130
cə də digər ġərq ölkələrinin məĢhur alim və Ģairlərinin adları tez-tez
xatırlanır. Bunlardan Əbu Əli ibn Sinanı, Xaqanini, Nizamini,
Fələkini, Həllac Mənsuru, Fəzlüllah Nəimini, ġeyx Mahmud ġəbüs-
tərini, Əvhədi Marağalını və baĢqalarını göstərə bilərik.
Nəsimi “Bulunmaz” rədifli qəzəlində insanlıqdan danıĢarkən
göstərir igidlik iddiasında olan kiĢi bunu əməli iĢində göstərməlidir.
Sözü ilə əməli bir olmayan, hər çalma qoyan, amma xalqının iĢinə
yaramayanları, hünər, mənsəb sahiblərinin insanlara yardım
etməməsini kiĢilik saymaq olmaz:
Hər bihünər insafı yox, uĢ mənsəbi tutdu,
Sahib hünərə mənsəbü idrar bulunmaz,
Xəlqin əməli azdı, könül yıxıcı ögüĢ,
Bir xəstə könül yapıcı memar bulunmaz.
Yaradıcılığının ilk dövrlərində Nəsimi də ustadı Nəimi kimi
sufizm mövqeyində dayanmıĢ və tanınmıĢ sufi Ģeyxi ġiblinin təli-
mini davam etdirmiĢdir. Bu mərhələdə Ģair öz əsərlərini "Hüseyni",
"Seyid Hüseyni", "Seyid" təxəllüsləri ilə yazmıĢdır. Lakin X əsrin
sufi Ģairi Həllac Mənsurun təlimi Nəsiminin ruhuna daha yaxın idi.
Nəsimi yaradıcılığının mərkəzində lirik qəhrəmanın aĢiq
olduğu, onu yüksəldən, kamilləĢdirən və öz nuruna qərq edən gözəl
Allah, ilahi eĢq dayanır. Ġnsan üçün ən yüksək, ülvi duyğu həmin
sevgilinin vüsalına yetiĢmək, ona qovuĢmaq, onda əriyib yox ol-
maqdır. ġair yazır ki, eĢqi günah sayanların sözlərinə baxmayaraq,
o, bu yoldan çəkinməyəcək. Çünki yalnız bu yol insanı tanrıya, hə-
qiqətə çatdıra bilər. Nəsiminin bu düĢüncələrini poetik tərzdə ifadə
edən məĢhur Ģeir də bu fikri təsdiq edir:
Məndə sığar iki cahan, mən bu cahanə sığmazam,
Gövhəri laməkan mənəm, kövnü məkanə sığmazam.
Ġnsanın əxlaqi keyfiyyətlərini ürək açan keyfiyətlərini ifadə
etməklə bərabər, həmçinin insanı qəmgin edən rəzil əlamətlərini də
Nəsimi öz Ģeirində belə ifadə etmiĢdir:
Həyadır birisi, biri ədəbdir,
Biri dəxi nədir: xövfi-qiyamət.
Dəxi könlü edər üç nəsnə qəmgin,
Qulaq ur kim, edəm sana hekayət.
131
Yaman qonĢu, yaman yoldaĢi-bədxu,
Yaman övrət siyasətdir, siyasət.
Nəsimi, sən yəqin əhli-nəzərsən,
Bu üç nəsnəyi qıl kəndunə adət:
Biri lütfü kərəm, həm xülqi-niku,
Biri – heç kimsəyə baxma həqarət.
Bu sözlər xoĢ nəsihətdür bilənə,
Səadətdir, vəli eyni-səadət.
Hürufilik təsəvvüf xətti ilə orta əsrlərin tərbiyə və təhsilində,
pedaqoji fikrində, ədəbiyyatında öz qüvvətli təsirini buraxmıĢdır.
4.9. Əxilikdə tərbiyə
Əxilik qədim türk mədəniyyətinin bir qoludur. Türk toplumu-
nun dini, əxlaqi, mənəvi dəyərləri, fəlsəfəsi, sosial -iqtisadi anlayıĢı
əxilikdə öz əksini tapmıĢdır. Əxiliyin məqsədi insanların dünya və
axirətdə rahatlıq içində olmalarını təmin etmək və bununla bərabər
Ġslam adət və ənənələri ilə səsləĢən kamil insan tipini tərbiyə
etməkdir. Əxiliyin bir məqsədi də bu olmuĢdur ki, zənginlə kasıb,
istehsalçı ilə istehlakçı, əməklə sərmayə, xalq ilə dövlət arasında sıx
və sağlam əlaqələr quraraq “Sosial ədalət”i gerçəkləĢdirməkdir.
Əxilik dini-fəlsəfi təlim kimi XII əsrdə Ġranda, Anadoluda,
Azərbaycanda yayılmıĢ və insanların təlim-tərbiyəsində, dünyagö-
rüĢündə böyük rol oynamıĢdır. XII əsrdə Anadoluda Əxiliyi təĢki-
landıran, onu inkiĢaf etdirən “Əxi Evrən” adı ilə məĢhur olan azər-
baycanlı ġeyx Nəsirəddin Mahmud olmuĢdur. O 1171-ci ildə Azər-
baycanın Xoy Ģəhərində anadan olmuĢdur. “Əxi” sözünün izahmda
iki mülahizə vardır. “Əxi” ərəbcə “QardaĢ” və ya türkcə “Aki”-
“Alicənab” (Aka, qədim türk sözü olub “Alicənab”, “Comərd”,
“Əliaçıq”) mənalarını verir. Ġnsanpərvərlik, əliaçıqlıq, xeyirxahlıq
Əxiliyin təməl görüĢlərindən biridir. Bu görüĢə bağlı olaraq, Əxilik
bir sinfin, bir zümrənin və ya bir adamın hökmranlığına qarĢı çıx-
132
mamıĢ, insanlar arasında ayrılıq güdməmiĢ, əksinə onların bərabər-
liyini qoruyub saxlamıĢdır.
Əsasən Ģəhər sənətkarlarını, ticarətlə məĢğul olanları birləĢ-
dirən Əxi təĢkilatlarının xüsusi nizamnamələri olmuĢdur ki, buna
"Fütuvvətnamə" (Ərəbcə “Fəda” sözünün cəmidir. Yəni - "mərd-
lik", "igidlik", "səxavətlilik") demiĢlər. Onların toplaĢdığı yerə
“Təkyə” və ya “Zaviyə” deyilmiĢdir. Ġslam qaydalarına müvafiq
özlərinə məxsus düĢüncə və davranıĢ tərzləri, ədəb və əxlaq qayda-
ları olmuĢdur. Fütuvvətnaməyə əsasən dörd dini əxlaq normasına -
Ģəriətə, təriqətə, mərifətə, həqiqətə əməl etməli, yoxsullara, kimsə-
sizlərə, qəriblərə yardım göstərməli, istismarçılara qarĢı mübarizə
aparmalı, əxlaqı daim saflaĢdırmalı idilər.
Əxiliyə girənlər bellərinə bağladıqları qurĢağa “Vəfa Ģəddi”
deyirdilər. Bunun mənası belə idi: «Belimə bağlayıram ki, sözümdə
durum. Şeytana uymayın və daim ona düşmən olun. Dünya malına
göz dikməyim. Tanrının qəzavü-qədərinə səbr edim. Haraya getsəm
bu qurşaq məndə olsun. Tanrının bunda hikməti vardır”.
Əxilikdə yüksək mərtəbəyə çatanlara “Əxi Ata” statusu veril-
miĢdir ki, bu öz xüsusiyyətlərinə görə qədim Ģamançılara çox yaxın
olmuĢ və hamısı “Kəramət” sahibi sayılmıĢdır. Əxi birliklərində
sənətkarlıq yüksək qiymətləndirilmiĢ və sənətə "hikmət" adı veril-
miĢ və bu hikmətin kimsələrdən qorunması tövsiyə edilmiĢdir. Əxi-
lər gündüz çalıĢar, axĢamlar isə “Təkyəyə”yə gəlib, ibadətlərini
edər, söhbətlər keçirər, yeməklərini birlikdə yeyərdildər. Bu təkyə-
lərdə qonaq, yolçu heç vaxt əksik olmazdı. Əxilər zalım və haq-
sızlara qarĢı mübarizə apardıqları kimi, öz aralarında da hər hansı
biri Əxi prinsiplərini pozarsa, müĢtərilərini aldadarsa, yalan söylər-
sə dərhal Əxi -Ata tərəfəindən mühakimə edilib cəzalandırılardı. Bu
cəhətdən də Əxilik təĢkilatı islami ticarət anlayıĢını qoruyan, bir
iman, igidlik, cihad, əxlaq və mənəviyyat ocağı olmuĢdur.
Əxilərin özlərinə məxsus məktəbləri, təlim mərkəzləri olmuĢ
və burada təhsil alanlara aĢağıdakılar öyrədilmiĢdir: Dinin əsasla-
rını oxuyub öyrənmək, yazmaq; insanlıq tərbiyəsi-təmizlik, paklıq və
əxi ocağının qanunlarına əməl etmək; ilahilər- şeirlər, rəqslər və
nağıllar öyrənmək; yeddi müxtəlif formada qurşaq bağlamağı və
açmağı öyrənmək ki, bunun da mənası belədir: Nəfs və tamah
qapısını bağlayıb, mərdlik qapısını açmaq; zülm etmək qapısını
Dostları ilə paylaş: |