Айятуллащ ял-цзма Мякарим Ширази 105
sivilizasiya da – hər hansı yöndə – tərəqqi edir.
Çağdaş dünyamızda insanların bir-biri ilə geniş
əlaqələrinə şərait yaradan vəsaitlər müasir sivilizasiyanı
doğruldan əsas amillərdəndir. Bu bizə dünya ölkələri
arasında sivil səviyyələri ayırd etməyə imkan verir.
İnsanın ictimai həyatındakı məziyyətləri
Məlum olduğu kimi, ictimai həyat tərzi təkcə
insana xas deyil. Bal arısı və qarışqa kimi kütləvi
formada yaşayan həşəratlar və ya quşlar, yaxud bir
sıra heyvanlar da ictimai həyat tərzi keçirirlər. Bəzən
onların arasındakı bir çox qanunauyğunluqlar hətta
insanların ictimai həyatını da ötüb-keçir. Məsələn, bal
arılarının yuvasında hətta bir işsizin, yaxud birinin ac
qalması mümkün deyil. Halbuki bunu dünyanın ən
mütərəqqi və inkişaf etmiş ölkələrində görə bilərik.
Onların arasındakı hər işin bölünmə və qazanc tərzinin
qəribəlikləri insani mühitlərdə müşahidə olunmur.
Bununla belə, onların ictimai yaşayışında iki əsas cəhət
var ki, onları bəşərin ictimai həyatından ayırır:
1. Heyvanlarda kütləvi yaşayış nə qədər biçimli olsa
da, belə yaşayış tərzi yalnız yuva, azuqə yığımı, törəmə
və bu kimi ölçülərlə məhdudlaşır. Halbuki insanın
ictimai həyatı daha əhatəli, bəlkə də naməhduddur.
2. Heyvanların ictimai həyatında heç bir dəyişiklik
baş vermir. Başqa sözlə, onlarda tərəqqi, keçmiş nəsillə
yeni nəsil arasında fərq olmur. Məsələn, bugünkü bal
arılarının yuvası kəşflərdən məlum olan neçə milyon
il əvvəlki bal arılarının yuvasından fərqlənmir. Bu onu
göstərir ki, neçə milyon il keçsə də, onlarda yaşayış
tərzi əsla dəyişilmir! Amma bəzən bir əsr və yaxud
106 Яхлаг сайясиндя саьлам щяйат
ondan da az müddət ərzində insanın ictimai həyatında
böyük dəyişikliklər baş verir. Demək, insanın ictimai
həyatını başqa canlılardan ayıran bu iki fərq əsaslı
yönə malikdir.
Bir sözlə, insanın fikri, əməli-əxlaqi, iqtisadi-
texnoloji və s. yönlərdə təkamül və tərəqqisi
qarşılıqlı ünsiyyətsiz mümkün deyil. İctimai həyatsız
mədəniyyət, insanlıq, sivilizasiya və digər səciyyələr
heç bir məna daşımır.
Cəmiyyəti formalaşdıran amil
Sosioloqlar insanın ictimai həyatı seçməsi, onun
birgə yaşayışının nisbətən ağır şərt və qanunları ilə
razılaşması haqda müxtəlif fikirlər yürütmüşlər ki,
burada onların bir neçəsini qeyd edirik:
1. Bəzilərinin nəzərinə görə, insanda fitri bağlılıq
hissi onu instinkt olaraq ictimai həyata cəlb edir.
2. Bəziləri isə insanın ictimai həyata yönəlməsini
təbii amillərdən (zəlzələ, sel, yırtıcı heyvanlardan)
qorxu hissi ilə əlaqələndirirlər.
3. Bəziləri də insanın vücudundan qaynaqlanan
“qarşılıqlı faydalanma” hissini əsas faktor hesab
edirlər.
4. Bəziləri də ki, mövcud ictimai həyatı tədrici
yaranan adət-ənənə və qayda-qanunların məcmusunun
məhsulu kimi qiymətləndirirlər.
5. Bəziləri də insanların bir-birinə ehtiyacı və onun
birgə təmini məsələsini ictimai həyatın amili bilir.
6. Bəziləri isə ictimai həyatın ailə ocaqlarının
təşkili və tədricən nəsil artımı nəticəsində yarandığını
deyirlər.
Айятуллащ ял-цзма Мякарим Ширази 107
7. Nəhayət, bir qrup da belə fikir yürüdürlər ki, neçə
tarixi dövrü keçirən bəşərin ictimai həyata rəğbətini
kəşf etmək mümkün deyil. Çünki əsrlər keçdikcə, bir
çox həqiqətlərin üzü örtülmüş və bu haqda mühakimə
yürütmək üçün əldə dəqiq faktlar yoxdur.
Sonuncu fikrin digər nəzərlərlə müqayisədə
həqiqətə daha yaxın və keçmişdə insanı ictimai həyata
yönəldən əsas amil haqda hökm verməyin çətin
olduğuna baxmayaraq, sözsüz, bu gün ictimai həyatın
davamını çox güman ki, insanın “təkamülə rəğbəti”,
“ehtiyacların təmini” və “onların təklikdə qeyri-
mümkünlüyü” kimi məsələlərlə əlaqələndirmək olar.
İzah: İnsanın məişət, geyim, ərzaq və dərmanı
kimi cismi, təlim-tərbiyəsi, zövqü-estetik hissləri
və tükənməyən arzu-istəkləri kimi ruhi duyğu və
ehtiyaclarının təmini bir fərdin əlindən gələ bilməz.
Bu çox çeşidli ehtiyacların hər birini, məxsusən, hər
şeyi asanlıqla bəyənməyən insanın zövqünə uyğun
hazırlamaq üçün ayrı-ayrı mütəxəssis fərd və qrup
lazımdır. Həm də ki, heyvanlardan fərqli insana
xas rifah və ideal həyata rəğbət hissi onu ictimai
həyata sövq edir. Bu məqsədin gerçəkləşməsi ayrı-
ayrı düşüncələrin, istedad və qüvvələrin həmkarlığı
nəticəsində mümkündür. Bu iki faktor insanı ictimai
həyata rəğbətləndirən ən mühüm amildir.
Birgə yaşayışda dəyər
İctimai hüquq baxımından insanların qanun
qarşısında bərabərliyi məsələsi onların eyni dəyərə
malik olduqları ilə deyil, həqiqətdə nizam-intizamı
qorumaq, ədalətə riayət, şəxsi mənafenin qarşısını
108 Яхлаг сайясиндя саьлам щяйат
almaq, bəşəri istismarla mübarizə və s. üçündür.
Yoxsa, insanların ictimai dəyər və bacarıqları arasında
fərq olduqca çoxdur. Məsələn, zəhmətkeş, ləyaqətli və
xeyirxah alimin dəyəri savadsız və fitnəkar bir kəslə
eyni deyil. Lakin ictimai hüquq bərabərliyində insanlar
arasında fərq qoyularsa, onun fəsad və zərərləri ictimai
dəyərləri gözləməkdən artıq olar. İslamda insanların
ictimai dəyərləri xalqın onlardan aldığı bəhrə ilə
ölçülür. Peyğəmbəri-Əkrəm (s) buyurur:
ِسﺎّﻨﻠِﻟ ْﻢُﻬُﻌَﻔْﻧَا ِسﺎّﻨﻟا ُ ْيرَﺧ
“Camaata ən çox fayda və xeyir verən insanların ən
yaxşısıdır!”
1
İslam və ictimai məsələlər
Şübhəsiz, heç bir din İslam qədər fərdi və ictimai
ölçüləri möhtərəm saymayıb. Bu onu göstərir ki,
insanın təkamülü, istedadlarının çiçəklənməsi onun
ali məqsədidir. İslam nöqteyi-nəzərindən ictimai
məsələlərin əhəmiyyətini dərk etmək üçün aşağıdakı
göstərişlərə nəzər salmaq kifayətdir:
1. İslamın bünövrə göstərişləri içərisində elə fərdi
göstəriş yoxdur ki, ictimai əhəmiyyət daşımasın. Onlar
“ibadətlər”, “alış-verişlər” və “siyasətlər”dən ibarət
İslam fiqhi və hüquqlarını təşkil edir. Əksəriyyəti
özünə həsr edən ikinci və üçüncü qisimlərin ictimailiyi
bəllidir. Məxluqla Xaliq arasında əlaqə yaradan birinci
qismə də ictimai əhval-ruhiyyə hakimdir.
İslamda ibadətlərin mühüm bir hissəsini təşkil
edən gündəlik vacib əməllər ictimai reallıqlarla elə
1 . “Nəhcül-fəsahə”, səh.315.
Dostları ilə paylaş: |