108
H Ü M A Y İ - Ə R Ş
İndi də zatına aid bəhsdən söz açaq. Ruhül-Qüdsün Məryəmə
üfürdüyü ruhun bir möhkəm nümunəsi olan bu zat, 1268-ci [m.1851/52]
il tarixində aliqədr atasının ana vətəni olan Cicimli kəndində dünyanın
bəzəkli beşiyinə qədəm basmışdır.
On yaşına qədər atasından ayrı böyümüşdür. Rusiyada [Qarabağda]
göstərilən şəkildə dərs görsə də çox ibtidai olduğunu qeyd etməyə lüzum
yoxdur. Salvartı yaylasında görüş vaqe olduğu zaman on yaşında idilər.
Ərzurumda olduğu üç ildə şəxsən atasından dərs görmüşdür.
Bəyaz çöhrəli, qara qaşlı, qara gözlü, gözəl üzlü, uzun boylu, nazik tənli
idi.
Vətənində ilk tənəffüs etdiyi hava aşiqlərin xoş nəfəsi idi. Bu hal
onda eşq mizacını təmin etmiş, ilahi istedadı sayəsində ali ruha sahib ola
bilmişdir.
Hələ kiçik yaşda ikən şeir yazmağa başlamış, həqiqətən də səhli-
mümtəni (təqlidi imkansız) deyilə biləcək lətif beytlər söyləmişdir. Dilavər
Allah aşiqləri arasında yetişən bu irfan əhlinin gözünün nuru, yazdığı
şeirləri dərviş və qələndəranə bir dil ilə icra etmişdir.
Nazlılığın bəxş etdiyi səadətin tərcümanı olan bu şeirlərində təqlidçilik
izi müşahidə və hiss edilmir. Yeni bir tərz yaratmış olması diqqətə alı na-
raq təqdirəlayiqdir. On səkkiz, on doqquz yaşlarında dərs oxutmağa baş-
lamışdır. “İzzi” oxudarkən bu kitaba məşhur əllamə Sədəddin Təftəzani
həzrətlərinin şərhlərini oxutmuşdur.
“Qəvaidul-İrab” da oxutmuşdur. Başqa tədris verdiyinə dair məlu-
mat hasil olmamışdır. Nasaz məşrəbi dönək olan fələk, xilqətin bu nadir
nümunəsi ilə demək olar ki, mücadiləyə girmişdir. On yaşına qədər
yetim kimi atasından ayrı yaşatmış, on il sonra fasiləli hicrətlər, təzəcə
istirahət edə biləcəyi bir sırada yatağa məhkum etmiş və bu mücadiləsi
nəticəsində bu mərifət bülbülünün gülüstani-həqiqətdə tərənnümünə
mane olmuş və təmin etdiyi qələbə sayəsində vaxtından əvvəl ilahi
yüksəkliyə qalxaraq işıqlı əbədiyyət bağçasına doğru yol almasına səbəb
olmuşdur. “Qəvaidul-İrab” oxudarkən bədbincəsinə, kədər səbəbilə
olduğu anlaşılan:
Ey bəla bəzmində sərgərdan olan divanə dil,
Tiği-Əzrailə ver başın, bu qəmlərdən kəsil-
beytlərini kitabın baş tərəfində öz əlilə yazmışdır.
Zamanında aşiqlər məclisinə gedib-gələr və ən çox mülatəfə (qarşılıqlı
surətdə məzəli şeirlər söyləmə) və müşaərə (qarşılıqlı şeirləşmə) xoşu gəlir-
miş. Beytləşməyə çox marağı varmış. Ən çox Qarabaği Sədəddin əfəndidən
həzz alarmış. Bir də Maraşlı İbrahim əfəndi adlı bir zatın oğlu varmış ki,
şeirlərində “Kəmali” deyə təxəllüs edərmiş. Bu Kəmali ilə də şeirləşməsi
varmış.
Bədbəxtlikdən, Kəmali də hər necə olmuşsa, yataq xəstəsi olmuş və Sirac
əfəndidən dörd gün əvvəl vəfat etmişdir. Bu da aşiq təbiətli bir gənc imiş.
Mərhumun vəfatını Sirac əfəndidən gizləmişlər. Xəstəliyi zamanında hər
gün Kəmalini soruşarmış. Kəmalinin vəfatı günü Kəmaliyə nə olduğunu və
gedib halını öyrənərək ona xəbər gətirilməsini dəfələrlə rica etmiş.
H Ü M A Y İ - Ə R Ş
109
Guya Kəmalinin yanına
gedib-gələn zat salam söy lə di-
yini və sağalmağına az qaldığı-
nı söylə
miş. Cavabında “Ah”
de məkdən başqa bir şey söy-
ləməməsi hüznlü olduğu qə-
dər mənalı olmuşdur.
Kəmali vəfatından iki gün
əvvəl söylədiyi:
Səba, var yarə söylə öldüyüm,
haqqın həlal etsin,
Şəhidi-tiği-eşqi olduğum
duy sun, məlal etsin-
beytini Sirac əfəndiyə göndər-
miş, Sirac əfəndi də buna ca-
vab yazacağını söyləmiş isə də
yaza bilməmişdir.
Kəmali vəfatı anlarında
dü çar olduğu bayğınlıqdan bir
az ayılmış və:
Məzarım Qurdboğana qazdılar, uğrar deyə yarı,
Hacı Həmzə əfəndi qıldırdı namazım ətqiyadarı.
Ağacdan ata mindim, guyiya ali Sinankarı,
Görüncə qəbrimi tərk eylədim bil-cümlə əfkarı-
demiş və ardınca üstün gələn bayğınlıqdan ayıla bilməyib Allahın rəhmətinə
qovuşmuşdur.
Kəmalinin vəfatından çox əvvəlcə Sirac əfəndini hökmü altına salan
xəstəlik getdikcə şiddətlənmiş və bu günlərdə Sirac əfəndidə kədərli,
ümidsiz hallar müşahidə edilməyə başlamışdır.
Ali-gövhər atası yanına gəlir, kədərləndiyi görünürmüş. Sirac qəlbinin
sönməyinə şahid olan bu həqiqət günəşi bir dəfə bir dənəcik dürdanəsinə
təsəlli verər ümidilə yaxşılaşacağına dair bir yuxu gördüyünü və yaxında
sağalacağını, səbirli, dözümlü, qəzaya razı olmasını tövsiyə etdiyində “Ey
mənim şəfqət və mərhəmətin yeganə mücəssəmi olan atam, nə olar ki, yu-
xunu nəql etsən, mən də eşidərək təsəlli tapsam” deyə etdiyi xahişə dözə
bilməyən nurlu bahadır pir yuxunu aşağıdakı şəkildə nəql etməyə baş la-
mışdır.
Yuxu
Səhərə yaxın idi. Ariflərdən üç müqəddəs zat yanıma gəldi. Sənin
sağalmağın üçün dua etmələrini xahiş etdim. Yaxında səhhət tapacağını
müjdələdilər. Artıq bu müjdə qarşısında rahat olmanız lazımdır, deyə
yuxunu nəql etdiyində Sirac əfəndi sükut içində dinləməkdə olduğu röya-
nın bitməsilə: “Vaqe halı eynən hekayə etdiyinizə şübhə yoxdur. Ancaq
Siracəddinin vətəni
Qarabağdan təbiət mənzərəsi
Bir mevzii-xoş fərah-fəzadır,
Dünyaya behişt desəm, səzadır.
Cənnət gibi hər məhəllidir bağ,
Hər bir tərəfindən bağ u irmağ