2915-“ İ a şə m ə hsullar


) Mayalı xəmirdən hazırlanan məmulatların tərtibə salınması və



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə44/62
tarix08.06.2022
ölçüsü0,76 Mb.
#89055
1   ...   40   41   42   43   44   45   46   47   ...   62
Lal-miraslanova-a-m-hsull.-tex

3) Mayalı xəmirdən hazırlanan məmulatların tərtibə salınması və 
bişirilməsi. 
Pirojki. 
Burada hazır xəmir girdə kökə şəklində kündələnir və ortasına qiymə 
qoyulub kənarları birləşdirilərək düzbucaq formasına salınır. Sonra pirojki bir-
birindən 3-4 sm aralı olaraq dibinə yağ sürtülmüş qənnadı vərəqinə düzülüb üstünə 
lyezon sürtülür. Kökə qalxdıqdan sonra 250-280 dərəcə temperaturda bişirilir. 
Kəsmikli vatruşka. 
Burada hazır xəmir girdə bulka şəklinə salınır və bir-
birindən 3-4 sm aralı olaraq dibinə yağ sürtülmüş qənnadı vərəqinə düzülür. Həmin 
bulkaların mərkəzində ağac dəstəklə oyuq açılır və bura kəsmik qoyulur. Hazır 
vatruşka qalxsın deyə. 25 dəqiqə isti yerə qoyulur və bundan sonra üstünə lyezon 
sürtülüb 250-280 dərəcə temperaturda bişirilir. Vatruşka habelə povidla yaxud 
riçal ilə də hazırlana bilər. 
Ponçik. 
Burada yağlı xəmir girdə kökələr şəklində kündələnir, ortasına 
mürəbbə yaxud povidla qoyulur, kənarları birləşdirilib yapışdırılır və məmulat 
kürəcik formasına salınır. 
Sonra ponçik, içinə un səpilmiş taxta tabağa düzülüb, qalxsın deyə 25-30 
dəqiqə isti yerdə saxlanır və bol yağ içində qovrulur. 
Hazır ponçik üzərinə şəkər yaxud şəkər pudrası səpilir. 
4) Mayasız xəmirin hazırlanma texnologiyası. 
Mayasız xəmirin tərkibinə un, yumurta, yağ, qənd, süd və su daxil olur, bəzi 
xəmir növlərinin yumşaldılması üçün içinə ammonium-karbonat yaxud soda 
bikarbonat vurulur. 
Yağlı şit xəmir: 
tərkibinə əla yaxud 1-ci sort buğda unu, kərə yağı, yumurta, 
qənd, duz, təzə xama və süd yaxud su daxil olur. Burada təzə xamanın içinə süd 
yaxud su, yumurta, qənd, duz, əzilmiş kərə yağı və soda qatılıb hamısı birlikdə 
qarışdırılır. Sonra bunun içinə un vurulub xəmir yoğrulur. Burada xəmirin 
yoğrulması məsləhət görülmür, çünki onda xəmirin konsistensiyası pisləşir. Hazır 
yağlı xəmirdən, mayalı xəmirdən olduğu kimi kulebyaka, pirojki və sair məmulat 
bişirilir. 


69
Yağlı xəmir 180-240 dərəcə temperaturda bişirilir.
Hər 1 kq xəmir üçün burada təxminən aşağıdakı miqdarda məhsul götürülür.
birinci variant: 
570 q buğda unu, 135 q kərə yağı, 70 q xama, 85 q yumurta, 
20 q şəkər, 10 q duz, 135 q su götürülür. 
ikinci variant: 
600 q buğda unu, 70 q kərə yağı, 85 q yumurta, 20 q şəkər, 10 
q duz, 10 q soda bikarbonat, 10 q limon duzu, 220 q su götürülür. 

Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə