121
Süfrəmizdəki loxmalar hamısı halaldır,
Yeyənlərə nur olur, çörəyimiz, aĢımız!
BektaĢilkdə hər Ģeyin təməlində əxlaq və bilginin olması
zəruri sayılır və belə deyilir: “Ġslamın təməli gözəl əxlaqdır.
Əxlaqın təməli bilgidir, bilginin özü ağıldır”.
Ġnsanın mərifət, ədəb əxlaq sahibi olması üçün isə daim
oxuyub öyrənməsi tövsiyə edilir:
“Daim yaxĢını, gözəli, doğrunu öyrənə bilmək üçün
oxuyun və oxudun”.
Mərifət günəĢə, ağıl aya,
Elm ulduza bənzər, həm Aya
Gün doğar, ay dolanar, elm oxunar.
BektaĢilik maddə, cəhalət, nəfs və könül qaranlığına mübtəla
olanların aydınlanma yolunu da göstərir:
Maddə qaranlığı, ağıl nuru;
Cəhalət qaranlığı, elm nuru;
Nəfs qaranlığı, mərifət nuru;
Könül qaranlığı, eĢq nuru ilə aydınlanır!
BektaĢilik baĢdan baĢa insana hədsiz sevgi və məhəbbətdir.
BektaĢilərin bütün fikir və ideyalarında insana qayğı, insana sonsuz
məhəbbət durur. “Yaradılanı sev yaradandan ötrü” ideyasından
irəli gələrək BektaĢi müdrikliyində deyilir:
“Allahını sevən bir insan bir kimsənin verdiyi üzüntüdən
sıxılmaz və qırılmaz. Cavan mərd odur ki, qırılmağa dəyər
kimsəni belə qırmaz!”. Bu fikridə insana nə qədər yüksək dəyər və
qiymətin bariz nümunəsini görürük.
BektaĢilik ağlını, təfəkkürünü iĢlədən düĢünən insanı tələb
edir. Оna görə Hacı BektaĢ Vəli deyir: “Ağılla gedilməyən yоlun
sоnu qaranlıqdır”. Bu cəhətdən BektaĢilikdə təlim zamanı fərdə
bilik verməzdən əvvəl оnun düĢüncəsi, təfəkkürü, inkiĢaf etdirilir.
Müstəqil fikirləĢmək, düĢünmək, hiss etmək, duymaq, iradəni möh-
kəmləndirmək, nəfsə qalib gəlmək kimi keyfiyyətlər bilik vermədən
öncə öyrədilir. BektaĢilər buna “Qabını geniĢləndirmə” deyirlər.
BaĢqa sözlə öyrənmək istəyən Ģəхs bilik ala biləcək, idrak edə
biləcək səviyyəyə, müəyyən “hal”a gətirilir.
BektaĢilik “Sərimi verrəm, sirrimi verməm!” deyərək, sirr
saхlamağı, “Ayıbları örtücü ol” – deyərək baĢqasının eybini
122
açmamağı, qüsurunu yaymamağı tövsiyə edir.
Mərifətdir haqqı yaymaq;
Xətir almaq¸ xətir saymaq!
Sənə düĢməz könül qırmaq;
Ġncinsən də incitmə sən.
deyərək könül sındırmamağı, “Ağır baĢlı ol”- deyərək səbirli
və təmkinli olmağı, “Bir olalım iri olalım, diri olalım!- deyərək
insanları birliyə, bərabərliyə səfərbər etməyi öyüdləmiĢ, “Kirləri
arıtan baxsana suya/ Üzü yerlərdə, göydə deyildir”- deyərək
insanları sadə, səmimi, təbii və təvazökar olmağa, “72 millətə eyni
nəzərlə bax” - deyərək insanları irqindən, rəngindən, dinindən,
dilindən asılı olmayaraq bir birindən ayırmamağa, humanizmə,
bəĢəri duyğulara, bütöv bir dünya insanı olmağa çağırmıĢdır.
Hacı BektaĢ Vəli insanlara daim yaxĢılıq etməyi, həmiĢə yaxĢı
əməl sahibi olmağı öyüdləmiĢdir. O deyirdi: “Mənim üç dostum
vardır. Nə zaman ki, mən ölürəm birisi evdə qalır, birisi yolda
qalır, birisi isə mənimlə bərabər gəlir. Evdə qalan mənim ma-
lımdır, yolda qalan mənim yaxınlarım və ailə üzvlərimdir, mə-
nimlə gələn yaxĢılıqlarım və əməllərimdir”.
Bu müdrik fikirlər BektaĢi mısralarından belə süzülüb
gəlmiĢdir.
Malım mülküm , sərvətlərim - hamısı evdə qaldı
Oğlum, qızım, əqrabam, getdiyim yolda qaldı
Dostlarımdan, birisi, məndən heç ayrılmadı
Allah üçün yapdığım yaxĢılıqlar məndə qaldı.
Bu baxımdan Hacı BektaĢ Vəli insanlara dünya malına sarı-
lanlara heç nə əldə etməyəcəklərini, sonunda onlara həsrətlə baxa-
caqlarını bildirir, mal-mülk toplamaq əvəzinə elm, bilik toplamağı,
mənəvi zənginliklərlə zənginləĢməyi tövsiyə edərək yazırdı:
Dünyanın varlığına ey hirslə sarılanlar
Yeməyib, gətirməyib, yük altında qalanlar,
BaĢqasına qalırlar, həsrətlə toplananlar
Həsrətlə ayrılırlar axirətə yollananlar.
Bu fikirlərin davamı olaraq BektaĢilik insanoğlunun ən böyük
bədbəxtçiliyinin də aĢağıdakılar olduğunu söyləyir:
1.Mal, mülk və mövqe hərisliyi; 2) Yalançılıq və boğazına
düĢkünlük; 3) Qeybət, xəyanət, haqqı inkar və ədəbsizlik.
123
Ġnsanoğlunun xoĢbəxtliyinin isə aĢağıdakılar olduğu söylə-
nilir:
1. Doğru, dürüst olmalı; 2) Gözəl əməl sahibi olmalı;
3) Özünü kamilləĢdirmək üçün göstərilən səy; 4) Haramdan
uzaq durmalı; 5) Hal əhli ilə söhbət etmək.
BeĢ ünsür də hər Ģeyin yazığı olduğunu göstərir:
1.
GünəĢə qarĢı yanan iĢıq; 2) Görməyən gözə qarĢı
gözəllik; 3) Corat torpağa qarĢı gözəl yağmur; 4) Qarnı toxa
qarĢı xoĢ bir yemək; 5) Axmağa qarĢı haqq sözü.
BektaĢi düĢüncəsinə görə hər Ģey- xoĢbəxtlik də, bədbəxtlik
də, insanın “mələk”, ya “Ģeytan” olması da öz əlindədir, hər Ģey
onun nüvəsində, kökündədir. Bu xüsusda BektaĢi belə deyir:
Ararsan Mövlanı özündə ara
Nə yerdə, nə göydə, nə masivanda
Adəm də sənsən, Ģeytan da sənsən
Pak eylərsən könlünü rəhman səndədir.
BektaĢilikdə qadına, onun hüquqlarına, təhsil almasına böyük
önəm verilir, “Qadın təhsil almalıdır” deyilir” və qadın - kiĢi
bərabərliyinə xüsusi diqqət yetirilir:
KiĢi qadın sorulmaz məhəbbətin dilində
Haqqın yaratdığı hər Ģey yerli yerində
Bizim nəzərimizdə qadın kiĢi fərqi yox
Nöqsanlıq, əksiklik sənin görüĢündə!
BektaĢilikdə insanın kamilləĢməsinə xüsusi önəm verilmiĢ və
kamilliyə çatmağın da Ģərtləri müəyyənləĢdirilmiĢdir. Həmin Ģərtlə-
rə əməl edənlər – “MürĢidi-kamil” adlanır və ya “Ata” kimi müqəd-
dəs ada layiq görülür. “MürĢid” və “Ata” haqqını ala bilmək üçün
aĢağıdakı Ģərtlərə əməl edilməlidir: 1) Bilik sahibi оlmalı və bütün
davranıĢlarda islam qayda-qanunlarına əməl etməli; 2) Batini elmi
anlamalı. (Ġnsanın öz daxili aləmi ilə özünü təkmilləĢdirmə ilə bağlı
elm); 3) Sakit və ağır təbiətli оlmalı; 4) Səxavətli, mərhəmətli və
comərd olmalı; 5) ġücaət sahibi olmalı (könlünü haqq-taalaya bağ-
lamalı); 6)Nəfsə uymamalı, Ģəhvət hisslərindən qorunmalı; 7) Dün-
yaya çox məhəbbət və ülfət etməməli, istəklərdən keçməli; 8) Kim-
səyə acı və zərər verməməli, hər zaman xeyirxah və yardımçı olma-
lı; 9) YumĢaq təbiətli, əffedici olmalı; 10) Gözəl əxlaq və mənə-
viyyat sahibi olmalı; 11) Özünə rəva bilmədiyini, baĢqasına da rəva
Dostları ilə paylaş: |