133
bağlayıb, yaxşılıq etmək qapısını açmaq; qəzəb və kin qapısını
bağlayıb, səbr və qənaət qapısını açmaq; həzz qapısını bağlayıb,
nəfsi qorumaq qapısını açmaq; xalqdan bir şey ummaq qapısını
bağlayıb, haqq qapısını açmaq; çox danışmaq qapısını bağlayıb,
Tanrını anma qapısını açmaq; şeytana uymaq qapısını bağlayıb,
Tanrıya xidmət qapısını açmaq.
Əxi birliklərinin tərbiyəedici və maarifləndirici fəaliyyətləri
islam dininin elm və tərbiyə haqqındakı qaynaqlarından irəli
gəlmiĢdir. Həmin fəaliyyətin istiqaməti aĢağıdakılardır:
1)
Hər bir fərdə özünü tanıma yollarını göstərmək. Tərbiyə
və elm insanın özünü tanıma yollarnı, özünü dərketməyi öyrətmə-
lidir. Əks təqdirdə elm və tərbiyənin heç bir əhəmiyyəti qalmaz.
2)
Ġnsan fitrətini qorumaq.
3)
Kamil insan yetiĢdirmək. Belə insan yalnız vətənində de-
yil, hər yerdə, hər zaman doğru, düzgün insandır.
4)
Fərddəki gizli bacarıqları üzə çıxarmaq və onlara istiqamət
vermək.
Göründüyü kimi bütün bunlar müasir pedaqoji fikrin əsas
ideyaları ilə səsləĢir.
Əxi birliklərinin təlim-tərbiyə sisteminin təməl qaydaları
aĢağıdakılardır: 1) İnsan bütöv olaraq, dünyaya gəlmiş və ona görə
də, ona sənət, peşə öyrətməklə yanaşı dini, əxlaqi və sosial bilgi
verilməlidir; 2) görülən əməli işlər nəzəri məsələlərə uyğun olma-
lıdır, 3) təlim-tərbiyə müəyyən bir vaxta qədər deyil, bütün ömrü
boyu davam etdirilməlidir: 4) dərslər bilikli, bacarıqlı müəllimlər
tərəfindən öyrədilməlidir.
Əxilər qız uĢaqlarının tərbiyəsinə xüsusi diqqət yetirmiĢ və
onlara belə öyüdlər də vermiĢlər. “İşinə diqqətli ol”, “Aşına diq-
qətli ol”, “Eşinə diqqətli ol”, (“Eş” həyat yoldaşı).
Əxi ocaqlarında müəllimlər təlim alan uĢaq və yeniyetmələrə
aĢağıdakı hərəkət və davranıĢları etməməyi tövsiyə edirdilər:
Tüpürmək, qiybət etmək, iftira etmək, lovğalanmaq, ayıb və qüsur
araĢdırmaq, əmanətə xəyanət etmək, kinli olmaq, yalan danıĢmaq.
Fütüvvət qaydalarına görə Əxinin üç açıq, üç bağlı keyfiyyəti
olmalıdır: Əli açıq olmalı (səxavətli, çomərd olmalıdır); qapısı
açıq olmalı (qonaqsevər olmalıdır); süfrəsi açıq olmalı (ac gələni
doydurmalıdır).
134
Gözü bağlı olmalı (kimsəyə kəm gözlə baxmamalı, kimsənin
qüsurunu araşdırmamalıdır); dili bağlı olmalı (hər gördüyünü
deməməli, çox danışmamalı); beli bağlı olmalı (etibarlı, əmin
adam olmalı, haramdan uzaq olmalı). Bu qaydalara əməl edən
adam pis xasiyyətlərdən arınır, yaxĢı keyfiyyətlərə sahib olur, çox
geniĢ iĢlənən bir deyimlə əlinə, belinə, dilinə, gözünə hakim olur.
Fütüvvət üzvlərinin dörd təməl əxlaq prinsipi vardır: 1) qüv-
vətli və qalib vəziyyətdə ikən əfv etmək.; 2) hiddətli zamanda yum-
Ģaq davranmaq: 3) pisliyə qarĢı yaxĢılıq etmək; 4) özünə ehtiyac ol-
duğu halda baĢqasına əl tutmaq.
Fütüvvət üzvləri üç qola ayrılmıĢdır: 1) Qılınclı qol. Bu qola
daxil olanlar həm nəfslərinə, həm də kafirlərə qarĢı savaĢırlar. Bu
Həzrəti Məhəmmədin Həztəti Əliyə qılınc bağıĢlamasının simvolu
kimi qəbul edilir; 2) sözlü qol. Bu qola bağlananlar qılınc daĢımaz-
lar. Onlar söz sahibidirlər; 3) fütüvvət qədəhindən içənlər qolu. Bu
qola daxil olanlar təĢkilata Ģərbət içərək qatılanlardır ki, onlar təĢki-
latın qayda-qanunlarını inkiĢaf etdirirlər.
Əxilik haqqında yazılan bir sıra əsərlərdən, əlimizə keçən mə-
lumatlardan əxiliyin özəlliklərni ümumi Ģəkildə aĢağıdakı kimi Ģərh
edə bilərik:
1.
Səxavətli olmalı.
2.
Doğru olmalı.
3.
Torpaq kimi aĢağı könüllü, təvazökar olmalı.
4.
Xeyirxah olmalı.
5.
Öz həyatını xalqın iĢinə həsr etməli.
6.
Qonaqpərvər olmalı.
7.
Əməksevər və bir sənət sahibi olmalı.
8.
Ġnsanlara sevgi və məhəbbət göstərməli.
9.
Dinini sevməli və ona hörmət etməli.
10.
Utanc, həya duyğusuna sahib olmalı.
11.
Yalan söyləməməli, insanlarda qüsur aramamalı.
12.
Mərhəmətli olmalı.
13.
Kimsəyə qarĢı düĢmənçilik və kin bəsləməməli.
14.
Yoxsullara yardım etməli, zənginlərlə minnətsiz dolan-
malı.
15.
Böyüklərə hörmət, kiçiklərə Ģəfqət göstərməli.
16.
Fütüvvət əlamətlərini və geyimini daĢımalı.
135
17.
Nəfsinə hakim olmalı.
18.
Ayna kimi sirr saxlayan olmalı.
Əxilərin sosial həyatdakı yaĢamı xüsusi əxlaq qaydalarına
müvafiq olmalıdır. Bu qaydalar yemək yeyərkən, su içərkən danı-
Ģarkən, alıĢ-veriĢ edərkən, hamama gedərkən, yataqda yatarkən və s.
haqqındadır.
Məsələn, yemək yeməyə dair qaydalar belə Ģərh olunur:
1.
Yeməkdən əvvəl və sonra əlləri yumalı.
2.
Süfrədə böyüklərdən öncə yeməyə baĢlamamalı.
3.
Yalnız öz qarĢısndan və kiçik tikələrlə yeməli.
4.
BaĢqalarından tez yeyib, kənara çəkilməməli.
5.
Yeyərkən və içərkən səssizliyə əməl etməli.
6.
Payından çox və doyunca yeməməli.
Əxiliyin 740-a qədər görk qaydaları vardır. Əxiliyin son
mərtəbəsinə “Övliya” deyilir. Ovliya bu qaydaların hamısını yaxĢı
bilir və ona əməl edir. Göründüyü kimi Əxilikdə əxlaq anlayıĢı
böyük bir sistem Ģəklindədir.
Əxilik vaxtilə Azərbaycanda geniĢ yayılmıĢ özünəməxsus bir
əxlaqi təlim olmuĢdur. Bəzi mənbələrə görə Nizami Gəncəvi də Əxi
təĢkilatının üzvü olmuĢdur. Bu barədə “Təzkireyi-DevletĢah”da
yazılmıĢdır: “ġeyx Nizami Əxi Fərəcin müridlərindən idi”.
TapĢırıqlar
Səciyyələndirin:
1. Təsəvvüfdə tərbiyə məsələləri
2. Mövləvilikdə tərbiyə
3. BektaĢilikdə tərbiyə
6. Hürufilikdə tərbiyə
7. Əxilikdə tərbiyə
Ədəbiyyat
1.
Qurani- Kərim. Bakı: AzərnəĢr, 1992.
2.
Abdulla ġaiq. Хatirələr// Azərbaycan jurnalı, 1954, № 1.
3.
Bünyadov Z.M. Azərbaycan VII-IX əsrlərdə. Bakı, 1989.
4.
Əhmədоv H. M. Azərbaycan məktəb və pedaqоji fikir tariхi.
Bakı: Təhsil, Elm, 2001.
Dostları ilə paylaş: |