127
“B” hərfi “bismillahi rəhmani” kəlməsindən,
Açar kimi vəhy olmuĢdur Allah səsindən,
“Bismillah” kimi olmamıĢdır heç bir açar,
O, sözlər ölkəsinin qapısın hər zaman açar”.
Hürufilər sözləri varlığın əsası kimi qəbul edirlər. Sözlər
“Quran”da və Quran vasitəsilə Allahdan gələn vəhylər dünyanı ya-
ratmıĢdır. Allahın Qurandakı sözlər vasitəsilə insanda təcəlla etməsi
Hürufilik ideyasının əsasını təĢkil edir.
Hürufilikdə 7 rəqəmi müqəddəs hesab edilərək açar hesab edi-
lir. Bu Qurandakı Fatihə surəsinin ayətlərini, insanın üzündəki yed-
di nöqtə 7 rəqəminə iĢarət edir ki, insan da həqiqət üçün açar hesab
edilir.
Hərflərin və rəqəmlərin texniki tərəfləri ilə bağlı görüĢləri
inkiĢaf etdirməklə hərfləri müqəddəsləĢdirən, hürufiliyi bir fəlsəfi-
dini fikir sistemi olaraq quran, yayan Ģəxs azərbaycanlı Fəzlulluah
Nəimi Astarabadi (1340-1394) olmuĢdur. Bəzi mənbələrə görə As-
tarabad və ya Astabad Naxçıvanda Araz çayı sahilində Ģəhər olmuĢ-
dur. Bu Ģəhər sonralar Araz çayının sularına qərq olmuĢdur.
Nəimi ömrünün müəyyən hissəsini səyahətdə kеçirmiĢdir.
1369-cu ildə Ġsfahana, 1373-cü ildə Məkkəyə səfər еtdiyi məlumdur.
Ġsfahana bir nеçə dəfə səyahət еtmiĢdir. Hətta müəyyən müddət Ġsfa-
han ətrafındakı Toğçı adlı yеrdə məskən saldığı, bir mağarada inzi-
vaya çəkildiyi, sonra hürufilik еtiqadını yaymağa baĢladığı və burada
ətrafına xеyli mürid topladığı barədə məlumatlar da mövcuddur.
Nəimi bir nеçə dili və bir sıra еlmləri, o cümlədən qədim yu-
nan və Ģərq fəlsəfəsini, Quranı və dini еlmləri mükəmməl mənimsə-
miĢdi.
Nəimi öz hürufi düĢüncələrini “Cavidan-namə”(Əbədilik haq-
qında), “ƏrĢ-namə”(Səltənət haqqında), “Məhəbbət-namə”, “Novh-
namə” (Yuxu görmə haqqında), “Ġskəndər-namə”, “Vəsiyyət-na-
mə”, “Nəsihət-namə” adlı əsərlərində izah etmiĢdir. Nəiminin əsər-
ləri Ġstanbulda “Aya-Sofiya” kitabxanasında, Paris Milli kitabxa-
nasında, Britaniya muzeyində, Kembric Universitetində, Tehran
Milli kitabxanasmda, Ġrəvan Mətndaranında və digər kitabxanalarda
saxlanılır. Nəiminin həyatında Bakının xüsusi rolu olub. Belə ki, o
burada hürufi hərəkatının mərkəzini yaratmıĢdı. Əli-ül Əlanın
128
“Qiyamətnamə” əsərində göstərilir ki, Fəzlullah Nəimi Bakıdan
getdikdən sonra da bu mərkəz hürufiliyi yaymıĢ və təbliğ etmiĢdir:
Bakı tərəfdən səs gəlsə ayağa dur, əlini-əlinə vurub sevin,
Ora bizim sevimli yerimiz özü getsə də yeri orada qalır.
“Ġnsan yer üzünün əĢrəfidir!” Quran ayəsindən irəli gələrək,
hürufilər insan Ģəxsiyyətinə yüksək qiymət verir və belə hesab
edirdilər ki, Quran ayələri elə insanın üzündə yazılmıĢdır. Ġnsanın
burnu ərəb əlifbasında “Əlif”dir ( ا ) burunım yanları “Lam” ( ل ),
gözlər “he” (H) dir. “Əlif”, “Lam “ he” “Allah” - kəlməsini yaradır.
Nəimi Teymirilər tərəfindən Naxçıvanda edam edilmiĢdir.
Nəsimi bu hadisədən çox mütəəssir olmuĢ və bu münasibətlə yanğı
və iztirab hissi ilə dolu məĢhur “Ayrılır” rədifli qəzəlini yazmıĢdır:
Еy müsəlmanlar, mədəd ol yari-pünhan ayrılır,
Ağlamayım nеyləyim, çün gövdədən can ayrılır.
Еy sənəm, hicran əlindən nalеyi-zar еylərəm,
Gözlərimdən sanasan dəryayi-ümman ayrılır.
Nəiminin qəbri hal-hazırda Naxçıvanda Culfa rayonunun
Xanağa kəndində, Əlincə çayının sol sahilində Əlincə qalası ilə
üzbəüz yamacda yеrləĢən köhnə qəbristanlıqdadır. Qəbrin üstündə
kərpicdən tikilmiĢ künbəz vardır və o, ziyarətgaha çеvrilmiĢdir.
Nəiminin ideyaları, əqidə düĢüncəsi onun davamçısı və mü-
ridi XV əsrin böyük Azərbaycan Ģairi Nəsimi (1369-1417) tərəfin-
dən geniĢ yayılmıĢ və davam etdirilmiĢdir.
Nəsimi ġamaxıda o dövrün ən yaxĢı universitetlərinin tələbinə
cavab verəcək bir dərəcədə kamil təhsil almıĢdır. O, klassik ġərq və
qədim yunan fəlsəfəsini, habelə ədəbiyyatını dərindən mənimsəmiĢ,
Ġslam və Xristianlıq dinlərinin əsaslarına yaxından bələd olmuĢ,
tibb, astronomiya və astrologiya, riyaziyyat və məntiq elmlərinə də-
rindən yiyələnmiĢdir. O, dilləri elə yaxĢı öyrənmiĢdi ki, Azərbay-
can, fars və ərəb dillərində eyni dərəcədə gözəl Ģeirlər yaza bilirdi.
Onun azərbaycanca Ģeirlərinin dili həm zənginliyi, həm də xalq
nitqinə yaxınlığı ilə seçilir, atalar sözləri və zərb-məsəllər, hikmətli
sözlər burada çoxluq təĢkil edir. Nəsiminin rübailəri Azərbaycan
xalq Ģeiri nümunələri olan bayatılara çox yaxındır. Nəsiminin
poeziyasında Azərbaycanın, eləcə də digər ġərq ölkələrinin məĢhur
alim və Ģairlərinin adları tez-tez xatırlanır. Bunlardan Əli ibn Sina-
nı, Xaqanini, Nizaminini, Fələkini, Həllac Mənsuru, Fəzlüllah Nəi-
129
mini, ġeyx Mahmud ġəbüstərini, Əvhədi Marağalını və baĢqalarını
göstərə bilərik.
Hürufilik böyük ideya cərəyanı və möhtəĢəm hərəkat kimi ilk
dəfə Azərbaycanın qədim mədəni mərkəzlərindən olan Naxçıvanda
və Astrabadda (Fəzlullah Nəiminin vətənində) yayılmıĢdır.
Bütövlükdə insan Ģəxsiyyəti, onun yüksək dəyərləndirilməsi,
humanizm ideyaları Nəsimi yaradıcılığının əsas ana xəttini təĢkil
etmiĢdir. O yazırdi:
Ey daĢa, turabə gövhər deyən insan,
Ġnsan öz lütfü-hüsnüylə gövhər deyilmi.
Bu gün pedaqoji elmin ən mühüm problemlərindən biri kimi
təhsilin humanist, demokratik prinsiplər əsasında qurulması, insan
Ģəxsiyyətinə böyük hörmət və məhəbbət Nəsimi ideyaları ilə həma-
həng səsləĢir.
Nəsiminin “Bəhrül-əsrar”əsəri bir çox illər, hətta XVIII-XIX
əsrlərə qədər məktəb və mədrəsələrdə tədris edilmiĢdir ki, buradakı
qəsidələr didaktik və tərbiyəvi əhəmiyyətli olmuĢdur.
Filosof-Ģairin poeziyası çox tez bir zamanda Orta Asiya, Tür-
kiyə və Ġran xalqları arasında geniĢ yayılmıĢdır. Həllac Mənsurla
birlikdə onun adı öz əqidəsi uğrunda qeyri-adi sədaqət və cəsurluq
rəmzinə çevrilmiĢdir. Onun əsərləri bir çox dillərə çevrilmiĢ və
həmin dillərdə yazıb-yaradan Ģairlər onu təqlid etmiĢlər. Nəsiminin
Ģeirlərini xalq arasında avazla oxumaq və onun hürufi ideyalarını
təbliq etmək üstündə bir çoxları əzablara qatlaĢır, hətta canlarından
da belə keçmiĢlər.
ġairin əsərləri ilə tanıĢ olduqda Nəsimi ġamaxıda o dövrün ən
yaxĢı universitetlərinin tələbinə cavab verəcək bir dərəcədə kamil
təhsil almıĢdır. O, klassik ġərq və qədim yunan fəlsəfəsini, habelə
ədəbiyyatını dərindən mənimsəmiĢ, Ġslam və Xristianlıq dinlərinin
əsaslarına yaxından bələd olmuĢ, tibb, astronomiya və astrologiya-
ya, riyaziyyat və məntiq elmlərinə dərindən yiyələnmiĢdi. O, dilləri
elə yaxĢı öyrənmiĢdi ki, Azərbaycan, fars və ərəb dillərində eyni
dərəcədə gözəl Ģeirlər yaza bilirdi. Onun azərbaycanca Ģeirlərinin
dili həm zənginliyi, həm də xalq nitqinə yaxınlığı ilə seçilir, atalar
sözləri, zərb-məsəllər, hikmətli sözlər burada çoxluq təĢkil edir.
Nəsiminin rübailəri Azərbaycan xalq Ģeiri nümunələri olan
bayatılara çox yaxındır. Nəsiminin poeziyasında Azərbaycanın, elə-
Dostları ilə paylaş: |