110
H Ü M A Y İ - Ə R Ş
ricanıza xitabən o zatlara başçılıq edən zat
ﻢﻳِﺮَﻛ ٍﺮْﺟَﺃَﻭ ٍﺓَﺮِﻔْﻐَﻤِﺑ ُﻩْﺮﱢﺸَﺒَﻓ
[Onu bir
bağışlanma və gözəl bir mükafatla müjdələ] (Yasin:11) dedi, çünki o röyanı
eynən müşahidə və aranızda cərəyan edən söhbəti də başdan-ayağa eşit-
dim” demiş.
Atasının nəql etdiyi bir yuxunu bu tərzdə ifadə etməsi müşarün-ileyh
həzrətlərinin heyrət və kədərinə səbəb olmuş. Və qəm içində dəhşətlə:
Fikr eylə ki, yetməzmi sənə sureyi-Yusuf,
Səbr eylə, yetər dadına səbr, etmə təəssüf-
deyə bir həzin tövr ilə bu beyti oxumağa başlamışdır. Gözlərindən ixtiyarsız
yaş axmaqda imiş. O gün axşama qədər həm bu beytləri oxumuş, həm də
aşağı-yuxarı oturmadan dolaşmışdır.
Bu hal çox təbii idi, çünki iyirmi iki illik irfan məhsulu anlaşılmadan
xəzana üz tutur. Hər tərəfdən ümid qapıları qapanmış, nə yerini tuta
biləcək bir digəri, nə də təsəlliyə səbəb ola biləcək digər bir ümid var. Fələk
cəfa etmək üçün bütün səbəbləri toplamış gəlmiş, buna müqabil də heç bir
vasitə təmin edilməmişdir.
Mübarəkin göz yaşları yanındakıları da ağlamağa sövq edir. İllərdir
sinəsində yetişdirdiyi gül qönçəsinin solmaqda olduğunu görən anası da
gözlərindən qanlı yaşlar axıdırdı. Evin içərisini bir fəlakət kabusu bürümüş,
bir beytül-həzən (qəm evi) halına gəlmişdir.
Nə faydası var ki.
Yuxu məsələsindən sonra hər kəs üzərində elə təsir qalmışdı ki, xəstəyə
əziyyət etməmək üçün özünü tutmağa çalışan kimsə daha çox məclis əhlini
kədərləndirməyə səbəb olurdu. Bu hal Sirac əfəndini də başqa cür iztirabı
altına alaraq kədərini üzə vurmağa məcbur etmişdi. Gah sükunət geri
dönər kimi olur. Lakin birisinin hüznü yenilənir və bir-birini təsəlli etməyə
çalışanların biri birinə təsəlli vermələri kədərin gücünü artırırdı. Sanki
zəmin və asimanda təcəlli tapan qüdrət cövhəri hər şeyi qəm-kədərə qərq
etmiş və bu məclisə saçmışdı. Bu sıralarda Sirac əfəndi dərin bir hərarətdə
olduğundan anasından su istədi. Anası dərhal suyu verdi. Bir-iki qurtum
sudan sonra dərin bir yuxuya dalar kimi olmuşdu. Halbuki, davam etmədi.
Fasilələrlə su istəməyə başladı. Bu hal hər kəsi əndişəyə sövq edir və hər
cür çarələrə baş vurulurdu, heyhat. Üç gün bu tərzdə davam etdi.
Bəşəri ehtiyaclar hər kəs üçün unudulmuş, ancaq dini fərizələr ifa
edilirdi. Və bu zaman da itaətkarcasına Vahidin dərgahından Sirac əfəndiyə
səhhət və afiyət tələb olunurdu. Üçüncü günü axşamı Sirac əfəndinin
yenidən zəif dodaqları arasından bir şeylər söyləməkdə olduğu anlaşıldı.
Biçarə anası dərhal qulaqlarını yavaşca ağzına yaxınlaşdıraraq şəfqətlə
nə demək istədiyini soruşdu, “Gilas” dediyini eşitdi. Mövsüm etibarilə
tapılmayan bu meyvə üçün “İndi tapıb gətirərik” kimi sözlər, vədlər verən
oldusa da mümkünmü? Belə vədlər arasında ikən təkrar bayıldığı görüldü.
Artıq gözləri açılmır, köksü qabarır, qəlbin döyüntüsü şiddətlənir, siması
rəngdən-rəngə düşürdü. Bütün bu hallar ümidləri qırırdı.
H Ü M A Y İ - Ə R Ş
111
Hansı səbəblərdən olduğu anlaşılmayan bir hal ilə eşidilir bir tərzdə
atasının ﻩُﺮ
ْﻣَﺃ ﺎَﻤﱠﻧِﺇ (Yasin: 82) deyib davamını oxumağa macal tapmadan Sirac
əfəndidən bir uğultu zühur etdi. Bu uğultu mələkut bağının bülbü lü-
nün belə həsəd apardığı bu atanın sözünü saxlatdı. Və müdhiş bir təəs-
sür əlamətləri üzündə görünməyə başladı. Bir ara sakitcə sorğu-sual
yerinə dərin bir sükut hakim oldu. Möhtəşəm otaqda müdhiş bir həyə can
meydana gəldi. Dodaqlar tərpənmir, gözlər bir nöqtəyə zillənmiş, üzlər
solmuş, hər kəs məhşər məqamında öz dərdinə çarə axtaran bir vəziy-
yət də, öz halından məyus, şəfaətçisi olmadan, dayaqsız, günahkar bir
qövmün bir xəbəri gözləməsi kimi qəm içində bir halla Siracın ağzından
eşidilən uğultudan bir məna axtarırdı. Bəli, bir şeylər fısıldayırdı, fəqət
anlaşılmırdı. Hər kəsdə bir anlamaq arzusu oyanmışdı.
Anası baş ucunda yavaş yavaş “Balam, nə istəyirsən?”, deyə soruşan kimi
olur, gizlədə bilmədiyi göz yaşları övladının alnına düşdükcə yavaşca əlilə silirdi.
Anlamaq mümkün olmayınca içəridə qaynamaqda olan duyğular,
həyəcanlar, vəlvələlər, fəryad, fəğanlar birdənbirə sükutu pozdu. Canalıcı
hisslər arasında atası göz yaşları ilə qarışıq boğuq bir səs ilə
َﺩﺍَﺭَﺃ ﺍَﺫِﺇ ُﻩُﺮْﻣَﺃ ﺎَﻤﱠﻧِﺇ
ُﻥﻮُﻜَﻴَﻓ ْﻦُﻛ ُﻪَﻟ َﻝﻮُﻘَﻳ
ْﻥَﺃ ﺎًﺌْﻴَﺷ
[
Bir şeyi (yaratmaq) istədiyi zaman (Allahın) buyurduğu ona
ancaq: “Ol!” deməkdir. O da dərhal olar]
(Yasin: 6) müqəddəs ayəsini oxudu.
Sanki qeybdən biri bu ayələri dilində məcburən axıdırdı.
Bu ayəni eşitdiyi və idrak etdiyi çox böyük ehtimal olan Sirac əfəndi
bütün adamlar qarşısında
َﻥﻮُﻌَﺟ ْﺮُﺗ ِﻪْﻴَﻟِﺇَﻭ ٍءْﻲَﺷ ﱢﻞُﻛ ُﺕﻮُﻜَﻠَﻣ ِﻩِﺪَﻴِﺑ ﻱِﺬﱠﻟﺍ َﻥﺎَﺤْﺒُﺴَﻓ
[Hər
şeyin hökmü (ixtiyarı) əlində olan (Allah) pakdır, müqəddəsdir. Siz də (qiyamət
günü dirilib) Onun hüzuruna qaytarılacaqsınız!]
(Yasin: 83) deyə aydın bir
surətdə tamamlayaraq “ircii” (dön) əmrinə “ləbbeyk” çəkdi. Siracın dilinin
sönməsindən qafil olan anası bir müddət sabit və məcnunanə bir nəzərlə
üzünə baxdı. Cilalı kimi parlaq və donuq alnına əlini yavaşca uzadaraq son
dəfə oxşadı və səslənərək “balam” deyə xitab etdi. Çünki ayəni oxumaq
kimi bir qeyri-adiliyi görüncə yenə düşdüyü bayğınlıqdan bir az ayılır
oldu ğunu zənn etmişdi. Fəqət o hərəkətsiz əbədiyyət yuxusuna çoxdan
dalmışdı. Fəqət bunu ana qəlbi heç cür qəbul edə bilmir və oğlunun
önündə öləcəyini zənn edirdi. Həyat əsəri görmədikdə, digərlərinin vavey-
lası artdıqca qənaəti sarsılan bu ana Firdovsinin:
ﺪﻨﮑﻓﺮﺑ ﺮﺳ ﻪﺑ ﻩﺮﻴﺗ کﺎﺧ ﻪﻤﻫ
ﺪﻨﮐ ﺖﺷﻮﮔ ﺩﻮﺧ یﻭﺯﺎﺑ ﺯ ﻥﺍﺪﻧﺩ ﻪﺑ
[Başına qara torpaq saçdı,
dişlərilə qolunun ətini qopartdı.
ﺪﻨﮑﻓﺮﺑ ﺮﺳ ﻪﺑ ﺖﺧﻭﺮﻓ ﺮﺑ ﻭ ﺶﺗﺁ
ﺖﺧﻮﺴﺑ ﺶﺗﺁ ﻪﺑ ﻦﻴﮑﺸﻣ یﻮﻣ ﻪﻤﻫ
Bir yandan başına atəş töküb o müşk qoxulu qara saçlarını
yandırarkən, digər tərəfdən də:
ﻥﻮﻨﮐ ﺭﺩﺎﻣ ﻥﺎﺟ یﺎﮐ ﺖﻔﮔ ﯽﻤﻫ
ﻥﻮﺧ ﻪﺑ ﻭ کﺎﺧ ﻪﺑ ﻪﺘﺷﺮﺳ ﯽﻳﺎﺠﮐ