80
yaddaşına ana dili ilə birgə həkk olunan səmimi insan, böyük ədib, unudulmaz və
təkrarsız dramaturq» (Kamil Vəli Nərimanoğlu) adlandırırlar. Bunlar gəlişigözəl
ifadələr yox, 20 əsəri səhnədə uğurla tamaşaya qoyulmuş, istedadlı aktyor və
rejissorlar nəslinin yetişdirilməsində misilsiz xidmətlər göstərmiş, Azərbaycan
ədəbiyyatı kimi zəngin bir xəzinədə «İlyas Əfəndiyev məktəbi» yaratmış bir
yazıçının əməyinin tutarınca qiymətləndirilməsi üçün diqqətlə, məsuliyyətlə
seçilən sözlərdir.
İ.Əfəndiyevin yaradıcılığının əsas hissəsi sovet imperiyası dövrünə təsadüf
edir. Sənətkarın böyüklüyü, elə xoşbəxtliyi də ondadır ki, sovet rejimi şəraitində o,
ədəbi yaradıcılığında əsrlərin sınağından çıxmış milli dəyərləri ön plana çəkə
bilmiş, onlara yeni ruh vermiş, yaşatmış xalqı düşündürən, onu narahat edən
problemlərdən bəhs etmiş, oxucularda, tamaşaçılarda Vətənə məhəbbət, yüksək
ideyalarla yaşamaq, sədaqət, ülvilik, dözümlülük, cəsarətlilik, prinsipiallılıq kimi
hisslərin yaranmasına xidmət edən əsərlər yazmışdır. Elə təsadüfi deyil ki, məhz bu
xidmətlərinə görə müstəqil Azərbaycanın «Şöhrət» ordenini alan ilk sənətkar da
İ.Əfəndiyev olmuşdur.
Böyük dramaturqun vəfatının 3-cü ildönümü ərəfəsində «Sən həmişə
bizimləsən» adlı kitabın nəşri İ.Əfəndiyevin xatirəsinə, onun pərəstişkarlarına
gözəl hədiyyədir.
“Ədəbiyyat qəzeti”, 7 iyul 2000
Özündən sonra da, özü var kimi
Altı il əvvəl oktyabr ayının 3-də xalqımız özünün parlaq zəkalarından,
ədəbi-mədəni fikir tariximizin qüdrətli simalarından birini, görkəmli nasir və
dramaturqu, xalq yazıçısı İlyas Əfəndiyevi itirdi. Böyük qələm sahibi dünyasını
dəyişdi, lakin onun dühası, irsi xalqla qaldı. Onun «Bahar suları», «Atayevlər
ailəsində», «Sən həmişə mənimləsən», «Unuda bilmirəm», «Məhv olmuş
gündəliklər», «Mənim günahım», «Qəribə oğlan», «Xurşudbanu Natəvan»,
«Büllur sarayda», «Şeyx Məhəmməd Xiyabani», «Sevgililərin cəhənnəmdə
vüsalı», «Hökmdar və qızı», «Polkovnik Allahyarov» kimi pyesləri, «Söyüdlü
arx», «Körpüsalanlar», «Sarıköynəklə Valehin nağılı», «Geriyə baxma, qoca»,
«Üçatılan» kimi romanları, çox sayda hekayəsi ədəbi xəzinəmizin əbədi
nümunələri sırasında durdu. Əslində İlyas Əfəndiyev hələ sağlığında «canlı
klassik» adını, əsərləri ölməzlik statusunu almışdı.
Tanınmış ədəbiyyatşünas Vilayət Quliyev dramaturqun vəfatından bir il
sonra yazırdı ki, İlyas müəllim bütün həyatı boyu üzü gələcəyə gedən sənətkar
olmuşdu, «… hər şeyə qadir saydığımız ölüm də onu bu bitib-tükənmək
bilməyən yoldan saxlaya bilməyib» («Ədalət» qəzeti, 1 oktyabr 1997-ci il).
Ondan ayrıldığımız ötən illər bir daha göstərdi ki, doğrudan da İ.Əfəndiyev
«üzü gələcəyə gedən sənətkar»dır. O, bu gün də sevilə-sevilə oxunur, onun
tamaşaları bu gün də anşlaqla keçir, «İlyas Əfəndiyev teatrı»nın, «İlyas
Əfəndiyev məktəbi»nin gücü, təsiri bu gün də hiss olunur.
81
Təsadüfi deyil ki, təmirlə əlaqədar 6 illik fasilədən sonra Akademik Milli
Dram Teatrı 1996-1997-ci il teatr mövsümünü öz səhnəsində dramaturqun
«Hökmdar və qızı» tamaşası ilə açmışdır. 1999-cu ildə «Gənclik» nəşriyyatı
böyük ədibin həyatı və irsi haqqında, qələm, sənət dostlarının, oxucularının,
tamaşaçılarının xatirələri, ürək sözləri toplanmış «Sən həmişə bizimləsən» adlı
kitab nəşr etmişdir.
Azərbaycan Respublikası Prezidentinin «İ.M.Əfəndiyevin xatirəsinin
əbədiləşdirilməsi haqqında» 2001-ci il 9 mart tarixli Sərəncamını isə İlyas
Əfəndiyevə ümumxalq məhəbbətinin təzahürü adlandırmaq olar. Sənəddə Bakı
şəhərinin küçələrindən və orta məktəblərindən birinə onun adının verilməsi,
yaşadığı binaya xatirə lövhəsinin vurulması, Azərbaycan Mədəniyyət və
İncəsənət Universitetinin tələbələri üçün İlyas Əfəndiyev adına təqaüdün təsis
edilməsi, xalq yazıçısının əsərlərindən ibarət on cildliyin nəşr olunması,
«Hökmdar və qızı» əsəri əsasında ikiseriyalı bədii filmin çəkilməsi kimi
tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur və hazırda icra edilməkdədir.
… Xalq yazıçısı Elçin Əfəndiyev İlyas Əfəndiyev haqqında buraxılan
«Sən həmişə bizimləsən» adlı xatirə kitabına yazdığı «Özümüzdən sonra»nın
ilkini» adlı «Ön söz əvəzi»ndə böyük ədibin 20 ildən də əvvəl sadə, səmimi və
təbii hisslərini ifadə edən «… yəni deyirsən özümüzdən sonra xalqın yadına
düşəcəyik?» sualına adı çəkilən xatirə kitabına işarə vuraraq belə cavab verir:
«Bu kitab «özümüzdən sonra xalqın yadına düşəcəyik?» sualının cavabı yox,
heç zaman yaddan çıxmayacağının ifadəsidir» («Sən həmişə bizimləsən»,
«Gənclik» nəşriyyatı, 1999-cu il, səh.4). Dəqiq, sərrast və təkzibolunmaz fakta,
güclü məntiqə söykənən qənaətdir. Yalnız onu əlavə etmək olar ki, İlyas
Əfəndiyevin vəfatından ötən illər də göstərdi ki, böyük yazıçı özündən sonra da
özü var kimidir.
“Xalq qəzeti”, 1 oktyabr 2002
82
• Elçin
ġairin ölümü ... və faciəsi
Azərbaycan ədəbiyyat tarixində xüsusi mərhələ kimi dəyərləndirilən 60-cı
illər ədəbi mühitinin yaradıcılarından, avanqardlarından biri Xalq yazıçısı Elçin bu
dövrdə söz sənətinə əbədi iz salan, lakin bununla kifayətlənməyən onu
genişləndirən, cilalayan, tükənməyən, əksinə, barını artıran istedadlı
sənətkarlardandır. Onun hekayə, povest, roman, yaxud dram əsərləri həmişə diqqət
çəkmiş, əbədi hadisəyə çevrilmiş, tələbkar tənqidçi, çoxsaylı oxucu münasibəti,
rəyi ilə qiymətləndirmişdir.
«Bədii dərk duyğusu güclü və cəlbedici» (Məmməd Cəfər), «sinəsində
şəfqətli sənətkar ürəyi gəzdirən» (Əziz Mirəhmədov) Elçin «rəmzdən, bədii-fəlsəfi
şərtilikdən, kəskin məcazdan cəsarətlə istifadə edir, psixoloji əhvali-ruhiyyəni
detalda əyaniləşdirən mizanlar və cizgilər axtarır, onlara görümlü, baxımlı,
obrazlara çevirən epitetlər tapır» (Yaşar Qarayev ), odur ki, «əsərlərində ən xırda,
gözəgörünməz obraz belə az və ya çox dərəcədə, öz dünya tutumunda filosofdur»
(Aydın Məmmədov). Bütün bunlar və onlarca bu cür qənaətlər 1959-cu ildə «O
inanırdı» adı hekayəsi ilə ədəbiyyata qədəm qoyan, sonralar çox sayda hekayənin,
«Toyuğun diri qalması», «Dolça», «Poçt şöbəsində xəyal», «Bir görüşün tarixçəsi»
və sair kimi povestlərin, «Mahmud və Məryəm», «Ağ dəvə», «Ölüm hökmü» adlı
romanların, son dövr ədəbi, mədəni həyatında əks-səda doğuran bir sıra pyeslərin
müəllifi Elçinin - «Azərbaycan nəsrinin görkəmli nümayəndələrindən birinin»
(Kamal Talıbzadə) özünəməxsus, təkrarsız yaradıcılığına layiqli, qədirli
münasibətin təzahürüdür.
Qeyd etdik ki, Elçin yazdıqca, dərinə nüfuz edir, daha çox çəkir, daha güclü
cəzb edir. Bu fikri onun sonuncu iki əsəri - «Sarı gəlin» və «Araba» («525-ci
qəzet» №78, 27 aprel 2002-ci il) hekayələri bir daha təsdiq etdi. «Sarı gəlin»lə
bağlı mətbuatda müəyyən fikirlər səslənmişdir. Fikrimizcə, «Araba»nın taleyi
bənzərsiz olacaqdır. Az qala hər bir hekayəsi klassik əsər səviyyəsinə yüksələn
Mirzə
Cəlilin
«Poçt qutusu», bir-birindən gözəl hekayələr müəllifi
Ə.Haqverdiyevin «Marallarım»ı müəlliflərə adı ilə eyni vaxtda yada düşən nadir
incilərdəndir. Bundan sonra yəqin ki, «Araba»nın ədəbi karvanla əbədi
irəliləyəcəyi vurğulanacaqdır.
Hekayənin süjeti ilk baxışda sadə və adi görünən hadisədən - bir şairin
həyatından, daha çox onun ömrünün son məqamlarından və bununla bağlı yada
düşən xatirələrdən götürülmüşdür. Yazıçı bu hadisəyə elə məharətlə ştrixlər vurur
ki, nəticədə oxucunun qəlbini fəth edən, onu həyəcanlandıran, düşündürən, haldan-
hala salan, dünyanın mənasını anlamağa, dərk etməyə sövq edən, müəyyən zaman
içində insanda formalaşan düşüncə və duyğuları təmizləyib (azad edib), onun hiss
və fikirlərinə hakim kəsilən lirik-dramatik-fəlsəfi bir hekayət, bir hekayə yaranır.
Bəli, əsəri janr etibarı ilə hekayə adlandırmaq olar. Amma çəkisi və yükünə görə
bəxtinə «bu dünya bir pəncərədir, hər gələn baxıb keçər» qədər qısa müddətdə
yaşamaq düşən, lakin onu istədiyi kimi yaşaya bilməyən şair haqqında kədərli bir
Dostları ilə paylaş: |