Айятуллащ ял-цзма Мякарим Ширази 117
Fərdi həyat
Fərd və cəmiyyətin geri qalmasında asketliyin rolu:
Sosioloqların nəzərinə görə, hər bir halda cəmiyyətdən
uzaq düşməyin həm fərdə, həm də cəmiyyətə vurduğu
mənfi təsirləri inkarolunmazdır. Bu məsələ həm
cəmiyyətdən uzaq düşüb tək-tənha yaşayanlar, həm də
bir sıra ictimai-siyasi, yaxud coğrafi səbəblər üzündən
ayrı yaşayan qəbilə və xalqlar üzərində sınaqdan keçib.
Ros “Sosiologiyanın üsulları” kitabında
kameralarda və təcridxanalarda yatan məhbusların
üzərində cəmiyyətdən uzaq düşməyin təsirlərini
araşdırarkən yazır: “Belələrinin 10%-i bir ildən sonra
ya ölür, ya intihar edir, ya da dəli olur. Qalanları da bir
növ ruhi-psixoloji nasazlıqlarla üzləşirlər...”
Belələrinin ölümlə ictimai həyat arasındakı
mübarizəsi doğrudan da qəribədir. Mümkündür, ona
yalnız bir gül, yaxud bir hədiyyə verməklə onun birgə
həyata olan susuzluğunu yatırmaq və ölümdən xilas
etmək olar...
Tərki-dünyalığı seçənlərdə ruhi düşkünlük, qəm-
qüssə, süstlük, ümidsizlik və xəyallara qapılma halları
daha çox müşahidə olunur.”
1
Bədəvi həyat sürən qəbilələrin də ictimai həyatın
müsbət təsirlərindən məhrum qaldıqları təbii bir
məsələdir. Onların əksər yönlərdə irtica və geriliyi
belə həyat tərzinin nəticəsidir. Hətta bir sıra siyasi
münasibətləri və iqtisadi əlaqələrini qıran ölkələr belə,
bəzən bir çox sahələrdə müasir inkişafdan geri qalır. Hər
halda bütün bunların özünəməxsus səbəbləri vardır
ki, onları həmin xalqın mentaliteti və dövlətçiliyində
1 . “Sosiologiya”, Samuel Kinq, səh.428.
118 Яхлаг сайясиндя саьлам щяйат
axtarmaq lazımdır.
Amma ictimai xarakterli belə problemlər təkamül
və tərəqqinin qarşısını alan ən böyük bəlalardan biridir.
İslam və rahiblik
İslam asketliyi, başqa sözlə, rahibliyi məhkum edir.
Artıq bir şüara çevrilən məşhur “La rohbaniyyətə fil-
İslam!” (İslamda rahiblik yoxdur!) – hədisi bir çox
kitablarda nəql olunub. “Rühb” sözündən götürülən bu
ifadə vəhşət və qorxu mənasını daşıyır. Bir termin kimi
isə Allahdan qorxub ibadət üçün camaatdan ayrılıb, tək-
tənha yaşayan kəsə deyilir.
Tarixi fakt
Əldə olan məlumatlara əsasən, rahiblik həyat tərzi
qədim zamanlardan Hindistan yarımadasında peyda
olur və sonralar isə xristianlar arasında da yayılmağa
başlayır. Bəziləri bunu (xristianlar və yaxud yəhudilər
arasında yayılmasını) dövrün diktator və zülmkar
rejimi ilə əlaqələndirirlər. Deyirlər ki, hakim durumun
ağır işgəncə, qətl və təqibləri yeni ayinin tərəfdarlarını
səhralıqlara çəkilməyə vadar edir və beləliklə,
çoxları fərdi həyatı seçərək onlara vəd olunan yeni
peyğəmbərin zühurunun intizarı ilə yaşamağa məcbur
olurlar.
1
Psixoloji fakt
Məlum olduğu kimi, millətlər arasında məğlubiyyət,
uğursuzluq və s. problemlər cürbəcür qarşılanır.
Məsələn, bəziləri cəmiyyətdən ayrılıb fərdi həyata
üz tutsalar da, bəziləri isə axıradək mübarizə yolunu
1 . “Vil Dürantın “Tarix” kitabına müraciət edə bilərsiniz.
Айятуллащ ял-цзма Мякарим Ширази 119
seçirlər. Rahiblik həqiqətdə məğlubiyyətdən sonra
çıxış yolu tapa bilməyənlərin reaksiyasıdır.
Rahibliyin tarixi-psixoloji səbəblərinə diqqət
yetirdikdən sonra İslamın bu məsələ ilə bağlı nəzərini
açıqlayırıq. Belə nəql edirlər ki, Osman ibn Məzun adlı
bir şəxs (övladını əldən verdikdən sonra) özünə təsəlli
vermək məqsədilə cəmiyyətdən ayrılıb ibadətə qapılır.
Peyğəmbəri-Əkrəmi (s) bundan xəbərdar edirlər.
Həzrət onu bu işdən çəkindirərək buyurur:
ﻲِﺘﱠﻣُا ﺔﱠﻴِﻧﺎﺒﻫﱡر ﺎ ﱠنمِا َﺔﱠﻴِﻧﺎﺒﻫﱡﺮﻟا ﺎﻨْﻴَﻠَﻋ ْﺐُﺘْﻜَﻳ ْﻢَﻟ ﱃﺎﻌَﺗَو َكَرﺎﺒَﺗ َﻪﻠﻟا ﱠنِا
ِﻪﻠﻟا ِﻞﻴِﺒَﺳ ِﰲ ُدﺎﻬِﺠْﻟا
“Allah-Taala bizə rahibliyi rəva bilmir. Həqiqətən,
ümmətimin rahibliyi Allah yolunda cihaddır.”
1
İslam insanın rahiblik kimi maddi ləzzətlərdən üz
döndərməsi hissini cihad kimi İslamın əsasını qoruyan,
fərdi və ictimai problemləri həll edə bilən sərt qüvvə
ilə dəyişdirilməsini təklif edir. Yaxud başqa bir hədisdə
bir nəfər imam Kazimdən (ə) belə soruşur:
ٍﺖْﻴَﺑ ِﰲ َﺐﱠﻫَ َﱰَﻳ ْوَا ِضْرَ ْﻻا ِﰲ َﺢﻴ ِﺴَﻳ ْنَا ُﺢُﻠ ْﺼَﻳ ْﻞَﻫ ِﻢِﻠ ْﺴُﻤْﻟا ِﻞُﺟﱠﺮﻟا ِﻦَﻋ
ﻻ :(ع) َلﺎﻗ ؟ُﻪْﻨِﻣ ُجﺮْﺨَﻳ ﻻ
“Müsəlman şəxsin biyabanlara və yaxud evin bir guşəsinə
çəkilməsi məsləhətdirmi?” Həzrət buyurdu: “Xeyr!”
2
İslam hətta insanın evindən və əhli-əyalından
ayrılıb, məlum olmayan səfər və səyahətlərə çıxması
ilə də razılaşmır. Necə ki, mərhum Türeyhi “Məcməül-
bəhreyn” kitabında “La səyahətə fil-İslam!” (İslamda
1 . “Biharul-ənvar”, 8-ci cild, səh.170, hədis: 112.
2 . “Biharul-ənvar”, 70-ci cild, səh.119, hədis: 10.
120 Яхлаг сайясиндя саьлам щяйат
səyahət yoxdur!) – hədisini belə izah edir: “Burada
müsəlmanın yaşadığı məntəqədən ayrılıb səhralıqlara
üz tutması, kütləvi mərasimləri tərk etməsi nəzərdə
tutulur.”
Hər halda, verilən hədisdən belə başa düşülür ki,
rahiblik və ya cəmiyyətdən uzaqlaşmaq – istər evin
bir guşəsinə çəkilməklə, istərsə də əhli-əyal və ictimai
həyatdan qaçaraq səyahətə çıxmaqla – İslamda məhkum
və qadağandır. Məsələn, Qurani-Kərimdə xristianlar
arasında yayılan rahiblik pis bir bidət sayılır və bu barədə
buyurulur:
َماَﻓ ِﻪﱠﻠﻟا ِناَﻮ ْﺿِر ءﺎَﻐِﺘْﺑا ﱠﻻِإ ْﻢِﻬْﻴَﻠَﻋ ﺎَﻫﺎَﻨْﺒَﺘَﻛ ﺎَﻣ ﺎَﻫﻮُﻋَﺪَﺘْﺑا ًﺔﱠﻴِﻧﺎَﺒْﻫَرَو
ﺎَﻬِﺘَﻳﺎَﻋِر ﱠﻖَﺣ ﺎَﻫْﻮَﻋَر
“Onlar özləri rahibliyi icad etdilər. Halbuki Biz yalnız
Allahın razılığını qazanmağı tapşırmışdıq. Lakin onlar buna
layiqincə riayət etmədilər.”
1
Bunlar İslamın rahibliyə qarşı mövqeyini tamamilə
aydınlaşdırır.
Xristianlıqda rahiblik
Xristianların mövcud tarixi göstərir ki, rahiblik
həyat tərzi xristianlığın ilkin əsrlərində deyil, onun
miladi tarixi ilə üçüncü əsrdən sonra Roma imperatoru
Disyusun həzrət İsanın (ə) tərəfdarları ilə qanlı
mübarizələri dövründə yarandığı ehtimalı çoxdur.
Onlar imperatora məğlub olduqdan sonra mövcud
hakimiyyətin təzyiqlərindən dağlara və səhralara
sığınırlar.
2
1 . “Hədid” surəsi, ayə 27.
2 . Bax: “İyirminci əsrin ensiklopediyası”, “rəhb” kökü.
Dostları ilə paylaş: |