təsnifatından asılı olmayaraq bütün amillər son nəticə etibarilə məhsul hazırlanması üçün istifadə olunur. Fərz edək ki, ən sadə istehsalda bir məhsulun hazırlanması üçün bir amildən istifadə edilir.
Bu halda: M = S (A) olacaqdır.
Burada M - məhsul, S - istehsal funksiyası, A isə amildir.
Belə halda məhsul bir istehsal amililə zahir olur. Real həqiqətdə
isə istehsal prosesi daha mürəkkəb keçir, onun yekunu yə'ni
məhsul, bir çox amillərdən istifadənin nəticəsidir. İstehsal amillərindən istifadə edilməsində müxtəlif vəziyyətlərə də rast gəlinir ki, onları dörd yerə ayırmaq olar. Beləki,1-ci vəziyyətdə amillərdən istifadə olunmur; 2-ci vəziyyətdə onların imkanlarının yarısından istifadə olunur; 3-cü vəziyyətdə amillərdən optimal miqdarda məhsul istehsalı üçün istifadə olunur; 4-cü vəziyyətdə onlardan daha çox miqdarda məhsul hazırlanması üçün istifadə edilir. Əgər istehsalı amillərindən istifadə olunmursa, ona heç bir istehlak dəyərinin yaralmasmdan söhbət gedə bilməz. Bu halda həmin amillərdən istifadəsizlik üzündən həm onların istehsalına çəkilən xərclər çıxmır, həm də cəmiyyət bundan zərər çəkir. Məsələn, ölkədə torpaq sahələri əkilib-becərilmirsə, bir tərəfdən məhsul əldə edilmir, digər tərəfdən həmin amil şorlaşmaya uğrayır, dövriyyədən çıxır. Dedikərinizi başqa istehsal amillərinə də aid etmək olar.İstehsal amillərindən natamam istifadə edildikdə onların dəyəri istifadə olunma səviyyəsində reallaşır. Belə şəraitdə nəinki amillərin səmərəli əvəz olunmasına nail olmaq, həmçinin məhsul vahidinə çəkilən xərcləri azaltmaq imkanı aradan qalxır.Maddi nemətlər istehsalında istehsal amillərindən optimal miqdarda istifadə olunduqda onların səmərəli əvəzlənməsi imkanları yaranır. Bu zaman bazarın konyukturasına uyğun əmtəələr istehsalında ona nail olunur ki, həm məhsul vahidi ucuz başa gəlir, həm də onun keyfiyyət parametrləri yüksək olur. Belə vəziyyətdə əvəzlənmənin səmərəliliyi özünü göstərir. Bu hal müvəqqəti deyil, daimi prosesdir. Belə ki, elmi-texniki tərəqqi nailiyyətlərinin istehsala tətbiqinin sürətləndirilməsi istehsal amillərinin daha əmərəli əvəzlənməsi prosesini gücəndirir.Elə ki, istehsal amillərindən həddindən çox miqdarda istifadə etmək lüzumu meydana çıxır, onda həm onların daha optimal miqdarda sərfinə nail olmaq, həm də amillərin səmərəli əvəzlənməsini gücləndirmək zərurəti yaranır. Həmin zərurət reallaşanda əvəzlənən amillərə çəkilən xərclər yüksək səmərə verir, istehsalın miqyası getdikcə genişlənməyə başlayır. Bu, bazarda əmtəələrə, tələbin artmasından irəli gəlir. Lakin tələb və təklif arasında nisbət təklifin xeyrinə dəyişəndə də amillərin əvəzlənməsi işi öz əhəmiyyətini saxlayır, çünki amillərin əvəzlənməsi istehsal xərclərini aşağı salmağın və bazarda rəqabət tab gətirməyin yollarından biridir. Tələb və təklifi nəzərə almadan daha çox miqdarda məhsul istehsalına cəhd göstərilsə, satış çətinlikəri üzündən istehsalın müvazinəti pozulur və istehsal amili ehtiyatının: xammal, vadanlıq, alət və s. gah qıt olması, gah da ona əlavə tələbat yaranması ilə xarakterizə olunur.
Firmaların fəaliyyəti prosesində istehsal amillərindən müxtəlif kombinasiyalarda istifadə edilməsin çoxlu variantları nəzərdə tutulur. Bu kombinasiyalar elmi-texniki tərəqqidən və istehsal amili bazarının vəziyyətindən asılıdır. Elmi-texniki tərəqqi və texniki yeniliklər qarşılıqlı əvəz olunan yeni amillərin və yeni məhsulun təzahürünə gətirib çıxarır. Nəticədə müəyyən A amilinin köməyilə müəyyən M məhsulunu istehsal etmək imkanı artır. Bu imkandan istifadə sayəsində həm istehsal amili, həm də əlavə məhsulun məsrəfləri ödənilir. Bu zaman həmin əlavə məhsul ehtiyatı izafi məhsul adlanır. Onun istehsalı ilə istehsah daha da artırmaq mümkün olur. Buradan belə, nəticə çıxır ki, istehsal gəlirlərindən daha yaxşı istifadə edilməsi onun miqyasını gələcəkdə artırmağın, təkrar istehsalı genişləndirməyin şərtidir.
Beləliklə, istehsal amillərinin səmərəli birləşdirilməsi və əvəzlənməsi nəticəsində daha çox əmək məhsulları, maddi ne'mətlərin məcmusu yaradılır və məhsuldarlıq artır. Əldə edilən məhsulun həcmi və ya kütləsinin onun hazırlanmasına sərf edilən əməyə kəmiyyət nisbəti əmək məhsuldarlığını xarakterizə edir. Məhsuldarlıq göstəricisini bu şəkildə göstərmək olar.
Əmək məhsuldarlığı = M : T
Burada M - yaradılan məhsulun natural və ya pul ifadəsində kəmiyyəti; T - əmək məsrəfləridir; yə'ni müəyyən istehsalda sərf olunan adam-saatın miqdarı və ya çalışanların sayıdır. İstehsal amilləri müəyyən xüsusiyyətlərə malikdir və müəyyən qanunlara tabedir. Amillər bir-birini müəyyən həddə qədər əvəz edə bilər. Belə ki, maşınlar canlı əməyi istehsalda maksimum səmərə verə biləcək həddə qədər əvəz edir və əksinə. Amillərin məkanda yerini dəyişməsi, eləcə də onun əvəzolunma funksiyaları amillərin hərəkət qabiliyyəti, yəni cəmliyi adlanır.


Yüklə 105,82 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə