1 Hümayi rş e



Yüklə 7,73 Mb.
Pdf görüntüsü
səhifə157/181
tarix19.07.2018
ölçüsü7,73 Mb.
#57326
1   ...   153   154   155   156   157   158   159   160   ...   181

418     

H Ü M A Y İ - Ə R Ş



qəlblərinə günbəgün tariqin tozları cila və ziya verməkdədir. -Şükür və minnət 

Allahadır- Qaraqoyunlu və sair yerlərin xalisi-müxlisləri və mühriqləri kimi ki, 

qəhrimizi lütf və zəhərimizi saf bal və dərdimizi şəfa və cəfamızı səfa və sərt taşımızı 

qiymətli ləl bilib məcmusunu əziz canları kimi kinsiz qəlblərində hifz edərlər. -Allaha 

həmd və minnət olsun-. Xalis niyyət və xülusi-ixlaslarına binaən nə qədər nemətə nail 

olduqlarını Mövla və rəsulu-mövladan başqa bir kimsə bilməz. Bu təriqətin yolu ilə 

gedənlər sadiqanə ixlaslarına görə mükafat və ilahi ehsanatı axirət günü gördükdə 

“ah neyçün daha ziyadə ixlas yolunda olmadıq” deyə həsrət çəkərlər. .......(dörd kəlmə 

oxunmadı-müəllif) Uca Mövla həzrətlərinə məlumdur ki, bu xüsusda nəfsimi mədh 

eləyib meydana çıxarmadım. Allah göstərməsin, əgər xilaf söylərsəm firənglərdən 

betərəm. Bəlkə, söylədiklərim məhz iştiyaqlı məzkurların ixlası-xaslarının nə dərəcədə 

olmasını bəyan etmədə və təriqət bağlılarının seçkinlərindən olmalarında dəryadan 

bir qətrə, bəlkə, yarım qətrədən də azdır. Allahım, peyğəmbərlərin seyidinin hörmətinə 

bizi ixlaslılardan qıl. 

Nömrə 27


Vələdi-əzizim Qaimməqam Şükrü bəyəfəndiyə. 

Bəy həzrətləri,

Poslu Mahmud əfəndidən məktub gətirən müxlisanı-Bəhaiyyədən 

Sufi Məhəmməd nam -həmdüllahi vəl-minnəti- sıhhat və səlamət xəbəriniz 

ilə daiyi-müştaqanı məsrur və məmnun eylədi. Cənabı-Mövlayi-Mütəal 

məa sihhət və səlamət təcəlliyi-zatiyəsi ilə zümreyi-müştaqanı və ba-xüsus 

cənabı-iştiyaq-məabınızı məsrur və məmnun eyləyə. Amin bi-hörməti-

Seyyidil-aləmin. Əlimizdən nə gəlir xeyir duadan qeyri. Poslu Mahmud 

əfən diyə məlfufən irsal olan risalənin tərəfi-müşarün-ileyhə aləl-acələ irsa-

lına sərfi-himmət buyurmanız mütəmənnayi-dərvişanəmdir. 



Fi 15 səfərül-xeyr sənə 1301. 

Sadələşdirilmiş mətni:



Əziz oğlum Qaimməqam Şükrü Bəyəfəndiyə. 

Bəy həzrətləri,

Poslu Mahmud əfəndidən məktub gətirən Nəqşibəndiyyə müxlislərindən Sufi 

Məhəmməd adlı şəxs Allaha həmd və minnət olsun ki, səhhət və sağ-salamat xəbəriniz 

ilə müştaq duaçılarınızı məsud və məmnun eylədi. Cənabı-Mövlayi-Mütəal səhhət və 

salamatlıqla zati təcəllisi ilə aşiqlər zümrəsini və xüsusən iştiyaqlı cənabınızı səvinçli 

və məmnun eləsin. Aləmlərin seyidinin hörmətinə amin! Əlimizdən xeyir-duadan qeyri 

nə gəlir. Poslu Mahmud əfəndiyə məktubla göndərilən risalənin qeyd edilən şəxsə təcili 

olaraq göndərilməsinə himmət buyurmanızı dərvişanə təmənna edirəm.

15 səfərül-xeyr il. 1301. 

Nömrə 28


Həmşireyi-Mehribanım Hacı xanıma 

Həmşirəm xanım,

6 teşrini-sani sənə 99 tarixli məktubu-ixlas-nümayı-aliniz vasili-mü-

ta liəyi-dərvişanəm oldu məmnun və məsrur oldum. Cənabı-Mövlayi-

Mütəal vasili-məramı-dareyn eyləyə. Amin bi-hörməti-Seyyidil-mürsəlin 



H Ü M A Y İ - Ə R Ş

    419

bir ləhzə rabıtai-qəlbiyyə və əfkarı-ruhaniyyədən fariğ olmıyasın zira bu 

karı-bi-manəndiniz xatiri-dərvişanəmdə cay-gir olmanıza baisi-bi-adildir. 

Kənizqanı-şahən-nisa və həmşirəganı-təriqətialiyyə olan xanımlara təbliği-

səlam. 

Fi 11 kanunu-sani sənə 99.

Sadələşdirilmiş mətni:



Mehriban bacım Hacı Xanıma. 

Həmşirəm xanım 

6 təşrini-sani, 99-cu il tarixli uca ixlasınızı göstərən məktubunuz dərvişanə 

mütaliəmə vasil oldu. Məmnun və məsud oldum. Cənab uca Mövla hər iki dünyada 

arzunuza nail eləsin! Peyğəmbərlərin seyidinin hörmətinə, amin! Bir an da qəlbi 

rabitədən, ruhani fikirlərdən uzaq olmıyasan. Çünki bu bənzərsiz işiniz dərvişanə 

xatirəmdə qalmanıza baisdir. Qadınlar sultanının kənizləri və təriqəti-aliyyənin 

həmşirələri olan xanımlara salamımı çatdırın. 

11 kanunu-sani il 99. 

Nömrə 29 

Cənab Seyid Sədəddin əfəndiyə.

Hamili-məlfufə qəhrəman için Şimali mürur təzkərəsinə sərfi-himmət 

buyurmanız mütəmənnayi-dərvişanəmdir. Əd-dua vəs-səlam. 

Sadələşdirilmiş mətni:



Cənab Seyid Sədəddin əfəndiyə. 

Məktubu gətirən qəhrəman üçün şimala getmə vəsiqəsinə yardımcı olmanızı 

dərvişanə təmənna edirəm. Dua və salam olsun. 

Nömrə 30


Cənab Seyid Sədəddin əfəndiyə.

Cənabınız və sair əhbabların əlinizdən gəldiyi miqdarı mərdudun rəğ-

minə o bi-namusu bu karı-na-məquldan nə təriqlə olursa olsun keçirməniz 

lazımdır. Və ba-xüsus Sabri

233

 əfəndi həzrətləri iqdam etsə bu karın başa 



gəlməsinə şübhə yoxdur. Əgər bu işi başa gətirərsə kəndinə yarar xaneyi-

dildarımda bir yer qazanmış olur. Səy lazımdır. Əd-dua vəs-səlam. 

Sadələşdirilmiş mətni: 

Cənab Seyid Sədəddin əfəndiyə.



Cənabınız və sair əhbab əlinizdən gəldiyi qədər o rəddolunmuşa rəğmən o bina-

musu bu ağılsız işdən necə olur olsun vaz keçirməlisiniz. Və ələlxüsus Səbri əfəndi 

həzrətləri cəhd etsə, bu işin düzələcəyinə şübhə yoxdur. Əgər bu işi yerinə yetirərsə, 

kəndinə yarar xaneyi-dildarımda bir yer qazanmış olar. Səy lazımdır. Dua və salam 

olsun

233


  Zilədə üsyan əsnasında Rafət paşa tərəfindən asdırılan Mumcuzadə Sabri əfəndidir. 

Dünyada və o yağmagir dövrlərdə bu zat qədər məsum olaraq şəhid edilmiş heç bir 

kimsə yoxdur. 



Yüklə 7,73 Mb.

Dostları ilə paylaş:
1   ...   153   154   155   156   157   158   159   160   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə