428
H Ü M A Y İ - Ə R Ş
MƏZARLARA AİD BƏZİ MÜLAHİZƏLƏR
C
icimli kəndinin məzarlığı başlı-başına bir tarixdir. Böyüklərin
məzarları mövcud olduğu kimi məzar daşları üzərində bir çox
rəsmlər də vardır. Rəsmlər əksərən zireh, qalxan, pəhləvan,
əlində mizraq tutmuş bir süvari, kəsici alət və bəzi qoyun başlarından
ibarətdirsə də belə rəsmli məzar daşlarında yazı yoxdur. Fəqət, bu rəsm-
lərə görə bu cür məzarların çoxluğu nəzərə alınarsa vaxtilə buranın ol-
duqca möhkəm bir qala – bir hərbi mərkəz olduğu söylənilə bilər. Ən
çox rəsmlər hərb alətləri şəkilləridir. Makas (mıqraz) və qoyun başları
həkk olunmuş məzar daşları digərlərinə nisbətlə azdır. Bunlar arasında
yazısının gözəlliyi və məzar daşının forması ilə digərlərindən fərqlənən
bir məzar vardır. Müstəsna bir vəziyyətdə düzbucaq şəkilli olan “şəhid
məzarı” deyilməklə məşhur məzar daşının yazısı eynən köçürülmüş və
digər Həzrəti Pirin əcdadına aid məzarlar da ayrıca göstərilmişdir. Rəsmli
məzarların şəkli əksəriyyət etibarilə buradakı məzar daşlarına bənzər
olub içlərində tabuta oxşar uzun və üçbucaq şəklində də daşlar vardır.
Beş gündən artıq qalmamağım istədiyim kimi tədqiqat aparmağa imkan
vermədi. Mühüm olub dəftərə təsbit edilən qismlər ardıcıl olaraq aşağıda
bir-bir göstərilmişdir.
CİCİMLİDƏKİ MƏZAR DAŞLARININ
YAZILARI VƏ MÖVQELƏRİ
H
əzrəti Pirin möhtərəm babası Mir Heydər həzrətlərinin mü ba-
rək babası ariflər sultanı Mir Agabalı həzrətlərinin şərəfli qəbri
məzarlığın ortasına doğru Mir Heydər həzrətlərinin qəbri olan
hasarın qapısı bərabərində Həzrəti Pirin atası Rüknəddin, əmisi Mir Ağalar,
kürəkəni Mir Əbdülcabbar, əmisi oğlu Mir Mustafa, bacısı Gözəl xanımın
olduğu çevrənin şimal tərəfində yerləşmişdir. Baş daşında “Həzəl-mərhum
(bu mərhum) Şeyx Hacı Məhəmməd” ibarəsi həkk olunmuşdur. Və bundan
başqa heç bir yazı yoxdur.
Seyidül-əsfiya Mir Heydər həzrətlərinin mübarək qəbri, məzarlığın
olduğu yerin Bərgüşad tərəfinə baxan hasar içərisindədir. Bu hasar daşdan
hörülmüşdür. Başında böyük bir qoz ağacı vardır. Qəbrinin şəkli aşağıdakı
kimidir.
Mir Rüknəddin, Mir Ağalar, Mir Əbdülcabbar, Mir Mustafa, Gözəl
Xanım və Seyid Hüseynin uyuduqları yerlər, məzarlığın tam ortasına
düşür. Yarım metrə hündürlüyündə daşdan hörülmə divarla əhatə olun-
muşdur. Bu divar içərisində adı çəkilən zatların qəbirlərinin yeri şəkildə
göstərildiyi kimidir. Bu qəbirlərdə bir əlamət yoxdur. Üzərləri daş ilə də
qaldırılmışdır.
Şəhid qəbri adı ilə məşhur məzardaşındakı yazı, xətt və imlası ilə eynən
aşağıda göstərilmişdir. Bu məzara hörmət hissi bəslənilsə də kimdir, nəçidir,
H Ü M A Y İ - Ə R Ş
429
buna dair kimsədə qənaətbəxş bir məlumat yoxdur. Kənd əhli arasında adı
“şəhid məzarı” adı ilə məşhurdur. Məzardaşı mərmər düzbucaq şəkilli və
tək parça olub təqribən metrə yarım uzunluğu, 60-70 sm genişliyindədir.
Yazısı süls xətti ilədir. Bu xətt, həqiqətən, bir ustad əlindən çıxmışdır. Yazı-
larda indiyədək bir nöqsan görülməmişdir. Qəbrin yazısı:
ﻉﺎﺠﺷ ﻰﻟﺎﻌﺗ ﷲ ﺔﻤﺣﺭ ﻰﻟﺇ ﺪﻴﻬﺸﻟﺍ ﺪﻴﻌﺴﻟﺍ ﻮﻫ ﻭ ﺔﻨﺠﻟﺍ ﺽﺎﻳﺭ ﻦﻣ ﺔﺿﻭﺭ ﺮﺒﻘﻟﺍ ﺍﺬﻫ ﺐﺣﺎﺻ
ﺔﺌﻤﺘﺳ ﺓﺮﺸﻋ ﻪﺗﺎﻓﻭ ﻪﻌﺠﻀﻣ ﷲ ﺭﻮﻧ ﻲﻣﺪﻘﻤﻟﺍﺮﺷ ﺮﻴﻣﺃ ﻦﺑﺍ ﺦﻳﺎﺸﻣ ﺮﻴﻣﺃ ﻦﻳﺪﻟﺍ ﻭ ﺔﻟﻭﺪﻟﺍ
[Bu qəbrin sahibi cənnət bağçalarından bir bağça, Allah-taalanın rəhmətinə
qovuşmuş bəxtəvər şəhid, Əmirşir əl-Müqəddəminin oğlu, şeyxlərin əmiri Şücaəddin-
dir. Allah qəbrini nura qərq etsin, vəfatı altı yüz on].
İmla və ibarələrdə bəzi nöqsanlar olduğu nəzərə alınaraq ərəb dilinə
tam vaqif olan bir zat tərəfindən yazılmadığı anlaşılmaqdadır. Bu yazıya
əsasən şəhid, əmir olduğu və altıncı hicri əsrin adamlarından olduğu an-
laşılmaqda isə də indiyə qədər bu xüsusda apardığım araşdırmalarımda bu
zatın adına və ya bununla əlaqədar bir kimsəyə təsadüf etmədim və bu zat
haqqında arzu etdiyim mülahizənin ortaya çıxarılmasına imkan olmadı.
Bu yazılı daşı qaldırmaq və məzarın altındakının vəziyyətini görməyi çox
istədim isə də bu arzuma kimsə razılıq göstərmədiyindən təbii olaraq vaz
keçdim. Məzarın şəkli eynilə şəkildə görüldüyü kimidir.
ﺍﺬﻫ
ﺐﺣ
ﺎﺻ
ﺽﺎ
ﻳ
ﺽ
ﺽ
ﺽ
ﺽ
ﺭ ﻦﻣ
ﺔﺿﻭﺭ
ﺮﺒ
ﻘﻟﺍ
ﺪﻴﻌ
ﻌ
ﻌ
ﻌ
ﺴﻟ
ﺍ
ﻮﻫ
ﻭ
ﺔﻨﺠ
ﻟﺍ
ﷲ
ﺔ
ﷲ
ﷲ
ﷲ
ﻤﺣ
ﺭ
ﻰﻟ
ﺇ ﺪﻴﻬﺸ
ﻟﺍ
ﺔﻟ
ﻭ
ﺔﻟ
ﺔﻟ
ﺔﻟ
ﺪﻟﺍ
ﻉﺎ
ﺠﺷ
ﻰﻟ
ﺎﻌﺗ
ﺦ
ﺦ
ﺦﻳ
ﺎ
ﺦ
ﺸﻣ
ﺮﻴﻣ
ﺃ ﻦﻳ
ﺪﻟﺍ
ﻭ
ﻲﻣ
ﺪﻘﻤﻟ
ﺍﺮ
ﺷ
ﺮﻴﻣ
ﺃ
ﻦﺑ
ﺍ
ﻪﺗ
ﺎﻓﻭ
ﻪﻌﺠﻀﻣ
ﷲ
ﺭ
ﻮﻧ
ﺔﺌﻤﺘﺳ
ﺓﺮﺸﻋ
H Ü M A Y İ - Ə R Ş
431
TƏXMİSLƏR
Əbdüləziz Məcdi əfəndinin Seyid Nigari
həzrətlərinin qəzəlinə nəzirəsi
Bəxtin yox isə neməti-dünya ələ girməz,
Hökmünlə sənin hikməti-Mövla ələ girməz.
İstərsə Xuda qətrən olur bəhri-müəzzəm,
Kim der o zaman qətrədə dərya ələ girməz.
Hübbi-əzəli şöləsi doğmazsa könüldə,
Peymanə ilə nəşveyi-ülya ələ girməz.
Məşhudu-du didən dəxi olmuşsa əvalim
Zövqün yox isə sirri-hüveyda ələ girməz.
Dünya nə imiş anla bu əmvacı-vücudu
Yoxsa şərəfi-dövləti-üqba ələ girməz.
Çeşmindən axıtmazsan əgər çeşmi-niyazı,
Sər-çeşməyi-fəyyazı-müsəffa ələ girməz.
Eşq olmazsa zümzümeyi-qəlbinə məqrun,
Dil ahı ilə dilbəri-rəna ələ girməz.
İmdada ərişməzsə miftahı-məali,
Mətlubun olan həddi-müəmma ələ girməz.
Məcdi, nə yaman şair imiş Mir Nigari,
Əşarı gibi şeri-müəlla ələ girməz.
Amasiyalı Nəlmi təxəllüslü Təhsin əfəndinin
Seyid Nigari həzrətlərinin qəzəlinə təxmisi
238
Nə gəlir başa əcəb səngi-qəzadan qeyri,
Hökmi-təqdirə nə var əldə rizadan qeyri,
Edəməm bən yenə haqqında duadan qeyri,
“Sana bir söz deməzəm lütfi-Xudadan qeyri,
Etməsən də bana sən cövrü-cəfadan qeyri.”
Bu qədər cövrünü haqqımda inayət bilirəm,
Aşiqim bən dəmi-hicranı səadət bilirəm,
Sinəmə yarələri mərhəmü-rəhmət bilirəm,
Nə cəfalar edəsin canıma minnət bilirəm,
“Verməz ol kar bana zövqü-səfadan qeyri!
Qətlimə əmr edə fərmanımı şu qönçə fəmin,
Gül-izarındakı tərdən yaza qaşı qələmin,
Cövrə mail diyəməm hasili yoxdur sitəmin,
Sana bi-mehrü vəfadır deməzəm ki kərəmin,
Etməz, ey nuru-gözüm, mehrü vəfadan qeyri.
238
Yenə Əhməd Əmri xocanın qeydlərindən: