Айятуллащ ял-цзма Мякарим Ширази 113
səsləmək, zarafatda ifrata varmaq və s. kimi təfriqə, nifaq
və ayrılıq salan amilləri qadağan edirsə, digər tərəfdən
isə salam vermək, görüşmək, “sileyi-rəhm” (qohumlara
yaxşılıq), yaxşı güman, dostluq münasibətlərini
bildirmək, bir-birlərinin heysiyyətini müdafiə etmək,
iki nəfərin arasında sülh yaratmaq, bir-birinin hacət və
istəklərini yerinə yetirmək və bu kimi ülfət, məhəbbət
və qarşılıqlı etimadı möhkəmləndirən amilləri tərifləyir,
insanların ictimai rabitələrinin mehr-məhəbbət üzərində
qurulmasını istəyir və bu məsələyə yüksək əhəmiyyət
verərək onları həyatın zəruri dayaqları hesab edir.
Peyğəmbəri-Əkrəm (s) buyurur:
ِءماْﻟا َﱃِا ُنمآﱠﻈﻟا ُﺐْﻠَﻘْﻟا ُﻦُﻜ ْﺴَﻳ ماَﻛ ِﻦِﻣْﺆُﻤْﻟا َﱃِا ُﻦُﻜ ْﺴَﻴَﻟ َﻦِﻣْﺆُﻤْﻟا ﱠنِا
ِدِرﺎﺒْﻟا
“Susuzlar sərin su ilə rahatlaşdıqları kimi, möminlər də
əlaqə saxladıqda dincəlirlər!”
1
Bu ibarədən, yeri gəlmişkən, bəşərin ictimai həyata
ehtiyacının təbii-fitriliyi, birgə həyatın zəruriliyi başa
düşülür.
10. Diqqəti cəlb edən məsələ odur ki, İslamda
ictimai əlaqələrə əsla hədd qoyulmur və onların
daha da möhkəm və yaxınlığı irəli sürülür. Məsələn,
buyurulur ki, möminlər arasında mənəvi bağlılıq hətta
onların cisminə belə təsir göstərməlidir! Peyğəmbəri-
Əkrəm (s) buyurur:
اذِا ِ ْينَﻨِﻣْﺆُﻤْﻟا ﱠنِاَو ﻻَا ...ِنﺎيمِ ْﻻا ِﺐَﺒَﺳ ِﻢَﻈْﻋَا ْﻦِﻣ ِﻦِﻣْﺆُﻤْﻟا ﱠدُو ﱠنِاَو ﻻَا
1 . “Biharul-ənvar”, 74-cü cild, səh.280.
114 Яхлаг сайясиндя саьлам щяйат
كىَﺘ ْﺷا اَذِا ِﺪِﺣاﻮْﻟا ِﺪ َﺴَﺠْﻟﺎَﻛ ﺎﻧﺎﻛ ِﻪﻠﻟا ِﰲ ﺎﻴَﻓﺎﺼَﺗَو ﱠﻞَﺟَو ﱠﺰَﻋ ِﻪﻠﻟا ِﰲ ﺎّﺑﺎﺤَﺗ
ِﻊ ِﺿْﻮَﻤْﻟا َﻚِﻟاذ َﻢَﻟَا ُﺮَﺧ ْﻵا َﺪَﺟَو ًﺎﻌ ِﺿْﻮَﻣ ِهِﺪ َﺴَﺟ ْﻦِﻣ ماُﻫُﺪَﺣَا
“Agah olun ki, mömini sevmək imanın ən böyük
səbəblərindən biridir!... Agah olun ki, Allaha xatir bir-birinə
məhəbbət bəsləyən iki mömin bir bədənə çevrilir! Belə ki,
əgər biri bədəninin bir hissəsində narahatlıq keçirsə, digəri
də həmin ağrını hiss edər!”
1
Bu hədisdən başa düşülür ki, möminlər arasında
dostluq möhkəm olmalı, bədənləri bir bədən kimi
sayılmalı, biri öz əzalarında narahatlıq hiss etdikdə, o
biri də bunu öz bədənində hiss etməlidir. Yəni onlar
mənən bir-birinə elə bağlanmalıdırlar ki, bir ruh, bir
bədənə çevrilsinlər. (Necə ki, Peyğəmbərin (s) bəzi
səhabələri belə idi.)
Bu məsələni iki izahla belə aydınlaşdırmaq olar:
Birincisi: Ruhun bədənlə əlaqəsi hədsiz dərəcədə
yaxın olduğundan ruhi narahatlıqlar cismə dərin
təsir göstərir. Müasir psixoloqların nəzərinə görə,
cismi xəstəliklərin çoxu, məsələn, hər hansı üzvün
öz fəaliyyətini itirməsi, yaxud bədənə bir mikrobun
keçməsi kimi amillərin səbəbi sırf ruhi-psixoloji
sarsıntılardan doğur.
İkincisi: Müasir elm isbat edir ki, iki nəfər arasında
fikri mübadilə uzaq fasilədən də mümkün işdir. Belə
ki, onlar xüsusi ruhi saziş və yaxud ardıcıl məşqlər
nəticəsində heç bir vasitə olmadan bir-biri ilə fikri əlaqə
yarada və öz fikirlərini digərinə ötürə bilirlər. Bu məsələ
“telepatiya” adlanır. Demək, fikri əlaqələr vasitəsilə bir
şəxsin narahatlığı digərinə də keçə bilir və o biri şəxsin
1 . “Biharul-ənvar”, 74-cü cild, səh.281.
Айятуллащ ял-цзма Мякарим Ширази 115
də həmin narahatlığı öz bədənində hiss etməsi mümkün
məsələdir.
11. İslam göstəriş verir ki, insanlar cəmiyyətdən
ayrılmasınlar. Əmirəlmöminin Əli (ə) ixtilaf və təfriqə
salan “xəvaric” qrupunun fikirlərini məhkum edərək
belə buyurur:
ﱠنِﺎَﻓ َﺔَﻗْﺮُﻔْﻟاَو ْﻢُﻛﺎّﻳِاَو ِﺔَﻋماَﺠْﻟا َﻊَﻣ ِﻪﻠﻟاَﺪَﻳ ﱠنِﺎَﻓ َﻢَﻈْﻋَ ْﻻا َداﻮ ﱠﺴﻟا اﻮُﻣَﺰْﻟاَو
َﻢﱢﻜُﺣ ﺎ ﱠنمِاَو ... ِﺐِﺋﱢﺬﻠِﻟ ِﻢَﻨَﻐْﻟا َﻦِﻣ ﱠذﺎ ّﺸﻟا ﱠنَا ماَﻛ ِنﺎﻄْﻴ ّﺸﻠِﻟ ِسﺎّﻨﻟا َﻦِﻣ ﱠذﺎ ّﺸﻟا
ُعماِﺘْﺟِ ْﻻا ُﻩُؤﺎﻴْﺣِاَو ،ُنآﺮُﻘْﻟا َتﺎﻣأ ﺎﻣ ﺎﺘﻴِ ُيم َو ُنآﺮُﻘْﻟا ﺎَﻴْﺣَا ﺎﻣ ﺎﻴِﻴْﺤُﻴِﻟ ِنماَﻜَﺤْﻟا
ُﻪْﻨَﻋ ُقا ِﱰْﻓِ ْﻻا ُﻪُﺘَﺗﺎﻣِاَو ِﻪْﻴَﻠَﻋ
“Həmişə (haqqın tərəfini saxlamaq üçün) cəmiyyətə
bağlanın ki, Allahın əli cəmiyyətlədir. İxtilaf və ayrılıqdan
çəkinin ki, tək qalan qoyun qurda yem olduğu kimi,
camaatdan ayrılan kəs də şeytana qismət olar... Və o iki
nəfərə də ona görə hökm kəsmə ixtiyarı verilmişdi ki, onlar
Quranın diriltdiyini diriltməli, öldürdüyünü (məhkum
etdiyini) də dəfn etməliydilər. Diriltmək dedikdə, birlik,
öldürmək dedikdə isə ayrılıq nəzərdə tutulur.”
1
Tarixə əsasən, həmişə kiçik tayfa və qəbilələr
mədəni baxımdan geri qalmış, böyük sivilizasiyalar
isə böyük cəmiyyətlərdə görünmüşdür. İmam Əli
(ə) da burada cəmiyyətin əhəmiyyətini nəzərə alaraq
Allahın əlinin onun üzərində olduğuna toxunur.
Bunun əksinə olaraq isə cəmiyyətdən uzaq düşənlər
də şeytanın ovuna tuş gəlir və ilahi himayədən
məhrum qalırlar. Sözün davamında buyurulan
bənzətmələr göstərir ki, cəmiyyətin problemlərinin
1 . “Nəhcül-bəlağə”, xütbə: 127.
116 Яхлаг сайясиндя саьлам щяйат
həlli və qurdların caynaqlarından xilas olmaq yalnız
kütləvi formada mümkündür. Demək, cəmiyyətin
birliyi və fərdlərin sıx əlaqələri onları hər hansı hadisə
və çətinliklər müqabilində davamlı və qalib edəcək.
Daha sonra buyurulur ki, Quranı diriltmək vəhdət
və birlik yaratmaq, cəmiyyətin ətrafına toplaşmaq,
onu öldürmək isə cəmiyyətdən ayrılmaq, təfriqə və
ixtilaflardır.
İslamın cəmiyyətə böyük əhəmiyyət verməsini
aşağıdakı iki məsələ ilə də başa düşmək olar:
1. İslam baxımından camaat namazının əhəmiyyəti
və savabı namazda iştirak edənlərin sayı ilə əlaqədardır.
Məsələn, məscidlərin savabına gəldikdə, bazar əhli
üçün tikilən və ya müəyyən bir tayfa və məntəqənin
məscidlərindən tutmuş, şəhərin böyük məscidlərinə
qədər və nəhayət, bütün müsəlmanlara məxsus ən
böyük ibadət mərkəzi sayılan “Məscidül-Həram”ın
(Kəbə evi) ictimai mövqeyinə görə özünəməxsusdur.
2. İslam nəsil və cəmiyyətin artımını bəyənir.
Məsələn, Peyğəmbəri-Əkrəm (s) bir hədisdə buyurur:
ًاﺪَﻏ َﻢَﻣُ ْﻻا ُﻢُﻜِﺑ ٌﺮِﺛﺎﻜُﻣ ﱢنيِﺎَﻓ َﺪَﻟَﻮْﻟا اﻮُﺒُﻠْﻃُا
“Övlad istəyin ki, mən qiyamət günü sizin çoxluğunuzla
öyünəcəyəm!”
1
Burada diqqət yetirmək lazımdır ki, bir sıra hallarda
cəmiyyətin çoxluğu azuqə və məişət problemlərini
doğura bilər. Lakin müvəqqəti çətinliklər cəmiyyətə
mənsub olan fayda və dəyərləri itirə bilməz. Əlbəttə,
belə hallarla yeraltı və yerüstü sərvətlərə malik
olmayan xalqlar üzləşir.
1 . “Vəsailüş-şiə”, 14-cü cild, səh.3, hədis: 6.
Dostları ilə paylaş: |