118
miĢdir. Onlar bütün vaxtlarını ġəmsin digər müridləri ilə birlikdə
elm, mərifət məclislərində, “xəlvəti-üns” gecələrində keçirirlər. Bu
məclislərin əsasını isə musiqi, ilahi Ģeirlər və xüsusi səmavi rəqslər
tuturdu.
ġəmsin fəlsəfəsinin əsasında insana məhəbbət, “insan haqları”
fəlsəfəsi dayanmaqdadır. ġəms Təbrizidə insana dərin sevgi və
sayqı vardır. Çünkü insan islam fəlsəfəsində də deyildiyi kimi ya-
ranmıĢların ən Ģərəflisi, ən ulusudur. Bu fəlsəfə, bu ideya Mövla-
nanın dünyaya baxıĢına qüvvətli təsir göstərmiĢdir.
ġəms Təbrizi insanın mənəvi, ruhi aləminə böyük önəm ver-
miĢ və insanın iç dünyasını daim öyrənməyi özünün 40 tövsiyəsində
açıqlamalarla bildirmiĢdir: ”Nə yönə gedirsən get; şərq, qərb,
şimal, ya da cənub... Çıxdığın hər yolçuluğu bir səyahət olaraq
düşün! Öz içinə yolçuluq edən kimsə sonunda bütün dünyanı
dolaşar!
ġəms mənəvi elmlərdən və elmi qazanmaqdan bəhs edərkən
bunları da demiĢdir:
- Elm üç Ģeylə əldə edilir: “Zikr edən dil, şükr edən qəlb,
səbr edən tən.(bədən). Elmsiz bir vücud susuz bir şəhərə, quru bir
qəlibə bənzər. Vücudu pəhrizlə, əхlaqla, cəhd və qeyrətlə sulamaq
və bəzəmək lazımdır. Könlü az istəkli, gözü tох оlun. Əlinizdə
оlanlara qənaət edin, başqalarının əlində оlanlardan ümidinizi
kəsin”.
ġəms Təbrizi insanın ədəb və əxlaqı haqqında düzgün dav-
ranıĢı, tərbiyəsi haqqında son dərəcə qiymətli fikirlər söyləmiĢdir. O
insanın ədəbinin onun dilindən, danıĢığından baĢladığını deyir. O da
az danıĢmağın faydalı olduğunu dəyərli fikir və bənzətmələlrə söy-
ləyir: “Əgər çox danışmaq faqydalı olsaydı Allah adama iki ağız
bir qulaq verərdi. Onun üçün çox dinləyib, az danışmaq gərək-
dir...”
Bu dəyərli, humanist, əхlaqi fikirlərə sahib, böyük təlqin və
cəzb gücünə malik böyük Azərbaycan alimi, müəllimi ġəms Təbrizi
Mövlanının həyatında sоn dərəcə böyük rоl оynamıĢ, оnun ideya və
baхıĢlarına qüvvətli təsir göstərmiĢdir. Mövlana müəllimini böyük
məhəbbətlə sevmiĢ, оna оdlu və səmimi Ģəkildə bağlanmıĢ, оndan
ayrılmamıĢ və ömrü bоyu оnu unutmamıĢdır.
119
Mövlana həyatı bоyunca elmə, biliyə, arif insanlara yüksək
qiymət vermiĢ hətta məzarını belə arif insanların könlündə оldu-
ğunu söyləmiĢdir:
“Ölümümüzdən sоnra məzarımızı tоrpaqda arama,
Məzarımız arif insanların könüllərindədir” - beyti ilə Möv-
lana “Elm”, “Ġrfan”, “Məritfət” əhlinin yüksək mərtəbəsinə yüksəl-
miĢ və bu yоlu da insanlara göstərmiĢdir.
4.7. Bektaşilikdə tərbiyə
Ümumtürk fəlsəfi, ədəbi və pedaqоji fikir tarixində Ģəхsiyyə-
tin inkiĢafı, tərbiyəsi, özünüdərki, mənəvi zənginliyi problemlərinin
öyrənilməsində, habelə XIII əsr Yaхın ġərq, Anadоlu, Azərbaycan
və xüsusilə Naxçıvanda yayılmıĢ ortaq türk mədəniyyətinin və
ümumtürk birliyinin yaranmasında, inkiĢafında, islamiyyətin bu
ərazilərdə daha geniĢ yayılmasında BektaĢiliyin özünəməхsus yeri
və əhəmiyyəti оlmuĢdur. BektaĢiliyin yaradıcısı Hacı BektaĢ Vəli,
anası ġeyx Əhmədin qızı Hatəm xatun, atası Seyid Sultan Ġbrahim
Sani türk soyundandır. BektaĢ “Dost”, “YoldaĢ”, “Bəy”, “Bəy
dostu”(“BəydaĢ”) mənalarını verir. Etibarlı mənbələrə görə Hacı
BektaĢ Vəli də çox sevdiyi Məhəmməd Peyğəmbər (s) kimi 63 il
(hicri 606-669; miladi 1209-1270) yaĢamıĢdır.
BektaĢiliyin əsas mahiyyəti insanın özünü tanıması, özünü
dərk etməsi, gözəl ədəbə, saf əxlaqa, zəngin mənəviyyata sahib
оlmasıdır. Necə ki, demiĢlər:
“Ədəb bir tac imiĢ, nuri xudadan
Gey ol tacı, əmin ol hər bəladan!”
BektaĢi təkyələrinin (“Təkyə” və ya “Təkkə” ibadət və təlim
yeri) giriĢ qapısında hər kəsin görə biləcəyi bir yerdə böyük
hərflərlə “Ədəb” sözü yazılıb asılırdı. Bu o demək idi ki, bura ədəb,
əxlaq mərkəzidir. Bura ədəblə girilir, ədəblə çıxılır. “Ədəb”(بدا)
kəlməsi ərəb əlifbası ilə“Ə”,( ا) “D”(د),“B”(ب) hərflərindən
meydana gəlmiĢdir. Bu üç hərf, üç kəlməyə dönmüĢdür. Bunlar
“Əl”, “Dil”, “Bel” kəlmələridir. Yəni, “Əlinə sahib оl, dilinə sahib
оl, belinə sahib ol” kəlmələri, BektaĢi fəlsəfəsinin əхlaq və
120
mənəviyyat prinsipi sayılmıĢdır. BektaĢiliyə daxil olanlar bu üç
kəlmənin dərin mənasını dərk etmiĢ və ona həmiĢə əməl etmiĢlər.
Bu üç kəlmənin fəlsəfi mənalarını aĢağıdakı kimi Ģərh etmək оlar:
1. Əlinə sahib olmaq. Ġnsanın əli həm yaxĢılığa, həm də
pisliyə istifadə oluna bilər. Ġnsan əlinə sahib olmadıqda hər cür
pisliklər edə bilər ona görə də insan əlinə sahib olmalı, onu yalnız
yaxĢı, faydalı iĢlərə iĢlətməlidir.
Əlinə sahib ol həmçinin əlinlə qoymadığın bir Ģeyi götürmə.
Əlinlə kimsəyə pislik etmə. Kimsənin malını götürmə, kimsəyə
haqsızlıq etmə Bir sözlə əlinə nəzarət et, əlinlə haqqı, ədaləti qoru.
Ərəb əlifbasında bu kəlməni “El” kimi də oxumaq olar ki, yenə də
burada “Elini qoru”, “Elinə sahib ol” - mənalarını söyləmək olar.
2. Dilinə sahib olmaq. Az danıĢmaq ədəbdəndir. ”Çox
danıĢan çox səhv edər”- demiĢlər.
Dil insanlar arasında ünsiyyət vasitəsidir. Bir insan dilini yax-
Ģılığa da və pisliyə də istifadə edə bilər. Dil var kəsər baĢı, dil var
kəsdirər savaĢı. Dil qılıncdan da kəsərlidir. Ġnsan dilini yalandan,
riyadan, saxtakarlıqdan qorumalı. Yəni dilinə sahib çıxmalıdır.
Dilinə sahib olmaq, həmçinin o deməkdir ki, gözünlə gördü-
yün və ya görmədiyin hər Ģeyi söyləmə. Dedi-qodu yaratma, yalan
söyləmə, qeybət etmə. Deyəcəyini əvvəlcədən fikirləĢ, ölc-biç, son-
ra danıĢ. Dilinə sahib olmaq öz ana dilinə hörmət göstərmək, onu
gözəl bilmək, qorumaq və yalnız yaxĢılığa istifadə etməkdir.
3. Belinə sahib olmaq. Ġnsanın nəfsinə sahib olması nigahı və
halalı olmayana meyl etməməsi, öz nəslini, soyunu, kökünü qоru-
masıdır.
Bu üç qaydaya əməl etmək BektaĢi ədəb və əхlaqının əsasını
təĢkil etmiĢ və BektaĢi misralarına belə köçmüĢdür:
Haqsızlığa uğramazsan, sahib isən əlinə
Bəlalara bulaĢmazsan , hakim isən dilinə
Davasız dərdə düĢməzsən, sağlam isən belinə!
BektaĢılərin həmiĢə gözəl ədəb və əxlaqa malik olması, süfrə-
sinin həmiĢə açıq olduğu və nemətlərinin də halal olduğu müdrik
fikirlərindən aydın görünür:
Ədəb ərkana bağlıdır, ayağımız baĢımız
Güllərdən qoxu almıĢdır, torpağımız daĢımız.
Dostları ilə paylaş: |